“BİTKİ MÜHAFİZƏSİNİN ƏSAS PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİNİN OPTİMAL YOLLARI” MÖVZUSUNDA ONLAYN TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu və Rusiya Federasiyasının Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutu arasında “Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib.

Əməkdaşlıq çərçivəsində keçirilən tədbir institutlar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsi məqsədilə keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov və Ümumrusiya Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru professor Vyaçeslav Qulevskiy əməkdaşlığın prioritet istiqamətləri, perspektiv layihələr barədə fikirlərini bölüşüblər.

Çıxış edən hər iki institutun əməkdaşları tərəfindən xəstəlik və zərərvericilərin kənd təsərrüfatı sahəsində ciddi problemlərə səbəb olması qeyd edilib. Bitki xəstəlikləri, zərərvericiləri ilə mübarizə metodları və nəticələr barədə məlumatlar paylaşılıb.
Tədbir zamanı növbəti elmi konfransların canlı şəkildə hər iki institutda təşkil olunması fikirləri irəli sürülüb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Paylaş: