BMTBETİ-DƏ 1 NOYABR – KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş yığıncaq keçirilib.

Yığıncaqda çıxış edən institutun direktoru İbrahim Cəfərov bu əlamətdar gün münasibətilə kollektivi təbrik edib. O bildirib ki, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yer tutur. İbrahim Cəfərov ölkədə aqrar məhsulların istehsalı və ixracının ildən-ilə artdığını, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında aparıcı sahəyə çevrildiyini qeyd edib.

Tədbirin sonunda institutun əmək fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşına təşəkkürnamə təqdim olunub.

Paylaş: