AMEA-nın Rəyasət Heyətinin iclasında Bitki Mühfaizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
İclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, həmçinin ali təhsil və tibb müəssisələrində 2024-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
Bitki Mühfaizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor müavini biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Xəlilov 2024-cü ilə dair hesabatı təqdim edərək elmi tədqiqatların 2 problem, 8 mövzu, 29 iş və 41mərhələ əsasında aparıldığını bildirib. İnstitutun əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin respublikada kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərvericiləri, alaq otlarına qarşı bitki mühafizə tədbirlərinin hazırlanması, eyni zamanda intensiv seleksiya metodları ilə yüksək potensiallı, xəstəlik, zərərvericilərə, mühit amillərinə qarşı davamlı sortlar yaratmaq, texniki bitkilərin toxumçuluq işini elmi əsaslarla qurmaq, innovativ texnologiyalar əsasında bitkilərin becərilmə aqrotexnologiyasının işlənib hazırlanması istiqmətinə həsr edildiyini bildirib.
Bundan başqa institutun əməkdaşlıq əlaqələri, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində İnstitutda baş tutmuş tədbirlər və yeni nərlər barədə məlumat verib.
Hesabatı yüksək qiymətləndirilərək İnstitutda son dövrlərdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırılıb.