BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ 8 NOYABR ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
06 Noyabr 2024Daha ətraflı
Ucar Dayaq Məntəqəsi 1959-cu ildən Azərbaycan Elmi -Tədqiqat Bitki Mühafizəsi İnstitutunun nəzdində yaradılmışdır.
Ucar DM-də müxtəlif bitkilərin başlıca zərərvericiləri, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanmasında böyük işlər görülmüşdür. Azərbaycan Müstəqillik əldə etdikdən sonra 1995-ci ildə torpaq islahatı keçirilməyə başladığı bir dövrdə institutun fəaliyyət proqramı yeni konteksdə həyata keçirilməyə başladı. Ucar Dayaq Məntəqəsinin də fəaliyyəti bölgənin müxtəlif fermer təsərrüfatlarında davam etdirildi. Pambıq, pomidor, qardığalı bitkilərində pambıq sovkasının inkişaf dinamikası, sovkanın uzun və qısa müddətli proqnozunun müəyyən edilməsi üçün institutun verdiyi proqram əsasında işlər aparırdı. Bununla yanaşı institutun bölgə təsərrüfatlarında təlimlərin, tarla seminarlarının keçirilməsinə köməklik göstərirdi.
2015- ci ildə Nazirlər Kabinetinin qərarı ilə Bitki Mühafizə və Texii Bitkilər ET İnstitutu yaradıldıqdan sonra belə Ucar Dayaq Məntəqəsidə institutun tərkibinə öz əvvəlki fəaliyyətini davam etdirdi.
Ucar Dayaq Məntəqəsi hal-hazırda bölgədə becərilən bütün kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin inkişafına nəzarət etməklə onlara qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin təşkil olunmasında geniş fəaliyyət göstərir. Bölgədə becərilən bitkilərin, o cümlədən pambıq bitkisinin başlıca zərərvericilərinin inkişaf proqnozu metodları işlənib hazırlanır.