BMTBETİ-NİN ƏMƏKDAŞLARI QARABAĞ ŞƏHƏRLƏRİNƏ ZİYARƏT EDİBLƏR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə istirahət günlərində institutun əməkdaşlarından ibarət bir qrup Azərbaycanın tarixi bölgələrindən olan Qarabağa – Şuşa, Xocalı və Ağdam şəhərlərinə səfər etmişdir.

Bu səfər, Azərbaycanın azad olunmuş torpaqlarında aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq, milli-mənəvi dəyərlərə olan bağlılığı daha da möhkəmləndirmək və vətənpərvərlik ruhunu yüksəltmək məqsədini daşıyır. Səfər iştirakçıları Şuşanın zəngin mədəni və tarixi irsi ilə tanış olmuş, burada aparılan bərpa işlərini yerində görmüş, həmçinin Xocalı və Ağdam şəhərlərinin yenidən qurulması prosesində ölkəmizin ümumi inkişaf perspektivlərinə olan töhfələri yaxından müşahidə etmişlər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bu təşəbbüs vasitəsilə əməkdaşlarının vətənə sevgi və bağlılığını artırmaqla yanaşı, onların milli-mənəvi dəyərlərlə daha dərin tanış olmalarını təmin etməyi, həmçinin Qarabağ bölgəsinin yenidən qurulması prosesinə mənəvi dəstək verməyi hədəfləyir.

 Qeyd edək ki, bu təşəbbüs çərçivəsində digər əməkdaşların da növbəli şəkildə Şuşaya səfəri planlaşdırılır və bu səfərlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Paylaş: