AQRAR ELM VƏ TƏHSİLƏ XİDMƏTDƏ KEÇƏN ÖMÜR
14 Yanvar 2026Daha ətraflı
Şöbə müdiri: Nəbiyev İsmayıl Rza oğlu
e-mail: ismayilnebiyev353@gmail.com
Telefon: (+994) 50 688 24 41
Laboratoriyada torpağın münbitliyi, fiziki və kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla gübrələrin təsirinin əsas qanunauyğunluqları, həmçinin torpaq-bitki sistemində qida elementləri balansının öyrənilməsi üzrə elmi-tədqiqat işləri aparılır. Əkinçiliyin intensivləşdirilməsi və planlaşdırılmış yüksək məhsul əldə olunması məqsədilə gübrələrin normativləri və tətbiq metodları işlənib hazırlanır. Hazırlanmış effektiv gübrələmə sistemi pambığın becərilməsinə dair kompleks aqrotexniki tədbirlər çərçivəsində tətbiq edilərək torpaq münbitliyinin artmasına, qida elementlərinin istifadə səmərəliliyinin yüksəlməsinə və məhsuldarlığın artırılmasına töhfə verir.
Fermer təsərrüfatlarına torpaq-iqlim şəraitinə uyğun olaraq həm fasiləsiz, həm də növbəli əkinlər üçün gübrələrin şum altına və yemləmə yolu ilə verilməsi normaları və nisbətləri müəyyən edilərək müvafiq tövsiyələr təqdim olunur.
Aqrokimya laboratoriyasında pambıq əkini zamanı üzvi və mineral gübrələrin optimal normada tətbiqi nəticəsində yüksək və keyfiyyətli məhsulun əldə olunması təmin edilir.



