Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Yunanıstanın Bios Agrosystems S.A. şirkəti ilə birgə yerinə yetirilən pambıqçılıq üzrə beynəlxalq layihənin icrası cari ildə də davam edir.
2020-ci ildən davam edən layihənin II mərhələsində yerli və xaricdən gətirilmiş pambıq sortlarının iştirakı ilə hibrid kombinasiyalar alınmış və 2023-cü ildə onların 3-cü nəslindən yüksək lif çıxımlı xəttlər seçilmişdir. Seçilmiş xətlər laboratoriya şəraitində öyrənilərək gələcəkdə məhsuldar, yüksək lif çıxımlı və lifinin texnoloji keyfiyyəti yüksək olan pambıq sortlarının alınması üçün əlverişli olduğu müşahidə olunmuşdur.
Bu xətlər 2024-cü il mövsümü üçün yenidən becərilir və tədqiqat işləri uğurla davam etdirilir.
<
/