Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) tərəfindən kənd təsərrüfatı sahəsində çalışanların ixtisaslaşması və maarifləndirilməsi məqsədilə silsilə təlimlər keçirilir.
Növbəti təlim BMTBETİ-nin əməkdaşı biologiya elmləri üzrə fəlsəfə doktoru Qərib Məmmədov tərəfindən “Həşərətların anotomiya və fiziologiyası” mövzusunda təşkil edilib. Qərib Məmmədov təlimdə iştirakçılara həşəratların morfoloji, bioloji və fizioloji xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlar barədə məlumat verib. Eləcə də onlara bitkilərin bu zərərvericilərə qarşı reaksiyalarını izah edib.
Qeyd edək ki, onlayn və əyani formada keçirilən təlimdə əldə olunan biliklər bitki mühafizəsi, ümumilikdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əməkdaşlara faydalı olacaq.