BMTBETİ İLƏ ÖZBƏKİSTAN RESPUBLİKASININ ELMİ-TƏDQİQAT İNSTİTUTLARI ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistan Respublikasının Elmi-Tədqiqat İnstitutları arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

İnstitutun direktoru, professsor İbrahim Cəfərov, şöbə müdirləri, eyni zamanda  Özbəkistan Respublikasının – Elm, innovasiya və təhsilin inkişafı şöbəsinin müdiri Atakulov Tuxtamurod, Kənd Təsərrüfatında Milli Bilik və İnnovasiyalar Mərkəzinin direktoru Şuxrat Otajonov, Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsinin Aqrotexnologiyaları Elmi-Tədqiqat İnstitutunun direktoru Şadman Namazov , Akademik M.Mirzəyev adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Alijon Esankulov, İpəkçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Seyfiddin Vəliyev, Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq Elmi-Tədqiqat İnstitutunun direktoru Rüstəm Nizamovun iştirakı ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, İbrahim Cəfərov bildirib ki, ölkələrimiz arasında tarixən sıx elmi, mədəni əlaqələr mövcud olub. Bu əlaqələr günümüzdə də bir çox sahələrdə olduğu kimi  kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Rəhbərlik etdiyi institutun maddi-texniki bazası, kadr potensialı, laboratoriyaları, elm- sahəsində görülən işlər, nailiyyətlər haqqında məlumat verən direktor əməkdaşlıq əlaqələrinə toxunub, xarici əməkdaşlıq əlaqələrinin müsbət tərəflərini diqqətə çatdırıb.

Elm, innovasiya və təhsilin inkişafı şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Atakulov Tuxtamurod isə ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb, həmçinin əlaqələrin yaranmasını olduqca müsbət qiymətləndirib.Rəhbər gələcəkdə əməkdaşlığın dərinləşəcəyinə inamını vurğulayıb.

Sonra Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Pambıq Seleksiyası, Toxumçuluğu və Becərilməsinin Aqrotexnologiyaları Elmi-Tədqiqat İnstitutu, həmçinin Akademik M.Mirzəyev adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən institutlar arasında kadr mübadiləsi, layihə, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Görüşdən sonra qonaqlar institutun maddi texniki bazası, laboratoriyaları ilə tanış olublar.

Paylaş: