ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BMTBETİ-nin direktoru İbrahim Cəfərov bildirib ki, Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.  Xüsusən kənd təsərrüfatına inkişafına göstərdiyi qayğı və diqqət, kadrların seçilib yerləşdirilməsində, yeni texnologiyaların təsərrüfatlara tətbiq edilməsində, kənd təsərrüfatının sənaye təməli üzərinə keçirilməsində həyata keçirdiyi köklü dəyişiklikər, əsaslı tədbirlər təsadüfi deyildi. Respublikada pambıqçılığın, üzümçülüyün, heyvandarlığın inkişafı sözsüz ki, yeni emal müəssisələrinin-zavodların, fabriklərin, sexlərin, dəmir yollarının yaradılmasını zərurətə çevirirdi. Heydər Əliyev respublikada həyata keçirilən bütün tədbirləri, layihələri ittifaqın qərarları, sənədləri ilə əsaslandırırdı. Qərarların qəbulu və yerinə yetirilməsi respublikada kənd təsərrüfatının inkişaf etdirilməsində əsaslı rol oynamış və Azərbaycan aqrar sahədə əldə olunan nəticələrə görə bir neçə ildə ittifaqın ən qabaqcıl respublikalarından biri kimi tanınmışdır. Bu gün də təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar inkişafa dövlət himayəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan müasir aqrar-sənaye kompleksinə malik ölkəyə çevrilir. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Qarabağda da aqrar siyasəti diqqətdə saxlamışdır. Qarabağda torpaqların istehsal potensialını idarə etmək üçün tədbirlər həyata keçirmişdir.  Torpaqların yenidən işlənməsi, məhsuldarlığın artırılması və kənd təsərrüfatının inkişafına yönəldilmişdir. Ölkəmizdə aqrar siyasət xətti uğurla davam etdirilir və gələcək nailiyyətlərimizə öz töhfələrini daimi olaraq verəcəkdir.

Sonra institutun əməkdaşları Mahirə Vəliyeva, Gülcamal Ələkbərova, Rumiyyə Məmmədrzayeva və Xəyalə Abbasova öz çıxışlarında Heydər Əliyevin  rəhbərlik etdiyi və nəzarəti altında aparılan aqrar siyasət haqqında bəhs ediblər.  Çıxışlarında Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar.

 

Paylaş: