Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə AR ETN-nin Dendrologiya İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. BMTBETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və AR ETN-nin Dendrologiya İnstitutunun baş vəzifəsini icra edən direktoru b.ü.f.d., dosent Minarə Həsənova tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-praktiki əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəninin bölüşülməsi kimi məsələlər öz əksini tapıb.
Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və təcrübə mübadiləsini gücləndirməkdir.