Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də fəlsəfə doktoru proqramı üzrə 2024-cü il üzrə doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas imtahanı keçirilib.
İmtahanda İngilis dili və fəlsəfə üzrə məqbul nəticə əldə etmiş Əhmədova Fidan ixtisas imtahanında iştirak hüququ qazanıb.
Qəbul imtahanı keçirmək üçün institutun direktoru AMEA-nın müxbir üzvü, a.e.d., professor İbrahim Cəfərovun sədrlik etdiyi , direktor müavini b.e.f.d., dos Elçin Xəlilovun, elmi katib Məryəm Bağırovanın, şöbə müdirləri a.e.d. Ələddin Tağıyevin, a.e.f.d. Qabil Bayramovun üzvülük etdiyi imtahan komissiyası yaradılıb.
Qəbul qaydalarına uyğun olaraq cavabları yazılı şəkildə cavablandırmaq üçün vaxt verilib. Cavablar yaradılmış imtahan komissiyası tərəfindən müsbət qiymətləndirilib və doktorantura səviyyəsinə qəbul olunub.