27 MART ELM GÜNÜ QEYD OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də  “Elm günü”nə həsr edilmiş “Bitki Mühafizəsi, kənd təsərrüfatı və bioloji elm kimi” adlı tədbir keçirilib.

BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor günün əhəmiyyətindən danışaraq, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Professor qeyd edib ki, Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var.

Direktor bildirib ki, kənd təsərrüfatı sahəsi aqrar elm olmadan inkişaf edə bilməz. Aqrar sahədə isə bitki mühafizəsi vacib amildir. Bitki sağlamlığına nail olunması, bitkilərin zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorunması əsas faktorlardandır. Bu baxımdan bu sahədə çalışan alimlərin, tədqiqatçıların üzərinə böyük məsuliyyət düşür ki, biz də kadr potensialını təkmilləşdiriərək, yerli və beynəlxalq əlaqələrimizi gücləndirərək aqrar elmə öz töhfələrimizi verməliyik.

İnstitutun əməkdaşları a.e.f.d. Qabil Bayramov “Bitki mühafizəsi bioloji elm kimi”, a.e.f.d. Qərib Məmmədov “Bitki Mühafizəsi aqrar elmin tərkib hissəsi kimi”, dosent Mahirə Vəliyeva “Azərbaycanda aqrar elmin inkişaf tarixi”, elmi katib Məryəm Bağırova “Gənc kadrların inkişafında elmin rolu”, qonaq qismində çıxış edən  Aqromexanika ETİ-nin əməkdaşı, professor Şahlar Babayev “ Elmin inkişaf etdirilməsində kreativ fəaliyyətin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Paylaş: