8 NOYABR – ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə institutun kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, məzarı önünə güllər düzüblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə direktor İbrahim Cəfərov Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən Azərbaycan ordusu xalqımıza möhtəşəm Zəfər Günü bəxş edib. Artıq üçüncü ildirki, iftixar hissi ilə qeyd etdiyimiz Zəfərimizin qəhrəman şəhidlərimizin qanı və canı bahasına qazanıldığını vurğulayıb. Direktor eyni zamanda, Vətən müharibəsi ilə işğala bağlı təcavüzün sonlanırıldığını və yeni, daha da surətli inkişaf səhifəsinə qədəm qoyduğunu deyib. Direktor Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu, bu fəaliyyətin torpaqlarımızın dirçəldilməsi dönəmində də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Çıxış edən institutun şöbə müdiri Qabil Bayramov bildirib ki, II Qarabağ Müharibəsi dövründə Gəncə şəhəri də raket atəşinə məruz qalıb, əhali çətin günlər yaşayıb. Bütün bunlara baxmayaraq əhali həmrəylik nümayiş etdirərək prezident ətrafında sıx birləşib.

Tədbirdə çıxış edən institutun digər əməkdaşları 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad olunması, düşmən üzərində tam qələbənin əldə edilməsi istiqamətində Ali Baş Komandanın apardığı ardıcıl və məqsədyönlü siyasətdən, Müzəffər Ordumuzun mətinliyindən və qələbəmizin əhəmiyyətindən söhbət açıblar.

Paylaş: