ÖZBƏKİSTAN TERMEZ AQROTEXNOLOGİYALAR VƏ İNNOVATİV İNKİŞAF İNSTİTUTUNUN NÜMAYƏNDƏ HEYƏTİ BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ- DƏ SƏFƏRDƏDİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Özbəkistan Termez Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun nümayəndə heyəti Bitki Mühafizə və Texniki Bitkilər ETİ- də səfərdədir.
Səfərdə prorektor E.Jurayev, dekanlar A.Avliyakulov, N.Abduraximov, şöbə müdirləri A.Kuçkarov, A.Ayitmuradov və S.İşimov iştirak ediblər.
Qonaqlarla keçirilən görüşdə direktor İbrahim Cəfərov institutun beynəlxalq əlaqələri, aparılan layihələr, laboratoriyalar və imkanları barədə məlumat verib.
Termez Aqrotexnologiyalar və İnnovativ İnkişaf İnstitutunun prorektoru E.Jurayev institut haqqında məlumat verib, eyni zamanda birgə əməkdaşlıq, qarşılıqlı elmi-tədqiqat işlərinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra qonaqlar institutun laboratoriyaları ilə tanış olublar.
Paylaş: