BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ İLƏ RUSİYA FEDERASİYASININ ÜMUMRUSİYA BİTKİ MÜHAFİZƏ ETİ ARASINDA ONLAYN ANLAŞMA MEMORANDUMU İMZALANIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) ilə Rusiya Federasiyasının Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutu (VNİİZR) arasında onlayn görüş keçirilib, qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Görüşdə institutun direktoru İbrahim Cəfərov ölkələrimiz arasında dostluq münasibətlərinə toxunaraq, bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Direktor müqavilənin əhəmiyyətini önə çəkərək, hər iki institut arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulayıb.

Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru professor Vyaçeslav Qulevskiy beynəlxalq əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayaraq, fəal əməkdaşlıq edərək bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirəcəklərini bildirib.

Daha sonra elm sahəsində birgə layihələr həyata keçirmək, elmi araşdırmalar aparmaq, konfranslar, simpoziumlar təşkil etmək və nəşrlər hazırlamaq  məsələləri müzakirə edilib.

Sonda hər iki institut arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.

Paylaş: