Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Həşəratların təsnifatı mövzusunda” təlim keçirilib.
Qərib Məmmədovun təqdimatı ilə keçirilmiş təlimdə həşəratların müxtəlif növləri, onların ekosistemlərdəki mühüm rolu, tədqiqat metodları haqqında geniş məlumat verilib. Təqdimat zamanı həşəratların kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində və ekosistemlərin balansının qorunmasında əhəmiyyəti vurğulanıb.
Təlim iştirakçılar üçün interaktiv müzakirələr və praktiki nümunələrlə müşayiət olunub. Onlar həşəratların müxtəlif xüsusiyyətlərini öyrənmək və onların identifikasiyası üzrə biliklərini təkmilləşdirmək imkanı əldə ediblər.