Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər davam edir.
Növbəti təlim “Günəbaxan bitkisinə zərərverən orqanizmlər və onlarla mübarizə” mövzusunda təşkil olunub.
İnstitutun mütəxəssisi olan Xəyalə Abbasova təlimdə iştirakçılara günəbaxan bitkisinin əsas zərərvericiləri, yayılma arealı, zərərvermə həddi və mübarizə tədbirləri haqqında məlumat verib.
Aytəkin Hüseynova günəbaxan əkinlərində geniş yayılmış kəhrə, onun yayılması, zərərvermə həddi və mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb.
İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə sualları cavablandırıb və qarşılıqlı diskusiyalar aparılıb.
Onu da bildirək ki, keçirilən təlimlər onlayn və əyani formada təşkil olunur.