Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyev və Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən BMTBETİ-nin direktoru İbrahim Cəfərov Qurtuluş Gününün əhəmiyyəti və önəmindən danışıb. Bildirib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində qalib ölkə olan Azərbaycan dünyada söz sahibidir.
Digər çıxış edən natiqlər qeyd edibər ki, Heydər Əliyev çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.