PAMBIQ YIĞIMINA İNSTİTUT ƏMƏKDAŞLARININ SƏFƏRBƏRLİYİ BAŞLAYIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsində, xüsusilə də pambıq yığımında müəyyən çətinliklər yaradıb. Mövsüm məhsulunun vaxtında və itkisiz şəkildə toplanması üçün qısa müddətli günəşli günlərdən maksimum dərəcədə istifadə olunması zərurəti yaranıb.

Bu vəziyyəti nəzərə alaraq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin çağırışı ilə institutun bütün əməkdaşları pambıq yığımına səfərbər olunublar. Kollektiv əməkdaşlıq ruhunda bir araya gələn institut işçiləri əkin sahələrində fəal iştirak edir, məhsulun vaxtında toplanmasına öz töhfələrini verirlər.

Pambıq yığımı kampaniyası çərçivəsində institut əməkdaşlarının iştirakı davam etdiriləcək və hava şəraiti imkan verdiyi müddətdə bu istiqamətdə fəaliyyətlər intensiv şəkildə sürdürüləcəkdir.

Paylaş: