Bitki mühafizə və texniki bitkilər elmi tədqiqat institutunda “ölkəmizdə qəhvəyi mərmər bağaciği, onun monitorinqi, yayilmasi, zərəri və bağaciğa qarşi mübarizə tədbirlərinin təşkili” adli elmi-praktik seminar keçirilib
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin nümayəndələri, alimlər, mütəxəssislər iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq qeyd etdi ki, qəhvəyi mərmər bağacığı bu gün dünyanın müxtəlf ölkələrində 100-dən artıq bitkini yoluxduran və kifayət qədər yüksək zərər verən zərərvericilərdən biridir. Zərərverici Azərbaycanda ilk dəfə 2017-ci ildə Bakı şəhərində və Zaqatala rayonun Muğanlı kəndində qeydə alınmışdır. Bundan əvvəl 2015-ci ildə Gürcüstanda qeydə alınaraq xüsusilə fındıq bitkisinə ciddi zərər vurmuşdu. Belə zərər dünyanın müxtəlif ölkələrində qeydə alınmışdır. Ədəbiyyat məlumatlarında qeyd olunur ki, qəhvəyi mərmər bağacığı 2010-cu ildə Amerikanın 33 ştatında becərilən müxtəlif plantasiyalara 21 milyard dollar ziyan vurub. Ölkəmizdə bu zərərvericinin yayılma arealı inkişaf dinamikası, yoluxduğu bitkilərin çeşidi və onlara vurulan zərərlə bağlı təcili tədqiqat işlərinə başlanmalıdır. Bu nöqteyi nəzərdən Bitki Mühafizə və Texniki Bitkilər ETİ olaraq bizim də üzərimizə böyük öhdəliklər düşür.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizdə mühafizə üçün görülən qabaqlayıcı tədbirlərdən, nəzərdə tutulan və həyata keçiriləcək işlərdən söz açıb.
Çıxış edən İnstitutun əməkdaşları qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətlərindən, zərərlərindən, təbii düşmənlərinin müəyyən edilməsindən və bioloji mühafizədə onların tətbiqi imkanlarından təqdimatları ilə çıxış ediblər.
Daha sonra Gəncə-Daşkəsən iqtisadi rayonunun Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin nümayəndələri çıxış edərək qəhvəyi mərmər bağacığı ilə bağlı müşahidə tədbirləri həyata keçirildyini, yerli sakinlər maarifləndirilib, zərərverici haqqında məlumatlarıldığını vurğulayıblar.
Sonda Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq təsərrüfatlara ziyan vurmaması üçün hər kəsin bu işdə səfərbər olmağının vacibliyi qeyd olunub.