28 MAY-RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Mayın 26-da Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 28 May-Respublika gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov, 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Cəmi 23 ay yaşamış Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini təmin edib. Azərbaycanda demokratik respublika yaradılmasını xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. İbrahim Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdirdiyini xüsusi vurğulayıb.

İnstitutun direktor müavini  Natiqə İsmayılzadə, əməkdaşları Qabil Bayramov, Namiq Əlyarov, Gülşən Xoyluyeva, Rumiyyə Məmmədrzayeva tariximizdə Cümhuriyyətin yeri və rolundan danışıb, 28 May – Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar.

 

 

 

Paylaş: