BİOTORPAQ: ELMLƏ YAŞAYAN KƏND TƏSƏRRÜFATI MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Konfransın tərəfdaşları: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 

Konfransın işçi dilləri: Azərbaycan, ingilis və rus

Konfransda iştirak forması: Əyani

Konfransın tematik istiqamətləri:

  • Biogübrələr və mikroorqanizmlərin tətbiqi
  • Erroziya və torpaq itkisinin idarə olunması
  • Ənənəvi və müasir əkinçilik modellərinin müqayisəsi
  • Əkin sahələrinin uzunmüddətli məhsuldarlığıni qorumaq
  • Ekoloji cəhətdən təhlükəsiz kimyəvi alternativlər
  • Toxum texnologiyalarında son yeniliklər
  • Orqanik bitki mühafizəsinin prinsipləri
  • İqlim dəyişkənliklərinin təsiri altında zərərverən orqanizmlərin yayılması
  • Meyvəçilik və tərəvəzçilikdə yeni texnologiyaların tətbiqi 

Konfrans materiallarının tərtibinə qoyulan tələblər

  • Məqalənin ümumi həcmi 3-6 səhifə olmalıdır, MS Word proqramında hazırlanmalı, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2 sm kənar boşluq, sətirlərarası interval 1, abzas 1 olmalıdır. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  • Məqalənin adı ortadan böyük hərflərlə, qalın şriftlə (Bold), şrift ölçüsü 14 olmalıdır;
  • Müəllif(lər)in adı və soyadı tam açıq şəkildə yazılmalı; elmi dərəcəsi və elmi adı qalın və kursiv (Bold, Italic) şriftlə, şrift ölçüsü 12 olmalıdır;
  • Təşkilat və şəhərin adı, müəllifin e-poçt ünvanı, kursiv (Italic), şrift ölçüsü 12 ilə qeyd edilməlidir.
  • Məqalənin yuxarı sağ tərəfdə onun hansı bölməyə təqdim olunması mütləq göstərilməlidir.
  • Məqalənin adı, xülasə və açar sözlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. Xülasə 100-110 söz olmalıdır. Açar sözlər ən azı 5-8 söz və ya ifadədən ibarət olmalıdır və xülasənin (rezyumenin, abstraktın) altında yerləşdirilməlidir.
  • Ədəbiyyata istinadlar APA 7 stilinə uyğun olaraq müəllifin soyadı və çap ili qeyd edilməklə göstərilməlidir (məsələn, Cəfərov, 2024). İstifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 7 stilində təqdim olunmalıdır.
  • Düsturlar və latın adları kursivlə yazılmalıdır.
  • Təşkilat Komitəsi tərəfindən seçilmiş məqalələr həm elektron, həm də çap formatında toplu şəkildə nəşr olunacaqdır.
  • Konfransda əyani şəkildə məruzə ilə çıxış edən iştirakçılara sertifikat təqdim ediləcəkdir. 

Məruzə məqalələrinin göndəriləcəyi elektron ünvan və qəbul olunması üçün son tarix

Tezislər bmtbeti.conference@gmail.com elektron ünvanına göndərilməlidir.

Son tarix:  10 Noyabr 2025-ci il

 Konfransın keçiriləcəyi ünvan

AZ 2002, Gəncə ş., Əziz Əliyev pr 91. Bitki Mühafizə və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitutu

Telefon: (+99422 268 47 94)

(055 310 52 29)

Paylaş: