BMTBETİ-NİN ƏMƏKDAŞLARI «AGRO DAİRY» MMC-DƏ OLUBLAR
14 Fevral 2025Daha ətraflı
BM və TB ETİ-nin Təcrübə sahələrində əkilmiş kənd təsərrüfatı əkinlərində zərərverici, xəstəlik və alaq otlarına qarşı istifadə olunan pestisidlər və aqrokimyəvi maddələr tətbiq olunduqdan sonra bitki mənşəli xammal nümunələri götürülür və pestisidlərin qalıq miqdarları öyrənilir.
Şəhər və kolxoz bazarlarından götürülmüş müxtəlif mövsümi kənd təsərrüfatı məhsulları nümunələrində nitratlar öyrənilir.
Fermerlərə kənd təsərrüfatında istifadə olunan pestisidlər haqqında ümumi məlumatlar verilmiş, həmçinin pestisidlərlə işləyən personallar təhlükəsizlik qaydaları barədə təlimatlandırılmışdır.
Kənd təsərrüfatında gəmiricilərə qarşı mübarizə məqsədilə laboratoryamızda “Anhidrid-55” pastası hazırlanmış və çöl şəraitində yonca sahəsində sınaqdan keçirilmiş və 60% müsbət nəticə alınmışdır.
1. Ələskərov İsa Ələskər – şöbə müdiri
2. Mehdiyeva Sevil Ərəstun qızı – böyük elmi işçi
3. İsmayılov Natiq Camaləddin – böyük elmi işçi
4. Abbasova Xəyalə Namiq qızı – elmi işçi
5. İbayeva Rəna Elman qızı – böyük elmi işçi