“ƏSRİN MÜQAVİLƏSİ” TARİXİ ZƏFƏRİMİZƏ GEDƏN YOLUN BAŞLANĞICIDIR MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə Gəncə şəhər İH başçısı Aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Sənubər Rzayeva, Gəncə Dövlət Universitetinin dosenti Asif Cavadov, Azərbycan Dövlət Aqrar Universitetinin dosenti Elgün Aslanov, Gəncə Bələdiyyə idarələrinin nümayəndələri və institutunun əməkdaşları iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri institutun direktoru a.e.d., professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilənin imzalanması ilə ölkəmiz iqtisadi-siyasi sahədə daha da qüdrətlənib, dünyanın iqtisadi cəhətdən aparıcı dövlətlərdən birinə çevirib. Direktor qeyd edib ki, bu müqavilə qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. “Əsrin müqaviləsi”ndə 8 ölkənin 13 ən məhşur neft şirkəti iştirak edib, məhz bununla da müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. İbrahim Cəfərov onu da vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin fərmanına əsasən “Əsrin müqaviləsi”nin imzalandığı gün -20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd edilir.

Digər çıxış edənlər  “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq, Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhvələrdən bəhs ediblər. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıbıar.

 

Paylaş: