Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə növbəti təlimlər keçirilib.
Təlimin birinci hissəsində a.e.f.d., dosent Fərmayıl Qəhrəmanovun təqdimatında “Respublikanın müxtəlif torpaq-iqlim şəraitində yerli və introduksiya olunmuş pambıq sortlarının müqayisəli qiymətləndirilməsi” mövzusunda təqdimat edib. Təqdimatda məhsuldarlığı daha yüksək olan yerli pambıq sortlarının təsərrüfat göstəriciləri, xəstəlik və ziyanvericilərə davamlılığı, lifin texnoloji göstəriciləri, eyni zamanda yerli şəraitə uyğun Türkiyə, Özbəkistan və Pakistandan introduksiya olunmuş pambıq sortları haqqında məlumat verilib.
Təlimin ikinci hissəsində İsmayıl Nəbiyev “Pambıq bitkisinin becərmə texnologiyası” mövzusunda təqdimat edərək səpinqabağı becərmə işləri, çiyidin səpinə hazırlanması, səpinin aparılma qaydaları, pambığın becərmə texnologiyaları, seyrəltmə, ketmənləmə, kultivasiya, barədə iştirakçılara məlumat verib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlim əyani və onlayn formada təşkil olunub.