İbrahim Həsən oğlu Cəfərov
AMEA-nın müxbir üzvü, professor,
- Təhsil:
-
- Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Bitki mühafizəsi” fakültəsində təhsil alıb(1980–1985)
- K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası “Fitopatologiya” kafedrasının əyani aspirantı olub. (1985–1988)
- SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib. (13 fevral 1989 )
- İyun ayında doktorluq dissertasiyasını müdafiə edib. (2005)
- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib (16 iyun 2006)
- Elmi qurumlara üzvlüyü:
-
- Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri və sədr müavinidir. (2008)
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədridir. (2015)
- Təltif ordenləri:
-
- Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. (2016)
- Qazaxstan Milli Aqrar Universitetinin fəxri professorudur. (2016-cı ildən)
- Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının №733 yubiley medalı. (2019)
- Azərbaycan Respublikası Prezidentinin 2019-ci il 7 noyabr tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” №1-131 yubiley medalı. (2019)
İş təcrübəsi::
- Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. (1993-2002)
- İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi. (2013-2022)
- İbrahim Cəfərov Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. (6 oktyabr 2022)
Vİdeo Dərslİklər