Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də “Həşəratların Morfologiyası” mövzusunda təlim keçirilib. Təlimi institutun şöbə müdiri Gülcamal Ələsgərova aparıb.
Təlimçi ilk öncə ümumi entomologiya haqqında ümumi məlumat verib, daha sonra həşəratların morfoloji xüsusiyyətləri, inkişaf mərhələləri, faydalı (entomofaqlar) və zərərli növlərin tanınması kimi mövzularda təqdimat edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, təlim nəzərdə tutulan proqram çərçivəsində əyani və onlayn formatda təşkil olunmuşdur.