“KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN ZƏRƏRVERİCİLƏRİ İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ” MÖVZUSUNDA TƏLİM TƏŞKİL OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) tərəfindən növbəti təlim “Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri ilə mübarizə tədbirləri” mövzusunda təşkil olunub.

Onlayn və əyani formada keçirilən təlim biologiya elmləri üzrə fəlsəfə doktoru Qabil Bayramov tərəfindən aparılıb. Təlimdə zərərvericilərin dəyişikliklərinin qida bitkilərinin məhsuldarlığına vurduğu ziyan haqqında məlumat verilib. Eyni zamanda zərərvericilərə qarşı zəruri mübarizə tədbirlərinin aparılmamasının məhsul itkisinə və iqtisadi zərərlərə səbəb ola biləcəyi bildirilib. Qeyd olunan halların baş verməməsi üçün aqrotexniki, mexaniki, fiziki, bioloji mübarizə üsullarının düzgün həyata keçirilməsinin, zərurət yarandığı təqdirdə isə kimyəvi mübarizə üsullarının tətbiq edilməsinin vacib olduğu vurğulanıb.

Paylaş: