Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Tədbirdə BMTBETİ-nin direktoru professor İbrahim Cəfərov, AMEA-nın birinci vitse-prezidenti, AR ETN Fizika İnstitutunun Baş direktoru, akademik Arif Həşimov və institutun alimləri, əməkdaşları iştirak ediblər.
Direktor İbrahim Cəfərov BMTBETİ-nin fəaliyyət istiqamətlərində institutlarla əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. İnstitutun elmi nəticələri, maddi-texniki bazası, son illərdə görülən işlər, həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı həmkarına ətraflı məlumat verib. Öz növbəsində akademik Arif Həşimov təmsil etdiyi institutun fəaliyyət istiqamətləri barədə danışıb, qarşı tərəfi maraqlandıran məsələlərə aydınlıq gətirib.
Qarşılıqlı anlaşma və səmimilik şəraitində keçən görüşdə institutların gələcəkdə birgə elmi-tədqiqatlar aparmaq, kadr hazırlığı məsələləri, layihələrin həyata keçirməsi, elmi konfransların təşkili üçün müəyyən addımların atılması istıqamətində ilkin müzakirələr aparılıb.
Sonra hər iki direktor tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb.