AMEA-NIN MÜXBİR ÜZVÜ, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR VAQİF NOVRUZOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,  professor Vaqif Novruzovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin (BMTBETİ) direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov professor Vaqif Novruzovun ömür yolundan, elmi-pedoqoji fəaliyyətindən bəhs edib.Vaqif Novruzovu qabaqcıl alim kimi qiymətləndirən direktor eyni zamanda onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğulayıb. İbrahim Cəfərov qeyd edib ki, professor Vaqif Novruzov 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 nəfər elmlər, 23 nəfər fəlsəfə doktoru hazırlanmışdır.

Çıxışın sonunda yubliyara xatirə hədiyyəsi təqdim edən direktor, ona uğurlar və daha böyük nailiyyətlər arzu edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev çıxış edərək Vaqif Novruzovun ömrünün çox hissəsini elmə həsr etdiyini, Azərbaycanın elminin, xüsusən onun botanika sahəsinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. .

Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin biologiya elmləri doktoru Əhəd  Nəbiyev, professoru Elşad Məmmədov, Gəncə Dövlət Universitetinin biologiya elmləri doktoru Aynur Bayramova, Azərbaycan Dövlət Aqrar Univeritetinin dossenti Musa Bayramov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşı Gülcamal Ələsgərova  təbriklərə qoşularaq Vaqif Novruzovun mənalı ömr yolundan, elmi-pedaqoji fəaliyyətindən və alimin elmi tədqiqatlarının əhəmiyyətindən söhbət açıblar.

Görkəmli alim Vaqif Novruzov ona ünvanlanan xoş sözlərə, təbriklərə və ona göstərilən diqqətə görə institutun direktoruna, o cümlədən tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Paylaş: