BMTBETİ-20 YANVAR FACİƏSİNİN OTUZ BEŞİNCİ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov  20 Yanvar hadisələrinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, dogma vətənimizin azadlığı, şərəf və layəqətini hər şeydən uca tutaraq canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin qəlbimizdə daim yaşadığını bildirib. Vurğulayıb ki, faciəyə ilk siyasi qiymət görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da faciəyə siyasi-hüquqi qiymət verilməsi üçün tarixi qərarlara imza atıb, eyni zamanda şəhid ailələrinin, hadisədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm tədbirlər gördüyünü söyləyib.

İbrahim Cəfərov bildirib ki, artıq 4 ildən artıqdır 20 Yanvar ölkəmizdə bədbin ovqatda qeyd olunmur, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın adının tarixə qalib dövlət kimi yazılmasından sonra bütün şəhidlərimizin ruhları şaddır.

Daha sonra çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyindəki rolundan və müstəqillik tarixindəki əhəmiyyətindən söz açıblar.

 

Paylaş: