Bitki mühafizəsi istiqamətində ilk təlim professor İbrahim Cəfərovun təqdimatında baş tutub.
“Fitopotologiya bitki xəstəlikləri haqqında elmdir” mövzusunda keçirilən təlim əyani və onlayn formatda təşkil olunub. Təlimdə bitki xəstəlikləri, xəstəliyin tipləri, xəstəliklərin yaranma səbəbləri, eləcədə xəstəliklərin əmələ gəlmə səbəblər kimi mövzulara, diqqət yetirilib.
Təlimlərin təşkilində əsas məqsəd kənd təsərrüfatı bitkilərinin elmi əsaslarla mühafizəsi ilə bağlı kənd təsərrüfatı sahəsində çalışanların ixtisaslaşması və maarifləndirilməsidir.
Qeyd edək ki, silsilə təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.