Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib
Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Gənclər Gününün təsis tarixinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bunu gənclərə göstərilən böyük diqqət və onların cəmiyyətdəki roluna verilən yüksək qiymət adlandırıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdığını deyən direktor gənclərlə bağlı aparılan işin, xüsusilə onların enerji və imkanlarının milli maraqlarımızın müdafiəsi üçün səfərbər edilməsinin ən böyük nəticəsinin 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfər olduğunu vurğulayıb. İbrahim Cəfərov gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından, onların təhsili, sosial müdafiəsi ilə bağlı görülən işlərdən bəhs edib.
Tədbirdə çıxış edənlər gəncləri bu gözəl və əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş, ən gözəl arzu və diləklərini çatdırıblar.
Sonda institutda fəaliyyət göstərən gənclərə bayram münasibətilə çiçəklər hədiyyə edilib.