BMTBETİ-NİN ƏMƏKDAŞLARI «AGRO DAİRY» MMC-DƏ OLUBLAR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor  İbrahim Cəfərovun rəhbərliyi ilə institutun bir qrup alimləri aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Agro Dairy” MMC-də olublar. Səfər çərçivəsində alimlər Samux rayonu ərazisində yerləşən taxıl sahələrinə baxış keçirmiş, mövcud vəziyyəti dəyərləndirmiş və aqrotexniki proseslərin effektivliyi ilə tanış olmuşlar.

Dəyirmi masa arxasında davam edən görüşdə mütəxəssislər və şirkətin rəhbər işçiləri taxıl əkinlərində siçanabənzər gəmiricilərə eyni zamanda digər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin təşkili, tətbiq olunan aqrotexniki paketlər, innovativ yanaşmalar mövzusunda müzakirələr aparıblar.

Həmçinin elmi tədqiqatların istehsalatla daha sıx inteqrasiyası, innovativ metodların tətbiqi istiqamətində fikirlər səsləndirib

Paylaş: