BMTETİ ƏMƏKDAŞI CƏNUBİ KOREYADA QAZANDIĞI TƏCRÜBƏNİ HƏMKARLARI İLƏ BÖLÜŞÜB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda institutun əməkdaşı Samirə Avazovanın Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə Cənubi Koreya Respublikasında iştirak etdiyi beynəlxalq təlim proqramının nəticələrinə həsr olunmuş məlumatlandırma görüşü keçirilib.

Görüşdə Samirə Avazova “Azərbaycanda ağıllı  kənd təsərrüfatı mütəxəssisləri potensialının artırılması” proqramının məqsədi, məzmunu və əsas istiqamətləri, eləcə də təlim çərçivəsində əldə etdiyi bilik və təcrübələr barədə ətraflı məlumat verib. Slayd materialları əsasında Koreya Respublikasının aqrar sektorunda tətbiq olunan müasir texnologiyalar, rəqəmsal idarəetmə sistemləri, innovativ istehsal modelləri, elmi-tədqiqat və aqrar innovasiya müəssisələrinin fəaliyyəti, həmçinin qabaqcıl kənd təsərrüfatı təcrübələri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi imkanları, rəqəmsal həllərin aqrar istehsalda rolu, beynəlxalq təcrübənin yerli şəraitə uyğunlaşdırılması və elmi-tədqiqat fəaliyyətində innovativ yanaşmaların tətbiqi perspektivləri ətrafında müzakirələr aparılıb.

Beynəlxalq təlim proqramının nəticələrinin institut əməkdaşlarının iştirakı ilə müzakirəsi əldə olunmuş təcrübənin institusdaxili elmi mühitdə yayılması, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübənin institutun elmi-tədqiqat fəaliyyətində tətbiqi imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

 

 

 

Paylaş: