AQRAR ELM VƏ TƏHSİLƏ XİDMƏTDƏ KEÇƏN ÖMÜR
14 Yanvar 2026Daha ətraflı
Şöbə müdiri: Əliyeva Günel Pənah qızı
e-mail: seferovagunel202@gmail.com
Telefon: (+994) 55 733 63 33
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi institutda kadr siyasətinin həyata keçirilməsini, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsini və kargüzarlıq işinin düzgün təşkilini təmin edir.
Şöbə işçilərin işə qəbulu, başqa işə keçirilməsi və işdən azad edilməsi ilə bağlı sənədləşdirmə işlərini direktorun müvafiq əmrləri əsasında həyata keçirir, kadr uçotunu aparır, əmək kitabçalarının doldurulmasını, saxlanılmasını və əmək münasibətlərinə xitam verilərkən işçilərə təhvil verilməsini təmin edir.
Eyni zamanda məzuniyyət cədvəllərinin tərtib edilməsi, işçilərin mükafatlandırılması, maddi və intizam məsuliyyətinə cəlb olunması ilə bağlı sənədlərin hazırlanması, eləcə də pensiya yaşına çatan işçilərin siyahısının müvafiq qurumlara təqdim edilməsi şöbənin əsas fəaliyyət istiqamətlərindəndir.
Şöbə institutda şəffaf, səmərəli və qanunvericiliyə uyğun kadr idarəçiliyinin formalaşdırılmasına xidmət edir.
1. Qədimova Nigar Arzu qızı – baş mütəxəssis
2.Qarayeva Lalə Şahin qızı – baş mütəxəssis
4. İsmayılzadə Kəbutər Namik qızı – aparıcı mütəxəssis
5. Rüstəmova Şəfəq Mustafa qızı – aparıcı mütəxəssis
6. Əliyarov Namiq Cəmaləddin – mütəxəssis-hüquqşünas
7. Məcidova Reyhan Rəsul qızı – böyük texnik