Mil Təcrübə Stansiyası

Mil Təcrübə Stansiyası

Direktor: Ramis Şükürov

e-mail: ramis.shukur@gmail.com

Telefon:  (+994) 50 305 51 33

Mil Təcrübə Stansiyası 1968-cı ildən Azərbaycan Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin tərkibində fəaliyyət göstərməyə başlayıb.

Mil Təcrübə Stansiyası Əsasən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən yeni yaradılmış və yaradılmaqda olan yerli pambıq sortlarının ilkin və müsabiqəli sort sınaqları ilə məşğul olur. Bundan əlavə xarici ölkələrdən gətirilmiş pambıq sortlarının yerli şəraitə uyğunluğunu sınaqdan keçirir. Eyni zamanda bir sıra yeni texnologiyaların pambıqçılığa tətbiqi sahəsində təcrübələr aparır.

2019-cu ildə Türk mənşəli 2 pambıq sortunun ( ES I və ADANA-172) damcı-damla üsulu ilə becərilməsi həyata keçirmiş. 2019-2020-ci illərdə pambıq səpinin tirə üsulu ilə səpinini Azərbaycanda ilk dəfə olaraq tətbiq etmiş və təlimlər vasitəsilə fermerlər arasında yayılmasına nail olmuşdur ki, hal-hazırda Beyləqan rayonunda bütün fermerlər pambığın tirə üsulu ilə səpilməsini həyata keçirirlər.

2021-ci ildən başlayaraq 6 Pakistan mənşəli pambq sortunun Mil düzü şəraitində yetişdirilməsi gübrələnməsi və suvarılmasını öyrənərək müəyyən təkliflər hazırlamışdır. Həmin sortların toxumları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən Atom şüası ilə şüalandırılaraq bitkiyə təsiri öyrənilmişdir. 2022-ci ildə Yunanıstan alimləri ilə birgə elmi fəaliyyət nəticəsində yetişdirilmiş Gəncə-182 pambıq sortunun Elit toxumluq əkinləri həyata keçirilmiş və nəticədə 10380 kq toxumu əldə edilmişdir.

Mil Təcrübə Stansiyasında Respublikanın Ərzaq Təhlükəsizliyi sisteminə də öz tövhəsini verərək 2022-ci ildə 338 ton buğda və 42 ton arpa istehsal etmişdir.

Aqrar Universiteti ilə birlikdə Kaliforniya soxulcanın peyini və Esbioful preparatı ilə toxumların səpilməsini sınaqdan keçirmişdir. Hal-hazırda həmin sınağın nəticələri araşdırılmaqdadır və nəticəsi xarici elmi jurnalların birində dərc ediləcəkdir.

2022-ci ildə Gəncə-132, Gəncə-182 pambıq sortlarının Mil düzü şəraitində aqrotexnikasının işlənib hazırlanması başa çatdırılmışdır.

Türkiyənin “Progen” şirkəti ilə bağlanmış müqavilə əsasında 5 Türk sortunun və 3 Azərbaycan pambıq sortunun müqayisəli şəkildə yetişdirilməsi öyrənilmişdir.