SİÇANABƏNZƏR GƏMİRİCİLƏRƏ QARŞI MONİTORİNQLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssisləri Kürdəmir rayonunun bir neçə kəndində qarpız və yemiş becərilən sahələrdə siçanabənzər gəmiricilərə qarşı monitorinqlər aparıblar.
Monitorinqin keçirilməsində məqsəd, siçanabənzər gəmiricilərlə sirayətlənmə dərəcəsini müəyyən edərək mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması üçün fermerlərin təlimatlandırılmasıdır.
Monitorinqlər zamanı əkin sahələrində gəmiricilərin geniş yayıldığı, miqdarı iqtisadi ziyanlı həddə çatdığı müşahidə olunub. Belə ki, 1 ha qarpız sahəsində təxminən 400 ədəd işlək yuva, yemiş sahələrində isə 200 ədəd işlək yuva qeydə alınıb. Bostan sahələri iqtisadi ziyanlı həddi keçdiyinə görə mütəxəssislər tərəfindən fermerlər və fiziki şəxslərə təxirə salınmaz mübarizə tədbirlərinin aparılması tövsiyyə olunub.
Qeyd edək ki, əgər 1 ha sahədə 50-100 ədəd işlək yuva olsa iqtisadi ziyanlı hədd hesab olunur.
Paylaş: