ŞƏRQİ ARALIQ DƏNİZİ KƏND TƏSƏRRÜFATI ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ BMTBETİ-DƏ OLUBLAR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Türkiyə Cümhuriyyəti TAGEM-ə bağlı Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (Doğu Akdeniz Tarımsal Araşdırmalar İnstitutu) müdiri Dr. Abdullah Çil, CASO toxumçuluq şirkətinin rəhbəri Ziya Bulent Tuncgöğüs “Azərbaycan iqlim şəraitinə  uyğun pambıq və günəbaxan sortlarının seçilməsi” layihəsinin icra vəziyyəti ilə əlaqədar Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda  olublar.

Türkiyəli qonaqlar Türkiyədən introduksiya olunmuş sortlar becərilən sahələrə baxış keçiriblər.

Müvafiq sortların xəstəlik və zərərvericilərə, quraqlığa, şoranlığa davamlılıq məsələləri qiymətləndirilib, mümkün bioloji məhsul hesablanıb. Qeyd olunub ki, introduksiya olunmuş sortlar bioloji, məhsuldarlıq və texniki göstəricilərinə görə digər sortlardan üstünlük təşkil edir. Bu sort üzrə təcrübə

əkinlərindən daha yüksək məhsuldarlıq gözlənilir.

Qeyd edək ki, cari ildə 54 pambıq,  13 günəbaxan sortu becərilərək  təcrübələr aparılır.

 

Paylaş: