LƏNKƏRAN VƏ LERİK RAYONLARINDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
28 Noyabr 2024Daha ətraflı
Fermerlərimizin əkin sahələrində geniş yayılmış, mənfi təsərrüfat əhəmiyyəti kəsb edən zərərververici, xəstəlik və alaq bitkilərinin qısa və uzunmüddətli inkişaf proqnozu metodlarının hazırlanmasına yardım edirik.
Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) – Yovşanyarpaqlı ambroziya mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinin ambroziya cinsinə (Ambrosia) aid birillik ot bitkisidir. Yovşanyarpaqlı ambroziya daxili karantin obyektidir. Azərbaycanda ilk dəfə 1962-ci ildə Balakən rayonu ərazisində müşahidə olunmuşdur. Hazırda, əsasən Balakən, Zaqatala, Qax, Şəki və Tovuz rayonlarının ərazisində yayılsa da, ətraf rayonlara keçmə təhlükəsi vardır. Xarici görünüşü bir qədər çətənə və yovşanı xatırladır. Gövdəsi dik olub, yuxarı hissəsi süpürgəvari şaxəlidir. Yarpaqları üst tərəfdən tünd, alt tərəfdən isə açıq yaşıl rəngli, üzəri isə qısa tükcüklərlə örtülü olur. Bitki iyul-avqust aylarında çiçəkləyir, toxumların yetişməsi isə sentyabr – oktyabr aylarında baş verir. Əlverişli şəraitdə bitkinin hündürlüyü 2-2,5 m, kökünün uzunluğu isə 4 m-ə çatır. Ambroziya toxum vasitəsilə çoxalır. Kiçik bitkiləri 50-3000 toxum, yaxşı inkişaf etmişlər 30-40 min, bəziləri isə 80-150 minə qədər toxum verir. Toxumların cücərməsi üçün minimal temperatur həddi 6-80 C, optimal hədd isə 20-220 C-dir. Cücərmə işıqlanmadan çox asılıdır. Qaranlıqda toxumların çox hissəsi cücərmir və ikinci bioloji sükunət vəziyyətinə keçir. Azərbaycanda cücərtilər, əsasən aprel ayında əmələ gəlir. Öncə yer üstü hissə zəif boy atır, kök sistemi isə sürətlə formalaşır. 2-4 əsl yarpaq fazası bir aya yaxın davam edir. Sonra bitki sürətlə (iyun-iyul) biokütlə toplayır.
Mübarizə tədbirləri. Ambroziya əleyhinə kökündən çıxarmaq, biçmək, yandırmaq və s. kimi mexaniki mübarizə tədbirlərdən istifadə olunmalıdır. Toxumların yetişməsindən öncə bitkilərin bel, kətmən və ya əllə kökündən çıxarılması kiçik və orta dərəcədə alaqlanmalar zamanı ən etibarlı üsuldur. Kökündən çıxarılmış bitkilərin kökü torpaqla təmas etməməli, toplanan bitkilər qurudularaq, yandırılmalıdır. Yovşanyarpaqlı ambroziyanı məhv etmək məqsədilə , differensial olaraq, yazlıq və payızlıq taxıl əkinlərində 2,4 D amin duzu (1,6-2,0 l/ha), hektofermin (1,6-2,0 l/ha), veed killer (1,6-2,0 l/ha), lontrel (0,16-0,66 l/ha) herbisid çilənməlidir.
Tikanlı quşüzümü (Solanum rostratum Dunal.) – Tikanlı quşüzümü (Solanum rostratum Dunal.) – Tikanlı quşüzümü (Solanaceae ) fəsiləsinin Solanum cinsinə aid birillik ot bitkisidir. Azərbaycanda tikanlı quşüzümünə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab və Şəki rayonlarının ərazisində rast gəlinir. Tikanlı quşüzümü daxili karantin obyektidir. Onun ətraf rayonlara keçmə təhlükəsi vardır. Alaq otu silindirik, odunlaşmış, güclü budaqlanmış, uzun sıx tikanlarla (5-12 mm) və ulduzşəkilli tüklərlə örtülmüş gövdəyə malikdir. Yarpaq damarları və saplağı tikan və ulduzşəkilli tüklərlə əhatə olunub. Bir bitkidə 180-ə qədər meyvə və bir meyvədə 70-ə qədər toxum olur. Tikanlı quşüzümü quraqlığa davamlı birillik yazlıq alaq otu olub, toxum vasitəsiilə çoxalır. Mühit şəraitindən asılı olaraq bir bitki 200 – 8500 toxum əmələ gətirir. Toxumların cücərməsi üçün minimal temperatur 10-120 C, optimal temperatur isə 26-28 0 C-dir. Toxumlar torpaqda cücərmə qabiliyyətini 10 ilə qədər saxlaya bilir. Tikanlı quşüzümünün cücərtilərinə aprel-may aylarında rast gəlinir və ilk vaxtlar onlar çox zəif inkişaf edirlər. Tikanlı quşüzümü iyul-avqust aylarında çiçəkləyir, avqust-oktyabr aylarında isə meyvə əmələ gətirir. Vegetasiya müddəti 90–130 gün davam edir.
Mübarizə tədbirləri. Geniş və alaqlı sahələrdə tikanlı quşüzümü müşahidə edildikdə 2,4 D amin duzu (1,6–2,0 l/ha), hektofermin (1,6–2,0 l/ha), korma veed killer (1,6–2,0 l/ha), fenazin (0,14–0,2 l/ha), qranstar (10–15 qr/ha) herbisidlərdən birini ilə çiləmə aparılmalıdır. Növbəli əkin dövriyəsində tikanlı quşüzümü ilə güclü sirayətlənmiş tarlaya başdan-başa səpilən payızlıq və yazlıq taxıllar, çoxillik və birillik otlar, noxud və digər dənli-paxlalı bitkilər əkilməlidir.
Boz çürümə (Botrytis cinerea pers.) – Bu xəstəlik,adətən, gilələri yetişmə dövründə zədələyir. Rütubətli hava şəraitində daha şiddətli inkişaf edir. Gilələrin çat əmələ gələn yerinə göbələyin sporları düşərək, cücərib gilənin çürüməsinə səbəb olur. Zədələnmiş gilələr bozarır, onların qabığı qırışır və rütubətli havada boz rəngli kifəbənzər örtüklə örtülür və çürüyür.
Boz çürümə, xüsusilə salxım yarpaq bükəni və oidium xəstəliyi ilə zədələnmiş gilələrdə çox şiddətli inkişaf edir. Boz çürümə xəstəliyinin inkişafı meteroloji şəraitdən də asılıdır. Beləki, uzun müddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava başlayanda gilələr şişir və onlarda çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.
Mübarizə tədbirləri. Sirayətlənmiş salxımların, tökülmüş yarpaqların, bitki qalıqlarının və alaq otlarının məhv edilməsi, eləcə də üzümlüklərdə cərgə aralarınin vaxtında becərilməsi infeksiya mənbəyinin xeyli azaldır. Yaşıl əməliyyatlar düzgün aparılmalıdır. Suvarılan bölgələrdə suvarma normalarına əməl olunmalıdır. Profilaktiki mübarizə tədbiri olaraq iyun-iyul aylarında Botran 75 2,0 kq/ha fungisidinin məsarif norması ilə çiləmənin aparılması məsləhət görülür.
Oidium (Uncinula necator Brull.) – Mildiu xəstəliyindən sonra üzümlüklərdə ən ziyan vuran xəstəlikdir. Xəstəlik tənəyin bütün yaşıl hissələrini, çiçək qruplarını, xüsusilə gilələri zədələyir.Yarpaqların xəstəliyə tutulmasının birinci əlaməti yarpaqların bükülüb quruması və onların üzərində bozumtul una bənzər kiçik xal şəklində ləkələrin əmələ gəlməsidir. Oidium xəstəliyinə tutulmuş gilələrin üzərində una bənzər örtüklər əmələ gəlir, gilələr birtərəfli inkişaf edir, gilənin qabığı çatlayır, toxum görünür. Xəstəliyi əmələ gətirən göbələklər əksər hallarda tumurcuqların içərisində saplar şəklində qışlayır.
Mübarizə tədbirləri. Oidium xəstəliyinə qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirlərindən istifadə edilməlidir. Yalnız saglam əkin materialı hazırlanmalı və əkilməlidir. Tənəklərin sıxlığını aradan qaldıran və onların havalanmasını yaxşılaşdıran bütün aqrotexniki tədbirlər vaxtında və düzgün yerinə yetirilməlidir.Zoğlar məftilə bağlanıb forma verilməli, cərgəaraları şumlanmalı, xəstəliyə qarşı davamlı sortlardan istifadə edilməlidir. Xəstəlik əleyhinə kükürd tərkibli fungisidlər istifadə olunur. Üyüdülmüş kükürdün tozlanması zamanı temperaturun (25ºC və ondan yuxarı) təsirindən “S” havanın hidrogeni ilə birləşib H2S – sulfid qazı əmələ gətirir. Əmələ gəlmiş bu qaz göbələyin mitsel, konidilərinə öldürücü təsir göstərir. Yazda çiçəkləmədən əvvəl xəstəliyə təsadüf edilərsə, bu zaman birinci dərmanlama aparılmalıdır. Birinci çiləmədə hər hektara 600, ikincidə 800-1000, üçüncüdə isə 1200 litr iş məhlulu sərf edilməlidir.
Nematodlar (Meloidogyne spp) – kənd təsərrüfatı bitkilərinin inkişafına, məhsuldarlığına ciddi ziyan vuran yayılmış ən təhlükəli zərərvericilərdəndir.
Nematodlar daxili parazitlərdir. Bitkinin toxumalarını pozaraq torpaqda qida və su mübadiləsini məhdudlaşdırır, bitkinin kök sistemində şiş əmələ gətirir. Bitkidə inkişaf zəifləyir, yarpaqlarda saralma, çiçək və meyvə tökülmələri müşahidə olunur. Bitki nematodları torpaq, su, külək, əkində istifadə edilən aqreqatlar, əkin materialı və s. vasitəsilə yayılır.
Nematodlar ölkəmizdə daha çox istixana və tarla şəraitində yayılıb. Tarla bitkiləri ilə yanaşı tərəvəz və bostan bitkilərinə də ziyan vurur. Nemotodların erkəkləri çox kiçik qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Dişiləri çox vaxt partenogenez yolla çoxalırlar. Bir dişi nematod 400-500, hətta 2000-ə qədər yumurta qoya bilir.
Nematodun qidalanması nəticəsində kökdə müxtəlif böyüklükdə fırlar əmələ gəlir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir. Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur.
Nematodların çox yaxşı inkişaf etmiş hissiyat orqanları, xüsusilə də qoxu hissi var. Günəşli günlər, mülayim hava şəraiti nematodların inkişafı üçün ən əlverişli şəraitdir. Nematodlardan yoluxan bitkilər böyümədən geri qalır, isti havada qıvrılır və çox az nazik kök əmələ gətirir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir. Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur.
Mübarizə üsulları:
Açıq torpaqda zədələnə bilməyən bitkilərin əlavə etməklə növbəli əkin tətbiq edilir. Parniklərdə onlarla mübarizə aparmaq üçün kimyəvi preparatlar və yüksək temeperaturdan istifadə olunur (torpağın buxarla işlənməsi).
Bioloji mübarizə üsulu:
Nematodlar üçün Ən effektiv bioloji preparatlardan biri Nematofagindi.
Kimyəvi mübarizə üsulu:
10 %-li fenamiphos GR (10 kq/da), 400 q/l fenamiphos EC (2,5 litr/da), 98 %-li dazomet GR (40 kq/da), 10 %-li ethoprophos GR (10 kq/da), 200 q/l ethoprophos EC (5 litr/da), 900 q/l fosthiazate EC (5 l/ha), 98 %-li methyl Bromide GAZ (60 kq/da), 10 %-li oxamil GR (5 kq/da).
Qırmızı hörümçək gənəsi Tetranychus cinnabarinus (Boisd.), T.urticae Koch.
Qırmızı hörümçəklər bitkinin hüceyrə şirəsini sormaqla zərər verirlər və qidalandıqları yerlərdəki xlorofil hüceyrələrini məhv etdiklərinə görə sorulan yerlərdə sarı ləkələr əmələ gəlir. Qidalanmaq və yumurta qoymaq məqsədilə yarpağın alt səthini seçirlər. Zərər görən yarpaqlar müəyyən bir müddət sonar qızarır və tökülür. Yarpaqlardan başqa budaq və kiçik qozalarla da qidalanır və bunun tökülməsinə səbəb olur. Lokal dermanlama tətbiq edilir.
Kimyəvi preparatlar:
Aqrogita 57 EC 500 l/ha
Kinqsor 5 EC 500 l/ha
Doberman 240 SC
Digər preparatlar.
Fitonomus -yonca uzunburnu (Fhytonomus varbialis )
Fitonomus -yonca uzunburnu (Fhytonomus varbialis) Fitonomus böcəklər dəstəsinin uzunburunlar fəsiləsinin nümayəndəsidir.Azərbaycanda yonca əkilən bütün rayonlarda yayılmaqla onun ən təhlükəli zərərvericisidir. Il ərzində bir nəsil verir. Monofaq zərərvericidir, yəni ancaq yonca ilə qidalanır. Əsas zərərvermə fazası sürfə fazasıdır. Zərərverici fazaya- süfələrə fevral ayında da təsadüf edilir. Fitonomus yoncalıqda şaxta tutmayan yerlərdə alaq otları üzərində qışlayır. Qışlama yerinda temperatur 12 dərəcəyə çatdıqda böcəklər qış yuxusundan ayılıb yumurta qoymağa başlayır. Temperatur 12 dərəcədən aşağı düşməzsə yumurta qoyluşu noyabır ayıdan baılayıb bütün qışı davam edir.
Mübarizə tədirləri. Ilk növbədə aşağıdakı aqrotexniki mübarizə tədbirləri həyata keçirilməlidir:
a.Vegetasiyanın başlanğıcında yoncalıqların ağır malalarla malalanmaq.
1. yoncalığın imkan daxilində dibdən biçilməsi.
2. bitkinin böyümə və inkişafını yüksəlmək üçün gübrələmə.
d.Toxum üşün ikinci çalım yoncası saxlanılmalı.
e.Yonca bitkisi 3-4 ildən çox saxlanılmamalı.
f.Növbəli əkinə əməl edilməli, sələf olaraq dənli bitkilər, tərəvəz bitkiləri, bostan bitkiləri, qara herik, yem çuğunduru və s. əkilməlidir
Bioloji mübarizə. Zərərvericinin təbii düsməni olan tüfeyli minici konidiya (Conidia exiqua) və göbələk xəstəliyi (tarichum phytonomi) kütləvi surətdə məhv olmasına səbəb olur. Bioloji preparatlardan tirixodermin, fitoverin, bitoksibaksilinin istifadəsi də yaxşı nəticə verir.
Kimyəvi mübarizə. Otluq yoncada kimyəvi mübarizə olduqca təhlükəli olduğu üçün yonca vaxtından əvvəl biçilməli, sonra dərmanlama aparılmalıdır.Bu məqsədlə, Corogen-150-300ml,Sumi alpha-1,5lt, Alfanilin 17,6%K.C və Ladex 400 ZW preparatlarından istifadə etmək olar. Dərmanlamadan sonra yonca aqrotexniki qaydada sulanmalı.
Pomidor meyvələrində təpə çürüməsi (Pseudomonas lycopersici)
Xəstəlik açıq və örtülü sahədə yayılmışdır. Başlıca əlaməti meyvələrin təpə hissəsinin əvvəlcə kiçik ölçülü (2-5 mm) çox sayda, meyvələrin rəngindən azaçıq seçilən, qeyri-konsentrik ləkələr şəklində müşahidə olunur. Sonradan bu ləkələr böyüyərək bütün təpə-sonluğu əhatə edir. Quru və isti havalarda təpə nahiyəsində olan ləkədə batıq əmələ gəlir. Bu batıqlar quruma və rəngin tündləşməsi ilə müşayət olunur. 7-10 gün ərzində yara dərinləşir, genişlənir və meyvə çürüyür. Tədqiqatlarla aşkar olunmuşdur ki, əgər hər hansı meyvədə ilkin əlamət müşahidə olunarsa, mütləq meyvənin çürüməsinə qədər davam edir. Beləliklə, xəstəliyin səbəbinin, əsasən, qidalanma və su təminatı ilə bağlı olması qənaətinə gəlmək olar. Tədqiqatçılar bu xəstəliyin kalsium çatışmazlığından, qida və su balansının pozulmasından, bakterial mənşəli törədicilərin təsirindən əmələ gəldiyini qeyd edir. Abşeron bölgəsi şəraitində aparılmış tədqiqatlar göstərdi ki, xəstəlik, əsasən, qumsal torpaqlarda cərgəarası becərilmədikdə və bitki suyu dərindən götürmədikdə bu xəstəlik daha çox müşahidə olunur. Cərgəarası becərildikdə, suvarma suyu və torpaq əkinə yararlı olduqda, bitki suyu dərindən qəbul etdikdə xəstəliyin əlamətləri minimuma enir. Bitkilərin kök sisteminin müxtəlif səbəblərdən (mexaniki, zərərvericilər tərəfindən və s.) zədələnməsi, suvarma suyunun tərkibində codluğun (duzluluq) çox olması, havanın temperaturunun gün ərzində dəyişməsi (gündüz havanın həddən çox isti, axşamlar şehli və dumanlı olması) meyvələrdə təpə çürüməsini yaradan və sürətləndirən başlıca səbəblərdəndir. Xəstəliyə qarşı mübarizədə cərgəaralarının becərilməsi, bitkilərin diblərinin doldurulması, şor suyun suvarmada istifadə edilməməsi, qumsal torpaqlarda 5:1 nisbətində çürümüş peyin verilməsi, qızmar istilərdə torpağın qaysaqdan və çatlardan qorunması məqsədi ilə becərmə tədbirlərinin aparılması təpə çürüməsinə qarşı yerinə yetirilən səmərəli aqrotexniki tədbirlərdəndir. Birtərəfli qaydada ammonium mənşəli azot gübrəsinin verilməsi xəstəliyin şiddətlənməsinə səbəb olur. Toxum seçərkən təpə çürüməsinə davamlı sortların seçilib səpilməsi başlıca tədbirlərdən hesab edilir. Titan, Noviçok, Volqaqrad 323 sortları Təpə çürümə xəstəliyi ilə daha çox zədələnir. Müqayisəli təhlillər göstərir ki, Leyla, Vətən 1 sortları təpə çürüməyə davamlı sortlardır. Mənimsənilən kalsium gübrələrindən torpaq altına verilməklə əhəngdən istifadə torpaqda kalsium çatışmazlığını aradan qaldırır. Aparılmış tədqiqatlar üzrə etdiyimiz təhlillər göstərir ki, vegetasiyanın meyvə əmələgəlmə dövründə Elfer-Ca yarpaq gübrəsi ilə 2 dəfə (10 gün intervalla) çiləmə xəstəliyə qarşı 84% səmərəli olmuşdur.
Dəmgil xəstəliyi (Venturia inaqualis Wint) tumlu meyvə bitkilərinə ən çox ziyan verən göbələk xəstəliyidir. Bu göbələyin inkişafi iki əsas mərhələdən: yay mərhələsindən (konidi mərhələsi) və qış mərhələsindən (kisə mərhələsi) ibarətdir. Yüksək nisbi rütubət şəraitində əmələ gələn bu xəstəlik almada yarpaq ayəsinin üst, armudda isə alt tərəfində məskunlaşır. Xəstəliklə yoluxmuş çiçək və toxumluqlarda tünd boz ləkələr əmələ gəlir ki, buna görə də bunlar kütləvi şəkildə tökülürlər. Meyvələrin üstündə isə tünd – zeytunu rəngli məxməri örtük kimi ləkələr əmələ gəlir ki, bunun nəticəsində də meyvənin qoruyucu toxuması çatlayır. Xəstəliklə yoluxmuş meyvələr çox zaman cırtdan forma alır, çürüyür və vaxtından əvvəl tökülürlər. Zoğların yoluxması nəticəsində qabıqda kiçik qabarmalar, şişlər əmələ gəlir ki, buna görə də zoğlar sirayətlənmiş yerlərdən quruyurlar. Dəmgil xəstəliyi vegetasiya dövründə konidilərlə yayılır. Xəstəlik yayın birinci yarısında daha intensiv yayılır. Xəstəliyin törədicisi qışlamanı payızda yerə tökülmüş yarpaqlar üzərində keçirir. Dəmgilin ilkin əlamətləri adətən çiçəkləmə fazasından sonra müşahidə edilir, xüsusilə yağışlı havalarda sürətlə inkişaf edir.Qışlama infeksiyasının məhv edilməsi başlıca şərtlərdəndir. Yoluxmuş yarpaqlar toplanır, basdırılır və cərgə aralarında dərin şum aparılır. Xəstəliyə qarşı kimyəvi mübarizədə 1 % – li Bordo mayesi, Koçide – 2000 (2,5 kq/ha), Abiqa pik (4,0 l/ha), Kaptan (7,5 – 10 kq/ha), Skor (0,25 l/ha), Strobi (200 qr/ha), və s. preparatlardan istifadə edilir.
Şəkər çuğundurunda unlu şeh xəstəliyi (Erysiphe communis f.betae)
Törədicisi: Erysiphe communis f.betae
Əlamətləri: Quru və isti iqlim şəraitində yarpaqların üzərində ağ unlu şeh əmələ gəlir.Əvvəlcə zərif ağ unlu örtük yarpaqların təpə hissəsini tutur, sonra ləkələr böyüyür yarpaq ayasını tamamilə əhatə edir.Bəzən örtük yarpağın alt hissəsində də əmələ gəlir.
Epidemiologiyası: Xəstəlik vegetasiya dövrü konidilərlə yayılır. Quru havada konidilər hava cərəyanı vasitəsi ilə nəinki yaxın, hətta uzaq məsafələrə də yayılır.
Mübarizə tədbirləri: Aqrotexniki mübarizə: Məhsul toplanışından sonra kökümeyvəlilərin gövdə və yarpaqları toplanır,dərin şum aparılır.Xəstəliyə qarşı davamlılığı yüksəltmək məqsədi ilə əkin sahələri üzvi və mineral gübrələrlə tam təmin edilməlidir.
Kimyəvi mübarizə: Tiovit-jet, kumulus (4-6 kq/ha), Reks-Duo (0.4 lt / ha), Bayleton (0.5 lt / ha ) kimi preparatlardan istifadə olunur.
Üzümün mildyu xəstəliyi (Plasmopara viticola Bert.et de Toni)
Azərbaycanda üzümlüklərdə geniş yayılmış xəstəliklərdən biridir. Xəstəliyə bitkinin odunlaşmış yerüstü hissələrindən və kök sistemindən başqa bütün birillik yaşıl orqanları yoluxur. Yarpaqlar bütün vegetasiya müddətində xəstəliyə tutulur. Yazda cavan yarpaqların üst səthində açıq yaşıl və ya sarımtıl ləkə əmələ gəlib bir müddətdən sonra yağlı şəkil alır və qonurlaşır. Havanın nisbi rütubəti yüksək olarsa və ya atmosfer çöküntüsü düşərsə ləkənin alt səthində xəstəlik törədicinin qeyri-cinsi sporəmələ gətirmə mərhələsi olan ağ yumşaq örtük təbəqəsi əmələ gəlir. Əksər hallarda ləkənin diametri 2-3 sm-ə çatır. Örtük təbəqəsi yağlı ləkənin əvvəlcədən əmələ gəlməməsi ilə də meydana çıxa bilər. Bu ətraf mühitin nəmliyindən asılı olur. Əgər hava uzun müddət quraq keçərsə örtük təbəqəsi əmələ gəlmir. Yaşlı yarpaqlar üzərində mildyu xəstəliyi bucaqlı ləkələr əmələ gətirib ən çox yarpaqların uc hissəsində olur, çünki düşən atmosfer çöküntüsü yarpağın uc hissəsində daha uzun müddət saxlanılır. Bəzən ləkə xlorotiki toxuma ilə əhatə olunur. Şiddətli yoluxmuş yarpaqlar quruyub tökülür. Yaşıl zoğlar üzərində azacıq basıq qonur ləkələr əmələ gəlir. Əgər zoğun uc hissəsi yoluxmuşsa, onda yeni əmələ gəlmiş zoğ artımı eybəcərləşir. Nəmli havada ləkənin səthi ağ örtük təbəqəsi ilə örtülür. Xəstəliyin qüvvətli inkişafı zamanı yoluxmuş zoğlar quruyur, bığcıqlar elastikliyini itirir, kövrəkləşir və havanın yüksək nəmliyi zamanı isə onlar çürüyür. Zədələnmiş qönçələr, çiçəklər və gilələr üzərində də kifəbənzər örtük təbəqəsi əmələ gəlir. Çiçək ayaqçığı üzərində bir qədər basıq bozumtul və qonur ləkələr meydana çıxır. Mildyu xəstəliyinə tutulmuş gilə tutqun-qəhvəyi rəng alır və meyvə ayaqcığı ətrafında mavi zolaq əmələ gəlir. Belə qəbul olunub ki, gilələr cavan vaxtlarda (onların diametri 3 mm çatana qədər) xəstəliyə daha asan tutulurlar, çünki bu dövrdə gilələr üzərində olan ağızcıqlar açıq olur. Sonralar gilələr üzərində olan agızcıqlar itdiyindən onlar xəstəliyə tutulmurlar. Göbələk qışı yoluxmuş yarpaqların toxuması daxilində oospor şəkilində keçirir. İqlim şəraitində asılı olaraq patogen vegetasiya müddətində 8-16 nəsil qeyri-cinsi sporəmələ gətirmə verir. Respublika şəraitində nəsil vermənin sayı nəmlikdən asılıdır, çünki o xəstəliyin əmələ gəlməsi üçün limitləşdirici amil olub temperatur həmişə optimuma müvafiq olur. Xəstəlik törədicinin bioloji və ekoloji xüsusiyyətlərinin öyrənilməsi ona qarşı mübarizə tədbirlərinin işlənib hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Ədəbiyyat məlumatlarına görə göbələyin qeyri-cinsi sporəmələgəlməsi havanın nisbi rütubəti 95% -dən yuxarı olduqda (optimal nəmlik 97-100%) inkişaf edir. Adətən belə hal atmosfer çöküntüsü düşdükdə və ya qüvvətli şeh düşdükdə, çən əmələ gəldikdə olur. Göbələyin qeyri-cinsi sporəmələgətirməsi üçün minimum temperatur 11-12C°, optimal 18-24°C, maksimum isə 29-30°C-dir. Temperaturun aşağı və ya yuxarı olması spor əmələgətirmə müddətini uzadır, optimal temperatur isə qısadır. Göbələyin bitki toxuması daxilində inkişaf etməsi temperatur 7,9°C-dən yüksək olan müddətdə əmələ gəlir. Xəstəliyin inqubasiya müddətinin uzunluğu orta gündəlik temperaturun 7,9°C çox olan cəminin miqdarı ilə müəyyənləşdirilib, effektiv temperatur 61°C-dir . Nəzərə almaq lazımdır ki, axşam və gecə düşən atmosfer çöküntüləri, eləcə də kifayət qədər zəngin olan sübh şehi zoosporangilərin cücərməsi və bitkiləri gecə və sübh çağı sirayətləndirməsi üçün əlverişli şərait yaradır. Gündüz düşən çöküntülər isə xəstəliyin əmələ gəlməsi üçün əsaslı qorxu törətmir, çünki onlar tez bir zamanda quruyur. Tez-tez atmosfer çöküntüləri düşən İsmayıllı, Şamaxı rayonlarında yeni yoluxmalara demək olar ki, hər gün təsadüf olunur. Mildyu xəstəliyinin ziyanlığı olduqca böyükdür. Mübarizə tədbirləri. Xəstəliyə qarşı davamlı sortlar yaratmaq və onları rayonlaşdırmaq. Payızda yarpaq töküldükdən sonra onları toplayıb yandırmaq və ya kompostlaşdırmaq lazımdır. Bu göbələyin qışlayan oospor ehtiyatını məhv edir. Yarpaq yığıldıqdan sonra cərgəaralarında dərin şum aparmalı. 1. Yüksək ştamplı formalar tədbiq edilməlidir. Bu formalar üzümçülüyün hava keçirməsini və yarpaqlarda olan su damcı və şehin tez qurumasını təmin edərək tənəyin xəstəliklə sirayətlənməsinin qarşısını alır. Aqrotexniki tədbirlərdən üzüm bağlarında gölməçələrin əmələ gəlməsinə yol verməmək, tənəyin aşağı hissələrindən çıxan pöhrə və haramı zoğları vaxtında qırıb atmalı yaşıl zoğları vaxtında məftilə bağlamaq, cərgə və bitki aralarında olan alaq otlarına qarşı vaxtında mübarizə aparmaq lazımdır. 2. Kimyəvi mübarizə tədbirlərinindən payızda yarpaqlar töküldükdən sonra və ya erkən yazda tumurcuq şişməzdən əvvəl aparılan tədqiqatlar göstərir ki, 2-3% bordo mayesi ilə aparılan çiləmələr daha effektli olur, çünki bu vaxt oosporların xarici qılafı bir qədər yumşalmış olur. Fungisidlər torpaq qatının 5 sm dərinliyinə asanlıqla keçir və torpağın səthi yaxşı dezinfeksiya edir. Vegetasiya müddətində mildyu xəsləliyinə qarşı birinci çiləmə zoğların üzərində 4-5 yarpaq əmələ gələn zaman aşağıda göstərilən fungisidlərin biri ilə aparılmalıdır. Bendis 750ml/ha, İlma Captan WP 2,5 kq/ha, EFDAL AZBİN SC 750 ml/ha, SİMDONİL 72 WP 2,5 kq/ha məhlulu. Çiləmənin aparılma vaxtından və tənəklərin inkişaf dərəcəsindən asılı olaraq hər hektara birinci çiləmədə 600 litr, ikinci çiləmədə 800-1000 litr, üçüncüdə 1000-1200 litr, dördüncü çiləmədə isə 1200 litr məhlul sərf edilməlidir.
Pambıq bitkisinin Hommoz xəstəliyi (Xanthomonos malvace-arum Dow.)
Pambıq bitkisinin Hommoz xəstəliyinin törədicisi – Xanthomonos malvace-arum Dow. bakteriyası olub pambıq bitkisinin toxumunda, bitki qalıqlarında qışlayır. Xəstəliyə bitkinin bütün yerüstü hissəsi filqə yarpaqları, həqiqi yarpaqları, çiçək yanlıqları, qozalar və liflər yoluxur.
Xəstəliyin törədicisi bitki qalıqlarında və toxumda qışladığı üçün ilk cücərti alınan vaxtdan əmələ gəlir və vegetesiyanın sonuna qədər bitkiləri sirayətləndirir. Xəstəlik filqə yarpaqlarında açıq yaşıl yağlı ləkələr formasında olur. Xəstəlik yağmurlu keçən illərdə daha geniş yayılaraq bütün pambıq sahəsini əhatə edir.
Sirayətlənmiş yarpaqlar sonralar deşilir, törədici yarpağın damarları ilə bitkinin başqa orqanlarına keçərək (xüsusən qozalara) onu yoluxdurur. Hommozla şiddətli yoluxmuş qozalar ya açılmır, ya da yarımçıq açılaraq zəif liflər verir.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı aparılan kimyəvi mübarizənin üstün cəhətləri ilə yanaşı, mənfi cəhətləri də çoxdur, belə ki, kimyəvi mübarizə zamanı, ətraf mühit həddindən çox çirklənir, torpaqda olan xeyirli faunalar məhv olur.
Bunları nəzərə alaraq institutumuzun əməkdaşları bir sıra mədəni və yabanı bitkilərdən fitonsidlər alıb hommoz xəstəliyinə qarşı istifadə etməklə, 45-50% bioloji səmərə əldə etmişlər.
Hommoz xəstəliyinə qarşı səmərəli mübarizə aparmaq üçün ilk növbədə növbəli əkindən istifadə olunmalıdır.
Törədici toxumda qışladığı üçün toxumlar aşağıda göstərilən preparatların biri ilə səpin qabağı dərmanlanmalıdır.
1. Maksim Star 0,25KS (Sveçrə) -50 litr suya 1,5 litr preparat qarışdırılıb, 1 ton toxum səpindən qabaq 24 saat həmin məhlulda saxlanılıb səpilməlidir.
2. Bronotak 10%-li (Almaniya) -1ton toxuma 30 litr su, 6 litr preparat.
3. Qauço-M 70% i.t.(BAYER Almaniya) -1ton toxuma 30 litr su, 10 kq preparat.
Vegetasiya müddətində soğanın soğanağından alınmış fitonsidin 1:10 nisbətində su ilə qatıb xəstəliyin ilk nişanəsi əmələ gələn dövürdə 1 dəfə çiləməli, sonrakı çiləmə hər 10-12 gündən bir təkrar edilməklə xəstəliyin qarşısını 45-50% almaq mümkündür.
Pambığın Vilt xəstəliyi. (Verticillium dahliae Kleb)
Xəstəliyin törədicisi-Verticillium dahliae Kleb natamam göbələklər sinıfinə aiddir.
Bu göbələk konidi və sklerosiya mərhələsində inkişaf edir. Xəstəlik törədicisi bitki qalıqlarında və torpaqda qışlayır.
Torpaqda bitkilərin köklərində olan mexaniki zədələnmə və ya su ilə bitkinin gövdəsinə daxil olan mikrosklerosilər bitkiləri qönçələmənin axırı, çiçəkləmənin əvvəlində yoluxdurur. Xəstəliyin ilk nişanəsi adətən alt yarpaqlarda görünür, sonra bütün yarpaqları yoluxdurur.
Yarpaqların qıraqlarında, damarları arasında açıq yaşıl, tədricən saralan ləkələr əmələ gəlir. Zədələnmiş yarpaqlar quruyaraq tökülür güclü sirayətlənmə nəticəsində bitkinin məhsuldarlığı kəskin azalır.
Mübarizə tədbirləri:
Səpindən qabaq qoz bitkisinin yarpağından və qərzəyindən alınmış fıtonsidin 1:10 nisbətində su ilə durulaşdırılmış kəsafəti ilə toxumlar 24 saat isladıldıqdan sonra səpilir.
Vegetasiya müddətində bitkilərin qönçələmə fazasında həmin kəsafətlə 1-ci çiləmə, növbəti çiləmələr isə 14 gündən sonra aparılmalıdır.
Monilioz və ya meyvə çürüməsi (Monilia fructigena West).
Monilioz və ya meyvə çürüməsi (Monilia fructigena West) bütün meyvə bitkilərində geniş yayılmış və zərərli xəstəliklərdən biridir. Bu xəstəliklə bitkinin çiçək qurupu zoğları və budaqları sirayətlənir. Göbələk sporlarla yayılır ki, bunlar da külək, yağış, həşaratlar vastəsi ilə hərəkət edir. Göbələyin sporları xəstəliyin keçiricisi kimi, ağac üzərində gələn yaza kimi qalır. Əlverişli şəraitdə çoxalaraq meyvə üzərinə qonur ki, orada da çürümə əmələ gəlir. Burada da göbələyin sporları olan sarımtıl və ya bozumtul yastıcıqlar əmələ gəlir. Budaqlar xəstələnəndə onların qabığı bozarır, quruyur, büzüşür və çatlayır. Meyvənin səthində isə kiçik qonur ləkələr tez böyüyərək, bir neçə gün sonra meyvəni bütöv əhatə edir ki, bu da meyvələrin qonurlaşmasına, yumşalmasına, istifadə üçün tamamilə yararsız hala düşməsinə səbəb olur.
Almanın unlu şeh xəstəliyi. (Podosphaera leucotricha Salm)
Unlu şeh xəstəliyi. (Podosphaera leucotricha Salm) meyvə bitkilərinə ən çox ziyan verən və geniş yayılan göbələk xəstəliyidir. Bu xəstəlik meyvə bitkilərinin yarpağını, zoğlarını, çiçək və meyvələrini zədələyir. Bitkinin xəstəliyə tutulmuş hissələri külə bənzər örtüklə örtülür. Nəticədə zoğlar formasını itirir, zoğlar və yarpaqlar vaxtından qabaq quruyur və məhv olurlar. Almada unlu şehi hələ erkən yazda tumurcuqlar açılmağa başlayanda müşahidə etmək olur. Belə ki, xırda yarpaqlarda zəif ağ unlu örtük görmək olur. Zoğlar böyüdükcə unlu örtük daha da sıxlaşır, yarpaqlar deformasiya uğrayır, ətrafları aşağıya doğru qıvrılır, qonurlaşır, quruyur və tökülürlər. Çox zaman almada unlu şeh xəstəliyinin törədicisi yalnız konidi mərhələsində inkişaf edir. Konidilərin köməyi ilə göbələk yayılır daha yeni yoluxmalara səbəb olur. Xəstəliyin ingubasiya müddəti orta hesabla 4 – 10 gündür və sahib bitkinin davamlığından, hava şəraitindəndən asılıdır. Almada unlu şehin törədicisi qiş dövrü, yarpaq və meyvə tumurcuqlarında qışlayır və ilkin infeksiya rolunu oynayır. Xəstəliyin ən sürətli inkişafına uzun müddətli yağışlar köməklik göstərir.
Mübarizə tədbirləri. Unlu şeh xəstəliyi ilə mübarizədə aqrotexniki tədbirlər kompleksinə üstünlük verilməlidir. Budama zamanı yoluxan budaqlar kəsilməlidir. Bir tərəfli qaydada azotlu gübrələrdən istifadə unlu şeh xəstəliyinin inkişafını stimullaşdrır. Meyvə bağlarında minimum 3 çiləmə aparılır: I çiləmə qönçələrin formalaşması dövrü 2 % – li Kolloid kükürdlə (20 kq/ha) aparılır. II çiləmə – dərhal çiçəkləmədən sonra 1% – li Kolloid kükürd (8,0 – 16 kq/ha), 25% Karatan (1,0 – 2,0 kq/ha), 70% Topsin – M (1,0 – 2,0 kq/ha), 65% Saprol (2,0 kq/ha), Almaz, Topaz (0,2 l/ha) perparatlarından biri ilə davam etdirilir. III çiləmə 14 günlük intervalla yuxarıda göstərilən preparatlardan biri ilə aparılır.
Şaftalıda yarpaq qıvrılması– (Taphrina deformans Tul.)
Şaftalıda yarpaq qıvrılması– (Taphrina deformans Tul.) Şaftalı bitkisinin ən genişyayılmış xəstəliklərindəndir. Xəstəliklə bitkinin yarpaqları, zoğları və az hallarda meyvələri yoluxur. Patoloji proses erkən yazda başlayır. Cavan, yenicə açılmış yarpaqlarda qıvrılmanın tipik əlamətləri müşahidə edilir. Sirayətlənmiş yarpaqlar sağlamlardan fərqli olaraq, anormal qırmızı – çəhrayı və ya parlaq sarı rəngə boyanırlar. Ölçülərinə görə onlar sağlamlardan əhəmiyyətli dərəcədə iridirlər. Xüsusilə ilkin böyüməyə başlayan yarpaqlar şişir və bunun ardınca sirayətlənmiş zoğlar qalınlaşır, adətən əyilirlər, sarı-yaşıl rəng alır və qısabuğumları ilə fərqlənir. Yoluxmuş meyvələrdə qovuğa bənzər şişlər formalaşır, yoluxmanın ilkin mərhələsində belə meyvələr parlaq görkəm alır, sonra büzüşür və partlayır.
Xəstəliyin əmələ gəlməsindən 10-12 gün sonra (adətən yarpaqların alt tərəfındə, habelə zoğlarda) xəstəlik törədicinin kisə mərhələsindən ibarət ağ muma-bənzər örtük inkişaf edir. Müəyyən zaman keçdikcə yoluxmuş yarpaqlar qonurlaşır və tökülür. Meyvələr də tökülməyə başlayır. Güclü yoluxmuş zoğların əksəriyyəti quruyur. Daha az yoluxmuş zoğlar funksiyalarını davam etdirir, lakin payızda hətta zəif şaxtalarda onlar donurlar.
Şaftalı yarpaqlarında qıvrılma xəstəliyini törədən çılpaqkisəli göbələk olan Taphrina deformansın mitseli yoluxmuş yarpaqların kutikulası altında epidermisin hüceyrəaralarında inkişaf edir, zoğlarda isə inkişaf qabıq parenximində və parenxim ortasında gedir. Kisə qatından ibarət olan himeni kutikula altına qoyulur. Kisələr sancağabənzər-silindrik, yüngülcə hərqəvi 25-40 x 8-13 mkm ölçülüdür. Hər kisədə 8 (bəzən 4) demək olar ki, şaraşəkilli, diametri 3-5 mkm olan kisəsporlar formalaşır.
Kisəspor mərhələsinin yetişməsi xəstəliyin əmələ gəlməsindən az sonra yo-luxmus orqanlarda meydana çıxan mumabənzər örtükdür, göbələyin himeni qatının böyüməsi nəticəsində kutikula dağılır, azad olunan kisəsporlar bağda yayılır. Lakin gavalının «cib-cibə» xəstəliyində olduğu kimi həmin il təkrar yoluxma baş vermir. Qabıqda kitrə və yenicə formalaşan tumurcuqların pulcuqları arasına düşən kisəsporlar cücərir və mayaya oxşar mərhələ əmələ gətirir, həmin mərhələdə də qışlayır. Yazda tumurcuqların açılması dövrü göbələyin sonrakı inkişafı başlayır və cavan yarpaqlarda zoğların yoluxması baş verir.
Ədəbiyyatlarda göstərilir ki, xəstəliyin törədicisi mitsel ilə yoluxmuş budaqlarda, habelə kisə mərhələsində sirayətlənmiş zoğlarda da qışlaya bilir. Lakin ölkə şəraitində göbələyin kisəsporları gövdənin, skelet budaqların və zoğların qabığı və həmçinin tumurcuqlarda qışlayır. Lakin ən böyük təhlükə tumurcuq pulcuqlarında qışlayan kisəsporlardan gəlir.
Xəstəliyin kütləvi surətdə əmələ gəlməsinə yazda soyuq yağışlı hava əlverişli şərait yaradır. Quru isti havada xəstəlik zəif inkişaf edir.
Yarpaqların çox tez itirilməsi, zoğların ölüşgəməsi yoluxmuş bitkiləri güclü surətdə zəiflədir, nəticədə onların məhsuldarlığı azalır, kitrəaxını başlayır, əlverişsiz mühit amillərinə qarşı dözümlülük sıfır səviyyəsinə düşür. Xəstəlik xroniki inkişaf edən zaman ağacların əksəriyyəti vaxtından əvvəl məhv olur.
Sortlann xəstəliyə qarşı davamlılığı nisbi xarakter daşıyır. Ölkəmiz şəraitində Fədai, Malik, Oktyabr, Zolotistıy sortları daha davamlı, mülayim davamlılığı Kievskiy ranniy, Anton Çexov, Soçnıy, Puşistıy ranniy sortları göstərirlər. Bu sortlarda xəstəliklə yoluxma 10-20%-dən yüksək deyildir. Zəfərani, Ağ Nazlı, Zərdabi, Salami, Ordubadi, Qırmızı Nazlı və nektarinlərdən Tərəlli sortlarını xəstəliyə qarşı həssas hesab edirlər.
Mübarizə tədbirləri. Şaftalı ağaclarını yarpaq qıvrılmasından xilas etmək üçün kompleks tədbirlər sistemi həyata keçirilməlidir. İlk növbədə tökülən yarpaqlar məhv edilməli, yoluxmuş budaqlar may ayının əvvəllərində budanmalı və yandırılmalıdır. Tumurcuq fazasında ağaclarm 3%-li Bordo məhlulu ilə yaxşı nəticə verir. Sonraki müddətlərdə Delan preparatının 200qr/100 l su, Kaptan 300qr/100 l su, Zuroflo 200qr/100 l su işçi məhlulu ilə çiləmələr aparılmalıdır.
Qara xərçəng (Sphaeropsis malonum)
Qara xərçəng (Sphaeropsis malonum). Meyvə bitkilərinin ən təhlükəli və zərər vuran xəstəliklərindən biridir. Bu xəstəliyə tumlu meyvə bitkiləri ilə məşğul olan bütün rayonlarda rast gəlmək olur. Qara xərçəng xəstəliyi ilə müxtəlif yaşlı ağacların ştambı və skelet budaqları, bəzi hallarda isə zoğları, yarpaqları, çiçəkləri və hətta meyvələri də yoluxurlar. Yoluxmuş gövdə və skelet budaqların qabığı üzərində əvvəlcə yağlı təhər basıq ləkələr əmələ gəlir ki, bunlar da sonralar tünd bozumtul rəng alır. Belə basıq ləkələr, tədricən birləşir və xəstə hissə ilə sağlam toxuma arasında çat əmələ gəlir. Müyyən zaman müddətində xəstəlik inkişaf etdikcə, qaralmış qabıq konsentrik halqalar şəklində quruyub tökülür. Xəstəlik xroniki xarakter alır. Yarpaqlarda xəstəlik qırmızı – qəhvəyi rəngli ləkələr şəklində olur, sağlam hissədən kəskin fərqlənir. Tədricən həmin ləkələr boz rəng alır, payızda qara rəngli meyvə cisimləri əmələ gəlir, yarpaqlar qonurlaşaraq sallanırlar. Çiçəklər yoluxarkən boz rəng alır və büzüşür. Erkəkcik və dişicikləri qaralır. Yoluxmuş yumurtalıq qaralır, büzüşür, quruyur və uzun müddət tökülmür, bəzən gələn ilə qədər ağacdan asılı qalır. Meyvələrdə xəstəlik onun zərərvericilərlə, yaxud mexaniki yolla zədələnməsi nəticəsində inkişaf edir. Yoluxmuş hissədə əvvəlcə kiçik hissə sonra növbəli şəkildə açıq və tünd rəngli dairəvi halqalar əmələ gəlir. Belə meyvələr bütünlüklə solğun qara rəng alaraq, büzüşür və mumiyalaşırlar. Qara xərçəng xəstəliyinin törədicisi ildən – ilə ağacların yoluxmuş toxumalarında mitsel formasında saxlanılır. Bitkilər xəstəliklə sirayətlənməsinə qabığın müxtəlif formada zədələri stimuledici təsir göstərir. Günəş, şaxta yanıqları da, xəstəliyi sürətləndirən əsas səbəblərdən biridir.
Mübarizə tədbirləri. Bağları qara xərçəng xəstəliyindən qorumaq üçün proflaktiki tədbirlərin rolu böyükdür. Bitkilərin sirayətlənməsinə yol verilməməlidir. Bunun üçün kompleks təşkilatı, təsərrüfat, aqromexaniki və digər tədbirlər kompleksi həyata keçirilməlidir. Bu tədbirlər ağacların yüksək, fəal həyatı qabiliyyətli alması üçün yönlənməlidir.
Bağ salınarkən sahənin yararlığı, sortların davamlılığı, əkin sıxlığı və s. nəzərə alınmalıdır.
Gənc yaşlarından başlayaraq torpaq və bitkilərlə düzgün qulluq olunmalıdır: alaq otları ilə vaxtında mübarizə aparmaq, torpağın becərilməsinə dair məsləhətlərə ciddi əməl etmək, gübrələmək, suvarmaq, bağları xəstəlik və zərərvericilərdən qorumaq.Ştamp və budaqların mexaniki zədələnməsinə yol verməmək, budama zamanı budama yerləri təbii əliflə olan yağlı boya ilə işləmək.
Güclü yoluxmuş, qurumuş ağacları kökündən çıxarmalı və bağdan kənarlaşdırmaq. Bitkiləri günəş – şaxta zədələrindən qorumaq.
Xəstəlik yarpaq, çiçək, toxum və s. orqanlarda müşahidə olunduqda 1% – li Bordo mayesinin işçi məhlulu ilə çiləmə aparmaq.
Taxılın unlu şeh xəstəliyi- (Erysiphe qraminis DC)
Xəstəliyin törədicisi-Erysiphe qraminis DC kisəli göbələklərin Erysiphales sırasına aiddir.
Dənli taxıl və yabanı ot bitkilərinin əksəriyyəti unlu şeh xəstəliyinə tutulur. Xəstəliyə ən çox bitkinin aşağı torpağa yaxın yarpaqları tutulur.
Kütləvi yarpaqlama zamanı isə gövdə, yuxarı yarus yarpaqlarını da sirayətləndirir.
Yarpağın alt hissəsində əvvəlcə göbələyin ağımsov mitsel təbəqəsi, onun üzərində isə bir qədər bozumtul rəngdə qalan unvari ləkələr-konidilər əmələ gəlir.
Taxılın vegetasiya dövründə unlu şeh xəstəliyi payızdan başlayaraq vegetasiyanın sonuna qədər bitkiləri sirayətləndirir. Törədici bitkidən bitkiyə əsasən, külək vasitəsilə yayılır. Bitkilərin unlu şehlə sirayətlənməsi 60-80% nisbi rütubətdə, 0-20°C temperaturda daha intensiv gedir. Bitkilərin unlu şehlə güclü sirayətlənməsi məhsuldar gövdələrin azalmasına, yetişmənin tezləşməsinə səbəb olur. Unlu şehin təsirindən məhsuldarlıq 12-15% azalır.
Mübarizə tədbirləri.
Aqrotexniki mübarizə üsulu
• Sıx əkin edilməməlidir
• Analiz nəticələrnə əsasən gübrələmə edilməlidir, əsasən azotlu gübrələr minimuma endirilməlidir.
Xəstəliyə qarşı davamlı sortların tətbiqinə xüsusi diqqət yetirilməli, payızda taxıl yerində bitmiş cücərtilər xəstəliyin infeksiya mənbəyi olduğu üçün biçindən sonra sahədə qalmış kövşən qalıqları məhv edilməli, cücərtilərin əmələ gəlməsi üçün üzləmə və sonra dərin yay şumu aparılmalıdır. Çox erkən səpinlər xəstəliyə daha çox məruz qalır, buna görə də səpin hər bir region üçün müəyyən edilmiş optimal müddətlərdə aparılmalıdır. Taxıl sahələri nisbi rütubətin toplanmasına və bununla da unlu şehin kütləvi yayılmasına səbəb olan alaq otlarından təmizlənməlidir. Fosfor və kalium gübrələrinin tətbiqinə üstünlük verilməli, lazım gələrsə, onları payızda və yazda azotla birlikdə qarışdırıb yemləmə şəklində vermək olar.
Kimyəvi mübarizə üsulu
Buğdanın vegetasiyası dövründə unlu şeh xəstəliyi kütləvi şəkildə yayılarsa, tətbiq edilən preparatlar aşağıdakılardır: 70%-li Topsin M (1-1,2 kq/ha), 25%-li Bayleton (0,5 d/ha), 50%-li Benlat (0,5-0,6 kq/ha). Çiləmə bu preparatlardan birinin bir hektarlıq normasını 250-300 litr su ilə yaxşı-yaxşı qarışdırdıqdan sonra aparılır.
Unlu şeh xəstəlinə qarşı əkin optimal müddətdə aparılmalıdır, dərmanların tətbiq edilmə vaxtı (bitkinin inkişaf fazaları və dövrlər üzrə).
Başlağıc və orta dövrdə İmpakt (0.5 l/ha) və ya Tilt (0.5 l/ha) fungisidi + Fetrilon Combi- 2 və ya Fertilizers 20-20-20+ TE ilə birlikdə çilənməlidir, Qışlama dövrü bitkinin son inkişaf fazasında İmpakt (0.5 l/ha) və ya Tilt (0.5 l/ha) fungisidi çilənməlidir
Bakterial xərçəng (Corynebacterium michygananse)
Bakterial xərçəng cox zərərli bakterial xəstəlikdir. Suvarılan şəraitdə, xüsusən isti və rütubətli havada bu xəstəlik inkişaf edir. Bitkinin bütün inkişafı dövründə, onun kök hissələrinin hamsı, xüsusilə qida boruları bu xəstəliyə tutulur. Bakterial xərçəng xəstəliyi bitkilərə zədələnmiş hissələrdən keçir. Belə ki, seyrəltmə, biclərin vurulması zamanı bitkilərin xəstəliyə qarşı müqaviməti azalır və xəstəlik yayılmağa başlayır. Xəstəliyin yayılması üçün ən əlverişli şərait +25+300C temperatur arasında olur.
Bakterial xərçəng xəstəliyinə yoluxma bitkilərdə iki cür ola bilər:
1.yerli (lokal)yol ilə
2.diffuziya yolu ilə
Lokal xəstəliyə yoluxma o qədər də təhlükəli deyildir, bu halda bitkilərin üzərində xırda, qəhvəyi rəngli ləkələr əmələ gəlir və bitkilərə çox ziyan dəymir.
Diffuziya yoluxmasında isə bakteriyalar əsasən xəstə toxumlardan yetişdirildikdə və ya infeksiya bitkilərin ötürücüsü sisteminə düşdükdə baş verir. Bu halda bitkilərin inkişafının başlanğıcında pomidor bitkisi soluxmağa və qurumağa başlayır.
Bakterial xərçəng xəstəliyi ilə yoluxan bitkilərin əvvəlcə yarpaqları solur, yarpaqların saplaqlarında palıdı rəngli yumurcuqlar əmələ gəlir. Yarpaqların solması aşağıdan yuxarı baş verir. Gövdənin kəsiyində boş sarı özəyi görmək mümkündür. İlk inkişaf dövründə xəstə meyvələr eybəcər forma alır, toxum tutqunlaşır və cücərmə qabiliyyətini itirir. Meyvənin qabığında ağ rəngli ləkələr əmələ gəlir. Bu ləkələri “quş gözü” də adlandırırlar. Bu xəstəlik meyvələri həm daxildən, həm də xaricdən zədələyir.
Yoluxmanın mənbəyi torpaq və toxumdur. Xərçəng əmələ gətirən bakteriyalar toxumlarda 3 ilə kimi qala bilir.
Kök xərçəngi
Kök xərçəngi ilə yoluxmuş bitkinin köklərində kiçik ölçülərdə şişlər müşahidə olunur. Əsas infeksiya mənbəyi yoluxmuş torpaq və bitkilərdir. Kök xərçənginin törədiciləri yalnız təzə əmələ gəlmiş zədələr vasitəsilə kökə daxil olduğuna görə köklərin maksimum az zədələnməsinə nail olmaq lazımdır.
Gövdə xərçəngi
Əsasən istixanalarda müşahidə olunur. Xəstəliyə əsasən gövdə yoluxur, çox az hallarda yarpaqlar yoluxa bilir. Gövdələrin aşağısında palıdı rəngli batıq ləkələr əmələ gəlir və saqqıza bənzər şirə axır. Belə bitkilərin çiçəkləri tam inkişaf edə bilmir, meyvələrin üzərində eyni əlamətlər görünə bilər. Bu xəstəlik soyuq və nəm havada aşağı temperatur şəraitində inkişaf edir.
Mübarizə tədbirləri:
1. Ancaq sağlam meyvələrdən toxum götürmək lazımdır.
2. Toxum 48-50o C suda 20 dəqiqə müddətində dezinfeksiya edilməlidir.
3. Növbəli əkin sisteminə əməl edilməlidir.
4. Bütün bitki qalıqları yığılıb məhv edilməlidir.
5. Həddindən çox suvarmaya yol verilməməlidir.
6. Mis tərkibli preparatlarla xəstə bitkilər çilənməlidir.
Xiyar bitkisinin askoxitozu- Ascochyta cucumis Fauts et Roum
Xəstəlik əsasən istixana şəraitində inkişaf edir. Ölkəmizin istixanalarında ən geniş yayılmış xəstəliklərdəndir. Vegetasiyanın erkən dövrlərində yoluxan gövdələrə oval və ya həlqəvi formaları ləkələr əmələ gəlir. Onlar əvvəlcə sulutəhər, boz-yaşıl rəngli olur,tədricən qonurlaşır,quruduqca ağa bənzəyir. Ləkələr tezliklə uzununa və eninə yayılır, tədricən bütün gövdəni tutur. Örtücü toxumlar partlayır, süd və ya qəhvəyi rəngli maye damcıları ayrılır.Toxuma parçalanır. Xiyarın meyvə vermə dövrü bitkinin yarpaqları da yoluxur.Xəstəlik yarpaq özəyinin ətrafından başlayır.Yoluxma yerində çox iri 4-5 sm diametri dağınıq ləkələr meydana çıxır. Ləkə bəzən yarpağın yarısını əhatə edir. Yarpağın toxuması ləkə yerində əvvəlcə qəhvəyi, sonra ağ rəng alır və səliqəsiz düzülmüş pikinidlərə örtülür.Yoluxmuş toxuma quruyur və tökülür.
Askoxitoz meyvələrdə iki formada meydana çıxır. Birinci formada –xəstəlik meyvənin təpə hissəsindən başlayır, sirayətlənmiş toxuma bir az quruyur,büzüşmüş görkəm alır, lakin möhkəmlik strukturunu saxlayır və piknidlə örtülür. Müəyyən vaxtdan sonra meyvə bütövlükdə qaralır, mumyalaşır və ya yaşçürümə tipi üzrə parçalanır.Toxumluq meyvənin səthində çox zaman yarıqlar və ya yaralar görünür, buradan kitrə ayrılır.
Askoxitozun ikinci forması kiçik xiyar meyvələrinin səthində 3-5 mm diametrli quru yaracıqların əmələ gəlməsi ilə xarakterizə olunur.Xəstəlik törədicinin şəffaf qonur piknidləri adətən gövdədə, yarpaqların üst səthində əmələ gəlir.Onlar yoluxmuş orqanlara yüklənmiş vəziyyətdədirlər. Şarşəkilli-qabarıq formada olub, diametri 100-200 mkm-dir.
Göbələk torpaqda bitki qalıqlarında və istixana konstruksiyasında saxlanılır.Əsas infeksiya mənbəyi yoluxmuş toxumlardır. Patogen 10-32 ºC temperaturda və havanın geniş nisbi rütubəti diapozonunda 20-100% inkişaf edir.
Askoxitoz meyvəvermə dövrü xiyarın bütün orqanlarında əmələ gəlir, nadir hallarda şitillikdə də rast gəlinir.
Mübarizə tədbirləri. Bitkilərə yaxşı aqrotexniki qulluq edildikdə xəstə olmasına baxmayaraq bar verməkdə davam edirlər. Soyuq su ilə suvarma istixanalarda vegetasiya olunan bitkilərin davamlılığını zəiflədir.Yoluxmuş alt yarus yarpaqlarının dərilərək kənarlaşdırılması vacibdir. Zəif yoluxan sortların becərilməsi önəmlidir. Askoxitozla mübarizədə kompleks payız profilaktikası aparılır:2-5%-li formalinlə(1 1/ 1 m2 məsarif norması ilə)istixananın daxili səthi dezinfeksiya edilir, torpağın fumiqasiyası aparılır.Toxumlar dərmanlanır. Askoxitozun yarpaq forması inkişaf edən zaman 0,7-1,0%-li bordo məhlulu ilə çiləmə aparılır.3-4 çiləmə 10-12günlük intervalla təkrar edilir.
Xətli və ya gövdə pası ( Puccinia graministritici Eriks. et Henn)
6.1.2.Xətli və ya gövdə pası: ( Puccinia graministritici Eriks. et Henn)
Pas xəstəlikləri bazidili göbələklərin Uredinales sırasına daxildir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası xəstəlikləri yayılır.
Pas xəstəliklərini törədən göbələklər 5 inkişaf mərhələsi keçirir:
0- spermaqen və spermalar
1- esidi və esidisporlar
2- Uredoyastıqcıqlar və uredosporlar
3-Teleytoyastıqcıqlar və teleytosporlar
4- Bazidi və bazidisporlar
Bu mərhələlər bir-birindən fərqlənir.
Öyrənilən sortların bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir. Gövdə pası, 1972/73-cü illərə qədər güclü yayılmasına baxmayaraq, sonralar depressiyaya uğradı. İndiyədək çox nadir hallarda lokal şəkildə təsadüf olunsa da, kütləvi halda yayılması qeydə alınmamışdır.
Xəstəliyin törədicisi Puccinia graminis tritici Eriks. et Henn göbələyidir.
Əsasən yarpaqlarda və gövdədə görülən bir xəstəlikdir. İlk əlamətləri yarpaq və gövdədə görülən olduqca böyük, oval və ya uzun tünd narıncı, daha çox qəhvə rəngdə ləkələr əmələ gəlir. Ləkələr yarpaq epidermisini zədələyərək yırtması səbəbilə, ləkələri əhatə edən epidermis ağ haşiyə şəklini alır. Mövsümün sonunda yazlıq sporlar yerınə, tünd qəhvə rəngindən qara rəngəqədər dəyişən rəngdə qışlıq sporlar əmələ gəlir.
Aqrotexniki mübarizə üsulu
• Pas xəstəliynə davamlı sortların əkilməsi.
• Sahələrdə yaxındakı sirayətlənmiş bitkilərin məhv edilməsi.
• Vaxtından əvvəl səpin etmək.
• Alaq otlarının məhv edilməsi.
• Rütubətli və küləkli sahələrdə səpin aparılmamalıdır.
Kimyəvi mübarizə üsulu
Xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur. Kimyəvi mübarizə vasitəsi kimi, 25%-li Tilt (250 qr/litr Propikonozol) 0,5 l/ha, 25%-li Bayleton (250 qr/kq Triamidefon)1,0 kq/ha və yaxud 25%-li Folikur (250 qr/kq Tebukonazol) 0,5 kq/ha məsarif normasında istifadə etməklə çiləmə aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzərdə tutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çiləyicilər vasitəsilə həyata keçirilməlidir. Yoluxmuş toxumların dərmanlanması da zəruridir. Taxıl bitkilərinin pas xəstəlikləri ilə sirayətlənməsi 20-25%-dən artıq olmazsa, kimyəvi mübarizənin tətbiqi iqtisadi cəhətdən effektli hesab edilmir.
Yonca bitkisinin Toxumyeyən tixusları
Yonca bitkisinin Toxumyeyən tixusları Böcəklər (Coloeoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidirlər.Yonca toxumu na əsasən sarı(Tychius flavus), nisbətən kürən(Tychius femora lis), daha az isə fır (Tychius medicaginis) tixusu zərər vurur. Yonca tarlalarında bu zərərvericilər torpağın 5-15 sm dərinli yində böcək fazasında qışlayır. Mart ayında qışlama yerindən çıxmağa başlayır. Havalar isindikdən sonra yarpaq,gövdə, bəzi hallarda isə çişək və qönçlərlə qidalanır. Cinsi məhsullarının yetişməsi təqribən yoncada yaşıl paxlanın əmələ gəlməsi vaxtı na düşür və böcəklər öz yumurtalarını paxlaların boşluğuna qo yur. Yumurtadan çıxan sürfələr paxlaların daxilindəki toxumla rı yeyərək qidalanır. Bir sürfə 2-7 ədəd toxum yeyə bilir.
Mübarizə tədbirləri.
• Ilk növbədə nəzərə alınmalıdır ki, tixus böcək böcək ləri bir sahədən başqa sahəyə asanlıqla keçir. Buna görə də mübarizə bütün toxumluq yoncada aparılmalıdır.
• Böcəklərin kütləvi çoxalmasının qarşısını almaq üçün yoncanı yalnız bir il saxlamalı və toxumluq üçün ikinci biçim yoncasından istifadə etməli.
• Toxumluq yonca sahəsi köhnə yoncalıqdan1 km aralı olmalı.
• Yoncanın qönçələmə fazasında zərərverici əlehinə Lannate 1,8-2,2 lt,Druspan 25% li 2l/ha , preparatları ilə çiləmə aparılmalı.
Yonca yoğunayağı (Bruchophagus gibbus)
Yonca yoğunayağı (Bruchophagus gibbus) Pərdəqanadlılar(Hymenoptera) dəstəsinin yoğunayaqlılar (Eurytomidae) fəsiləsinə mənsubdur. Sürfə fazasında mədəni və yabanı yonca toxumları daxilində qışlayır. Azərbaycan şəraitində 3-4 nəsil verir. 1-ci nəsil köhnə yoncalığın 1-ci çalım toxumlarında , 2-ci və 3-cü nəsili ikinci çalım toxumlarında və cavan yoncalıqlarda,4-cü nəsil isə köhnə yoncalığın 3-cü çalımı toxumlarında yaşayır. Sürfələrinbir qismi diapauzaya getdiyi üçün heç bir nəsil inkişafını tam başa vura bilmir, yalnız gələn ilin yazında inkişafını davam etdirir. Yoğunayağın şiddətli zədələdiyi toxumların ancaq qabıçı qalır, nisbətən az zədələnən toxumların isə cücərmə qabiliyyəti aşağı düşür.
Mübarizə tədbirləri.
• Yabanı paxlalı bitkilər məhsul verməzdən əvvəl dərhal biçil məli, tarladan yığılmalı,payızda üzərində paxla qalmış bitki lər biçilib mal-qaraya verilməli,biçin zamanı toxumların yerə tökülməsinin qarşısı alınmalı.
• Toxum çeşidləyən maşınlarla sağlam toxumlar ayrılmalı,sort laşdırılmalı və səpin sağlam toxumlarla aparılmalıdır.
• Səpinqabağı əkin materialı xörək duzunun 15%-li məhlulunun içərisinə tökülməli və məhlulun üzərinə çıxan toxumlar yığlıb məhv edilməli,toxum qurudulduqdan sonra səpilməli.
• Paxla əmələ gəlməsi fazasında Druspan 25%-2 l/ha, Coragen- 150-300ml və ya Sumi alpha-1,5li çiləmə aparmalı.
Yonca çiçək ağcaqanadı (Contarinia medicaginis)
Yonca çiçək ağcaqanadı (Contarinia medicaginis) Ikiqanadlılar(Diptera)dəstəsinin fır əmələ gətirən ağcaqanad lar (Cecidomyiidae)fəsiləsinə daxildir.Torpaqda sürfə fazasın da qışlayır,yazda qışlama yerində puplaşma gedir,puplardan aprel ayında yetkin ağcaqanad uçmağa başlayır və öz yumurta larını hələ o zaman yaşıl olan qönçələrin üzərinə qoyur.Bir qön çədə 50-yə qədər yumurta qoyulsada sürfələrinsayı 2-14-ə qə dər olur.Yumyrtadan çıxan sürfələr çiçəklərindaxili ilə qidala nir ki,nəticədə fır əmələgəlməyə başlayır. Belə çiçəklərdə qapa lı şişkinlik əmələ gəlir,kasaları saralır, meyvə başlanğıcları qı salaraq şişir.Qidalanmasını başa vuran tırtıllar torpağa düşüb orada puplaşır. Göygöl ərzisində İl ərzində 3 nəsil verdiyi qeydə alınıb.
Mübarizə tədbirləri.
• Toxumluq üçün sahələr köhnə sahələrdən 1 km aralı olmalıdır.
• Toxumluq üçün ikinci çalım yoncası saxlanılmalıdır.
• Toxumluq yoncalıq sahələrinəbitkilərin qönçələmə fazasında Druspan25%-2l/ha məsarif normasında istifadə etmək olar.
• Bioloji preparatlardan Bitoksibaksilin, Boverin və sş də istifadə etmək olar.
Tumurcuq çəhrayı ağcaqanadı (Dasyneura iqnorata)
Tumurcuq çəhrayı ağcaqanadı (Dasyneura iqnorata) Ikiqanadlılar (Diptera) dəstəsinin fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə (Cecidomyiidae) daxildir. Mədəni və yabanı yonca bit kisi ilə qidalanır. Sürfə fazasında möhkəm torpaqdan düzəltdiyi nazik yuvacıqda torpağın üst səthində,5 sm dərinlikdə qışlayır. Yonca bitkisi cücərdiyi vaxt puplaşmağa başlayır. Puplardan çıxan dişi ağcaqanadlar cinsi yetkin olduğu üçün yonca gövdə sinin yuxarı hisəsinə yumurta qoyur.Yumurtadan çıxan sürfələr dərhal tumurcuqların və çiçək quruplarının içərisinə giririb orada qidalanır.Qidalanmasını başa vuraduqdan sonra torpağa düşüb puplaşır. Respublikamızın aran rayonlarında 6-7nəsil verdiyi ehtimal edilir.Üümumilikdə mühit amillərinin zərərve ricinin inkişafında rolu böyükdür.Zərərverici üçün müvafiq rütubət olmadıqda kütləvi məhv olur .
Mübarizə tədbirləri Toxum üçün ikinci çalım yoncası saxlanılmalı. Toxumluq sahələr köhnə sahələrdən 1 km aralı yerləşməli. Yonca bitkisininqönçələmə fazasında coragen 150-300 ml vəya Bye-bye-2,0-2,5lt hesabı ilə çiləmə aparmalı.
Yonca bağacığı (Adelphocoris lineolatus)
Yonca bağacığı (Adelphocoris lineolatus) Yarımsərtqanadlılar(Hemiptera) dəstəsinin bağacıqlar(Miridae) fəsiləsinə daxildir. Dişilər yumurta qoymazdan əvvəl gövdələr də deşiklər açır və yumurtasını həmin deşiklərin daxilinə qoy ur.Yumurta fazasında qidalandığı bitkinin gövdələri daxilində qışlayır.Azərbaycan şəraitində yetkin fazada da qışladığı mü şahidə edilmişdir.Havaların temperaturu 19d-yə çatdıqda rüşey min inkişafı başlayır.Yumurtadan çıxan sürfələr və yetkin fərd lər bütün yerüstü orqanların şirəsini soraraq,çiçək və qönçələ rin tökülməsinə,gövdələrin uclarının qurumasına səbəb olur. Belə zədələnmələr yonca əkinləri üçün qorxuludur. Azərbaycan şəraitində 4-5 nəsil verdiyi ehtimal olunur.
Mübarizə tədbirləri. Bitkinin gövdəsi daxilində yumurtaların qışla masının qarşısını almaq məqsədi ilə yemlik və toxumluq yonca dibdən biçilməlidir. Erkən yazda sahədə qalmış quru bitki gıvdələri xüsusi ot biçən maşınlarla biçilməli,tezliklə yığılıb məhv edilməlidir. Toxumluq yoncada Druspan 25% 2 -l/ha hesabı ilə çiləmə aparmalı.
Yonca kök yumrusu uzunburnu. (Sitona lonqulus)
Yonca kök yumrusu uzunburnu. (Sitona lonqulus) Sərtqanadlılar dəstəsinin(Coleoptera) uzunburun böcəklər fəsi ləsinə (Curculionidae) mənsubdur. Bir neçə növü zərər verir. Əsasən yonca kök yumrusu uzunburnu. Yetkin fazada yonca köklərinin dibində,torpağın ust səthində kəsəklər altında və tor paq yarıqlarında qışlayır.Erkən yazda-martın axırlarında qış yu xusundan oyanıb hələ yonca cücərməmiş sahələrə yayılır. İlk cücərtilərlə qidalanaraq bəzən yerüstü hissəni təmamilə məhv edir.Adi halda yoncanın uc hissələri,yarpaqları ilə qidalanaraq cütləşir.Dişilər yumurtalarını kökboğazı yanına qoyur. Yumur tadan çıxan sürfələr dərhal torpağa girir, yoncanın kökünü,kök yumrusunu,əmici telləri gəmirir.Uzunburnun zərəri nəticəsində yaşıl kütlənin əmələ gəlməsi zəifləyir,məsul itkisi baş verir.
Mübarizə tədbirləri.
• Tarlaları kənarında paxlalılar fəsiləsinə aid olan alaq otları məhv edilməli,erkən yazda cücərtilərin dibi malalanmalı.
• yazda yenicə cücərməyə başlayan tralalarda kütləvi böcək əmələ gələrsə Coragen vəya digər preparatlarla çiləmə aparmalı.
Dəyişik ipəksarıyan
Dəyişik ipəksarıyan. Tırtılı tutqun – boz rəngdədir. Beli üzərindən üç nazik sarımtıl zolaq uzanır. Birinci beş buğum üzərindəki ziyilləri mavi, sonrakı buğumlarda isə qırmızı rənğdədir. Bu ziyillərin üzərində koma şəkilli uzun tukcüklər olur. Başı sarı rəngdədir, üzərində uzununa doğru iki qara zolaq vardır. Axırıncı yaşlı tırtıl 7sm uzunluqda olur. Erkək və dişi fərdlərin pupu eyni böyüklükdə deyildir.Erkəklərdə pupun uzunluğu 2 sm, dişilərdə isə 3,5 sm-dir. Hər ikisi qara qonur rəngdədir və qarıncığın nəhayəti kürəni-sarı rəngdə tükcüklərlə örtülmüşdür. Dəyişik ipəksarıyan yumurta daxilində artıq formalaşmış tırtıl halında ağac qabıqları və budaqları üzərində xüsusi tükcüklər altında qışlayır.Zərərvericinin “dəyişik” ipəksarıyan adlandırılmasının səbəbi odur ki, erkək və dişi kəpənəklər xarici görnüşcə bir-birindən kəskin fərqlənir. Qanadları açılmış halda erkək kəpənəklərin böyüklüyü 5 sm olur. Qanadları, döşü və qarıncığı tünd rəngdədir, ön qanadları üzərində köndələninə gedən dalğalı zolaqları vardır, bığcıqları lələkvarı olub, qarıncığı nazikdir. Dişi kəpənəklər ya ağ, ya da kirli sarımtıldır. Qanadları açılmış halda 7-sm-dir. Xarici kənarlarında cərgə ilə düzülmüş qara nöqtələr vardır. Ön qanadlarından köndələninə doğru tutqun dalğalı xətt uzanır, bığcıqlar nazik olmaqla, zəif daraqvaridir. Qarıncığı çox yoğundur. Qurtaracağı sıx qonur tüklüdür.
Mübarizə tədbirləri. Zərərvericinin kütləvi inkişaf etməsi ehtimalını nəzərə alaraq ona qarşı yeni və az məsarif normasına malik olmaqla ekoloji cəhətdən nisbətən səmərəli olan preparatların-100 litr suya Motodor 25 ml, Doksin 25 ml, Bifenstar 25 ml məsarif normalarında təsiri laboratoriya və meşə şəraitində geniş sınaq təcrübələri aparılmışdır. Aparılan çiləmələrdən sonra preparatların həmin məsarif normalarında 96-98% olmaqla dəyişik ipəksarıyana qarşı yüksək texniki səmərəliliyə malik olmaları müşahidə olundu. Bu isə meşə təsərrüfatlarında dəyişik ipəksarıyana qarşı mübarizə zərurəti yarandıqda yuxarıda sınağı aparılmış həmin preparatların az məsarif normalarına malik, ekoloji və iqtisadi cəhətdən daha səmərəli olması onlardan biri ilə mübarizənin aparılmasının məqsədə uyğun olmasına zəmin yaradır.
Alma ballıcası
Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında təsadüf edilən bu zərərverici kütləvi çoxaldığı illərdə alma ağaclarına xeyli zərər vurur. Zərərverici Şimali və Mərkəzi Avropada geniş yayılmışdır.
Alma ballıcası ən çox zərəri meyvələrə vurur. Sürfələri bitkinin şirəsini soraraq onun inkişafını ləngidir, yarpaqların saralmasına və bükülməsinə, qönçə, çiçək, yumurtalıqların tökülməsinə səbəb olur, tökülməyən çiçəklərdən əmələ gələn meyvələr kiçik olur. Nəticədə məhsuldarlıq azalır. Zərərverici şirəli, yapışqan ekskrement ifraz edərək yarpaqları çirkləndirir.
Yetkin dişi fərdin bədəni yaşıl, ölçüsü isə 3 mm-dir. Baş və döş hissəsi sarımtıl, ağ ləkəli, arxa tərəfində beş ədəd uzununa zolaqları var. Zərərverici sorucu ağız aparatına malikdir. Bığcıqları sapşəkilli və 10 buğumdan ibarətdir. İki cüt şəffaf qanadları var. Arxa ayaqları yoğun baldırlara malik olub, tullandırıcı tipdədir. Həşəratın ayaq budları tünd qəhvəyi, baldır və pəncəsi isə sarıdır. Erkək, dişi fərdə nisbətən daha solğun rəngli olur. Sürfəsi yastıdır, ayaqları qısa, bədəni tünd-qəhvəyi, gözləri isə tünd-qırmızıdır. Nimfaları göyümtül-yaşıl rənglidir. Yumurtası oval formada, solğun-narıncı rəngli və ölçüsü 0,2-0,4 mm-dir. Alma ballıcası payızda zoğlardakı meyvə tumurcuqlarının əsasına və qabıq qırışlarının arasına qoyulan yumurta mərhələsində qışlayır. Yazda bitkilərdə tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sarımtıl rəngdə sürfələr çıxır. Yumurtalardan sürfələrin çıxması alma ağaclarının çiçəkləməyə başlamasından 1 həftə əvvəl bitir. Yumurtadan çıxan sürfələr budaqlara yayılır, tumurcuqların şirəsi ilə qidalanır. Sürfələr açılmış tumurcuqların içərisinə girir və bundan sonra zərərvericini görmək xeyli çətinləşir. Çiçəkləmə dövründə sürfələr çiçək ayaqlıqları və yarpaq saplaqları ilə qidalanır. Bu dövrdə daha çox zərər vurur. Sürfə 5 yaş dövrü keçirir, daha sonra nimfaya çevrilərək yarpaqların aşağı hissələri ilə qidalanmağa başlayır. Sürfələr 28-40 gün qidalandıqdan sonra yetkin fərd halına keçir. Onlar alma ağaclarının çiçəkləməyə başlamasından 1 həftə sonra görünməyə başlayır, bir neçə gün qidalandıqdan sonra cütləşərək yumurta qoymağa başlayır. Yumurtalarını tək-tək həm də qrup şəklində qoyur. Yumurta qoyma mərhələsi 30-35 günə qədər dəvam edir. Bir dişi fərd, 1 nəsildə 130-500 arası yumurta qoya bilir.
Qışlayan yumurtalar əhəmiyyətli şaxtalara tab gətirə bilir, lakin havanın tez-tez dəyişməsi zərərvericiyə mənfi təsir göstərir. Həşəratların inkişafı üçün havanın optimal temperaturu 18-20°C, nisbi rütubət 70-80% olmalıdır. Yumurta qoyulması üçün 12-15°C temperatur optimal hesab olunur, lakin 10°C-dən aşağı temperaturda bu proses baş vermir.
Alma ballıcası il ərzində 1-2 nəsil verir.
Mübarizə tədbirləri: Qışlayan yumurtaları məhv etmək üçün ağac gövdələri vegetasiyanın sonunda quru qabıqlardan təmizlənməli, budama işləri vaxtında yerinə yetirilməlidir.
Təbii entomofaqları: Coccinella septempunctata L., C. quinquepunctata L.Propylaea quatuordecim- punctata L., Chilocorus bipustulatus L., Ch. renipus-tulatus L., Anatis ocellata L., Adalia bipunctata L., Adonia variegata Gz., Calvia quatuordecimguttata L., C. quinquedecimguttata F., Chrysopa carnea Steph., Chr. septempunctata Wesm., Hemerobius humulinus L., Psallus ambiguous Fall., Deraeocoris brachialis Stal., Antocoris nemorum L., Orthotylus marginalis Reut kimi təbii xeyirli həşəratlar zərərvericinin azalmasına müsbət təsir edir. (© Berim M.N 2009)
Erkən yazda qışlayan yumurtalara qarşı Avaunt (İndoksakarb 150 q/l) 0,3-0,4 l/ha preparatından istifadə etmək məqsədə uyğundur. Tumurcuqlar açılmamış, yəni çiçəkləməyə qədər sürfələrə qarşı, Vertimec (Abamektin 18 q/l) 0,75-1,0 l/ha, Calypso OD (Tiacloprid 240 q/lt) 0,4 kg/ha, Kormilin 40 ml/100 l su, Koruma-gor (Dimetoat 400 q/l) 0,8-2,0 qr/ha, Lufoks 105 EC (Fenoksikarb 75qr/l+Lufenuron 30 qr/l) 1l/ha, Sirokko (Dimetoat 400q/l) 0,8-1,9 l/ha və Mospilan (Asetamiprid 200 q/kg) 0,15–0,20 kq/ha preparatların biri ilə çiləmələr aparıla bilər.
Qırmızı alma gənəsi
Qırmızı alma gənəsi respublikamızın meyvəçiliklə məşğul olan Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala iqtisadi rayonlarında həmçinin Şərqi və Qərbi Avropa, Yeni Zelandiya, Kanadanın cənub hissəsində yayılmışdır.
Tumlu meyvə bitkilərini, xüsusilə də alma, armud və çəyirdəklilərdən gavalını zədələyərək, bitkinin yarpaq, tumurcuq, və meyvələrinə ziyan vurur. Yazda tumurcuqlar açılan zaman qışlayan yumurtalardan sürfələr çıxaraq yarpaqlar ilə qidalanır. Nəticədə yarpaqlar xeyli şirə itirir, qonurlaşır, quruyur və əksər hallarda tökülür, meyvələr isə inkişafdan qalır.
Qırmızı alma gənəsinin yetkin fərdləri oval, qabarıqdır. Dişi fərdin bədəninin uzunluğu 0,3 mm, eni 0,26 mm, yanları qara ləkəli, qırmızımtıl-narıncıdır. Erkəklərin isə bədəni bozumtul-sarı rəngli, uzunu 0,3 mm eni isə 0,15 mm-dir. Yumurtaları yuvarlaq, şəffaf, hamar, bir qədər parlaq qabıqlı, ölçüsü 0,15-0,16 mm-dir. Sürfələri ağ rəngli əvvəlcə oval daha sonra uzunsov forma alır və 3 cüt ayaqları var. Bədənin uzunluğu 0,17 mm, eni 0,11 mm-dir. Nimfa mərhələsində onlar sarımtıl-qəhvəyi və ya qırmızı-qəhvəyi rəngdə olurlar.
Dişi fərdlər payızda zoğların və budaqların üzərində yumurtalar qoyur. Zərərverici yumurta mərhələsində qışlayır. May ayının ortalarından etibarən sürfələr çıxmağa başlayır. Sürfələr yenicə açılmağa başlayan yarpaqlara daraşaraq qidalanır. Onlar inkişafını 18-20 günə başa çatdıraraq yetkin fərd halına keçir. Dişi fərdlər erkəklərlə cütləşib mayalandıqdan sonra növbəti nəslin yumurtalarını tumurcuq və ya gövdə qabığlarının altına qoyur. Dişi fərd 2-3 həfdə ərzində 40-70-ə qədər yumurta qoya bilir. Sürfələr, qönçələmənin sonundan alma ağacının çiçəklənməsinə qədər olan dövrdə yumurtadan çıxır.
Kütləvi yayılma, may ayının ortalarına təsadüf edir. Qırmızı alma gənəsinin çoxalması, inkişafı, qidalanması təxminən 210C temperatur əlverişli hesab edilir. 80C temperaturda isə zərərvericinin inkişafı dayanır. Dişi fərdlər hər gün 2-4 ədəd yumurta qoyur. Yumurta qoyma prosesi payıza qədər davam edir və temperatur 90C düşəndə dayanır. Sürfələr aprelin sonu mayın əvvəllərində, tumurcuqlar çiçəkləməyə başlayan zaman yumurtadan çıxır. Temperatur 21-240 C olduqda bir nəslin inkişafı 14-17 gün çəkir.
Qırmızı alma gənəsi il ərzində 5-7 nəsil verir.
Mübarizə tədbirləri: Zərərvericilərin populyasiya sıxlığını azaltmaq üçün həddindən artıq suvarma və azot gübrələrindən az istifadə edilməlidir. Payız-qış dövründə ağaclar ölü qabıqlardan təmizlənməli və bağdan kənarlaşdırılmalıdır. Cərgəaraları becərilməli, ağacların ətrafları bellənməlidir. Bu tədbirlər nəticəsində qışlayan yumurtaların sayı kütləvi azalır.
Payızda, soyuqların düşməsi ilə sürfələr və yetkin fərdlərin miqdarı azalır. Vegetasiya dövründə iyulun əvvəlindən ortalarına qədər bağlarda zərərverici aşkar edildikdə, Fitoverm 2 l/ha bioloji preparatından istifadə edilə bilər.
Hər yarpaqda 3-5 ədəd nimfa göründükdə Nurelle-D (Sipermetrin 50qr\l + Xlorpirifos etil 500q\l ), Fufafon-nova 0,13 ml/ha preparatlarının biri ilə çiləmələr aparıla bilər. Çiləmələr 10-14 gün intervalla təkrarlanmalıdır.
Qonur meyvə gənəciyi – Bryobla redikorzevi Reck
Qonur meyvə gənəciyi respublikamızın meyvəçiliklə məşğul olan Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala iqtisadi rayonlarında həmçinin, Türkiyə, Avropa, Şimali və Cənubi Afrika, Avstraliyada yayılmışdır.
Zərərverici alma, gilas, gavalı, alça, şaftalı, badam və digər ağaclara ziyan vurur. Sürfələr yenicə açılmağa başlayan tumurcuqlarla qidalanırlar. Zədələnmiş yarpaqlar inkişafdan qalır, ağaclarda məhsuldarlıq azalır.
Yetkin gənələrin uzunluğu 0,62 mm, eni isə 0,42 mm-dir, ovalvari, yastı bədənə malikdir. Rəngi qırmızı və ya yaşılımtıl-qonur olub, 4 cüt ayağı vardır. Bədəni qısa, yelpikvarı tükcüklərlə əhatə olunmuşdur. Yumurtası kürəvari olmaqla ilk qoyulduğu zaman parlaq, açıq-qırmızı, sürfə çıxana yaxın tünd-qırmızı rəngdə olur. Sürfəsi 0,14-0,16 mm, girdə formalı, narıncı rəngdə olub, 3 cüt ayağa malikdir.
Zərərverici zoğların və budaqların qabıqları üzərində yumurta fazasında qışlayır. Qışlayan yumurtaların üzəri mumabənzər maddə ilə örtülmüş olur. Yazda meyvə tumurcuqları qabarmağa başlayan zaman yumurtalardan sürfələr çıxır və açılmaqda olan tumurcuqlara daraşıb onların şirəsini sormaqla qidalanırlar. Zədələnmiş tumurcuqlar narıncı rəng alır. Yarpaqlar açılan zaman sürfələr onların üzərində inkişaflarını davam etdirir. Onlar bir neçə dəfə qabıq dəyişərək pronimfa, deytonimfa və sonda isə yetkin gənəcik halına keçirlər. Bir nəslin inkişafı 25-30 günə başa çatır. Bir dişi gənə 20-30 yumurta qoya bilir.
İl ərzində 4-6 nəsil verir.
Mübarizə tədbirləri: Ağaclar ölü qabıqlardan təmizlənməli, bitki qalıqları yığılaraq sahədən kənarlaşdırılmalıdır. Ağacların dibi bellənməli, cərgə araları şumlanmalıdır. Ətraf zonalar alaq otlarından təmizlənməlidir.
Hər yarpaqda 3-5 ədəd gənə göründükdə kimyəvi mübarizəyə başlanılır. Birinci dərmanlamadan 4 həftə sonra təkrar dərmanlama aparılır.
Ampliqo (Xlorantraniliprol 100qr/l+Lyambda Siqalotrin 50qr/l) 0,2-0,4 l/ha, Envidor (Spirodiclafen 240 q/l) 0,2 kq/ha və s. akarasidlərin biri ilə çiləmələr aparıla bilər.
Yemişan tor gənəciyi
Yemişan kəpənəyi Azərbaycanın bütün bölgələrində daha çox Quba-Qusar, Şəki-Zaqatala, Lənkəran-Astara iqtisadi rayonlarında, eləcə də Türkiyə, Rusiya, Şərqi Avropa, İsrail, Livan, Suriya eyni zamanda şimal-qərbi Afrikada yayılmışdır. Kütləvi çoxalma illərində kəpənəyin tırtıllarının zərərli fəaliyyəti nəticəsində ağaclar yarpaqlarını tamamilə itirirlər. Zərərverici əsasən alma, armud, gavalı, gilas və yemişan ağacına böyük zərər vurur. Yemişan kəpənəyinin qanadları ağ, damarları və kənarları isə açıq qara rənglidir. Qanadları açılan zaman 65 mm-dir. Döş və qararıncığı tamamilə qaradır. Dişilər adətən erkəklərdən daha böyükdür. Dişilərdə qarıncığın alt hissəsində qəhvəyi damar var. Eyni zamanda dişi fərdlər qanadlarını bir-birinə sürtməklə pulcuqlarının çoxunu itirir, nəticədə demək olar ki, şəffaf olur. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, uzunluğu 1,5 mm, eni 0,7 mm olur. Tırtılın bədəni uzun tüklü, qaramtıl olub, kül rənglidir. Bel hissəsində iki enli, narıncı-qəhvəyi, üç qara zolaq uzanır, başı qara rənglidir. Axırıncı yaş tırtıllarının ölçüsü 45 mm olur. Pupu yaşılımtıl-sarı və ya ağımtıl rəngdə olub üzəri qara ləkələrlə örtülüdür, ölçüsü 20 mm-dir. Zərərvericinin 2 və 3-cü yaş tırtılları sapla bir-birinə birləşmiş yarpaqlardan hazırladığı qış yuvalarında qışlayırlar. Ağacın kiçik budaqlarından sapla asılmış hər yuvada 25-30 ədəd tırtıl olur. Yazın əvvəllərində qış yuvasından çıxan sürfələr, tumurcuq, çiçək, qönçə və yarpaqlar ilə qidalanırlar. Tırtılların qidalanması 35-40 gün davam edir. Ağacların çiçəkləməsinin sonuna yaxın və meyvə başlanğıcı əmələ gəldiyi dövrdə tırtıllar gövdə və budaqlar üzərində pup halına keçirlər. Puplar şaquli vəziyyətdə ipək sapla budaqlara möhkəm bərkidilir. 10-12 gündən sonra puplardan kəpənəklər çıxır. Kəpənəklərin pupdan çıxışı, bölgələr üzrə müxtəlif vaxtlarda baş verir. Onlar gündüz günəşli havalarda uçurlar və bir çox çiçəkli bitkilərin tozlanmasında iştrak edirlər. Çiçəklərdəki nektarla qidalandıqda, qanadların alt tərəfləri tozcuqların rənginə uyğun olaraq qırmızı, sarımtıl və bəzən də narıncı rəngdə olur. Qidalanma 3-7 gün çəkir, sonra kəpənəklər cütləşir və yumurta qoymağa başlayırlar. Bir dişi kəpənək yarpaqların üzərinə hər topada 30-150 ədəd olmaqla ümumillikdə 500-ə qədər yumurta qoya bilir. İki həftədən sonra yumurtadan çıxan tırtıllar topa halında yaşayır, yarpaq ayasıyla qidalanır və onları skeletləşdirirlər. Qışlamaq üçün bir neçə yarpağı hörümçək toru ilə bir-birinə birləşdirərək qış yuvası hazırlayırlar. Yazda tırtıllar qönçələrlə qidalanır və özləri üçün yeni, daha böyük bir yuva düzəldərək, axşam və soyuq havalarda orada gizlənirlər. Tırtıllar pupa keçməzdən əvvəl tək həyat tərzi keçirirlər. Yemişan kəpənəyi il ərzində 1 nəsil verir.
Mübarizə tədbirləri: İlk öncə aqrotexniki tədbirlər yerinə yetirilməlidir. Payız və qış aylarında zərərvericinin qış yuvaları xüsusi alətlərlə yığılmalı və məhv edilməlidir.
Erkən yazda tırtıllar qidalanmağa başladığı zaman onlara qarşı kimyəvi mübarizə məqsədi ilə Envidor 0,2 kq/ha, Farse 1,5 G 0,6 l/ha insektisidlərindən biri ilə çiləmə aparmaq olar.
Alma güvəsi – Yponomeuta malinellus Linnaeus
Alma güvəsi respublikamızın Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Daşkəsən iqtisadi rayonlarında hər il meyvə ağaclarına ciddi zərər vurur. Türkiyə, İran, Avropa, Asiya və Çində yayılması barədə bir sıra ədəbiyyat məlumatları mövcuddur.
Polifaq zərərvericidir, alma ilə yanaşı gavalı, armud və şaftalıya zərər vurur. Alma güvəsinin tırtılları meyvə ağaclarının yaşıl hissəsi ilə qidalanır, bu da yarpaqlarda fotosintez pro-sesini pozur. Nəticədə meyvələr tökülür və gələn ilki məhsulun əsası qoyula bilmir. Güclü yayıldıqda bitkilərə ciddi ziyan vurur.
Gümüşü-ağ rəngli kəpənəkdir. Qanadları açıldıqda ölçüsü 18-20 mm-dir. Ön qanadları ağ, üzərində üç cərgə uzununa yerləşmiş qara nöqtələri var. Arxa qanadları bozumtul, kənarları açıq-boz rəngli saçaqlıdır. Zərərvericinin yumurtaları yuvarlaq-uzunsov, tünd rəngə malikdir və ölçüsü 1mm-dən çox deyil. Tırtılı sarımtıl-boz, bel tərəfindən uzununa doğru iki cərgə qara ziyilciklər düzülmüşdür. Həşəratın başı ilə ayaqları qara rəngdədir. Sonuncu yaşda ölçüləri 12 mm-ə çatır. Pupu qonur-sarıdır.
Alma güvəsinin qalxancıqla örtülmüş kiçik yaşlı tırtılları 2-3 illik zoğların qabığı altında qışlayır. Yazda havaların istiləşməsi ilə tırtıllar qışladıqları yerdən çıxaraq yarpaqların üzərində bir yerə toplaşır və orada qidalanaraq tədricən bir neçə yarpaqda lağım əmələ gətirir. Tırtıllar yarpaqkardaki lağımlar içərisində 8-10 gün yaşayırlar. Onların yarpaq üzərindəki lağımlardan xaricə çıxmaları, alma ağaclarının çiçəkləmə dövrünə təsadüf edir. Birinci qabıq dəyişmədən sonra tırtıllar yarpaqları skeletləşdirir və ağız şirəsi ilə yaratdığı torla onları biri-birinə yapışdırır. Nəticədə ağaclarda yarpaqlardan yuvalar əmələ gəlir. Tırtılların qidalanma dövrü 30-40 gün çəkir. Sonuncu yaş tırtılları iyun ayından etibarən hörümçək torları arasında ağ baramalar düzəldərək içərisində puplaşır. Pupun inkişaf müddəti 2-3 həftədir.
Kəpənəklərin uçuşu alma ağacının çiçəkləməsindən 35-40 gün sonra başlayır və avqust ayının sonuna qədər davam edir. Puplardan uçan kəpənəklər cütləşir, mayalanır və 6-8 gündən sonra dişi fərdlər zoğların qabıqları üzərinə yumurta qoymağa başlayır. Bir dişi kəpənək 70-ə yaxın yumurta qoya bilir və onların üzərini havada tez bərkiyən, yapışqan selikdən ibarət sipərciklə örtür. Bu selik yumurtanı ətraf mühit təsirindən qoruması üçündür. Yumurtaların inkişaf müddəti 8-10 gündür. Payızda yumurtalardan çıxan tırtıllar zireh altından çıxmır və bir müddət qidalandıqdan sora orada qışlayırlar.
Alma güvəsi il ərzində 3-4 nəsil verir.
Mübarizə tədbirləri: Tökülmüş yarpaqlar bağdan yığılıb kənarlaşdırılmalı, tırtıl, hörümcək toru və puplar məhv edilməlidir. Həmçinin zədələnmiş və qurumuş budaqların budanması da vacib tədbirlərdən hesab olunur.
Erkən yazda, tumurcuqlar açmamış, çiçəkləmənin sonuna doğru isnsektisidlə çiləmə aparıla bilər. Alma güvəsi ilə kimyəvi mübarizədə Karate Zeon 0,4-0,5 l/ha, Malation 65 EM 0,2 l/ha, Ancora 5 EC 0,2-0,3l /ha, Valsamba 5 EC 0,4 l/ha preparatlarının biri ilə çiləmələr aparıla bilər.
Pambığın payızlıq əkin sovkası (Aqrotis seqetum)
Pambığın payızlıq əkin sovkası Kəpənəklər dəstəsinin sovkalar fəsiləsinin nümayəndəsidir. Orta böyüklükdə kəpənək olamaqla ön qanadları açıq –boz və ya tünd qonur rənglidir. Qanadları üzərində çəpinə dalğalı xətt və sovkalar üçün xas olan üç-böyrəkvari,yumru və pazvari ləkə vardır.Dişi kəpənəklər erkəklərdən bığcıqlqrının daraqvari olması ilə fərqlənir,erkəklərdə bığcıqlar qılvaridir.Azərbaycanda bütün rayonalrda yayılaraq təsərrüfatlara ciddi ziyan vurur. Boz torpaq rəngindədir.Uzunluğu 50 mm-ə çatır. tırtılar torpaqda yaşağıdığı və bitkilərin kökü ilə qidalandığı üçün alın tikişi peysər deşiyinə qədər davam edir. Tırtılın dərisi girintili çıxıntılıdır. Toxunduqda dərhal qıvrılır torpaqda yaşayan tırtılar cücərtiləri və kök boğazını gəmirərək bitkinin qırılmasına səbəb olur. Kütləvi çoxaldığı illədə pambıq əkinlərində seyrəkləşmə əmələ gətirir. Yaşlı tırtıllar payızda intensiv qidalanaraq bədənlərinə çoxlu piy ehtiyyatı toplayır və soyuqlar düşdükdə torpağın 10-15 sm dərinliyində qışlayır. Tırtıllar cücərtiləri və onun kök boğazını gəmirir ki, bununda nəticəsində bitkilər qırılaraq məhv olur.Belə sahələrdə seyrəklik baş verir. polifaq zərərverici olmaqla payızlıq və yazlıq taxılları, pambığı, tütünü, günəba xanı, bostan və tərəvəz bitkilərini zədələyir. Hətta subtropik bitkilərin cavan cücərtilərinə də zərər verir.
Pambıq mənənəsi (Aphis gossypii G.)
Pambıq mənənəsi (Aphis gossypii G.) Mənənələr əsasən pambıq yarpaqlarının alt səthində olmaqla onun hüceyrə şirəsini sorur. Sorma nəticəsində yarpaqlar qıvrılır, inkişafdan qalır, bunun nəticəsində isə bitkinin inkişafı zəifləyir və məhsuldarlığa mənfi təsir göstərir. Mənənə eyni zamanda virus xəstəliklərini də yayır. Qozalar açıldığı dövrdə mənənələr açılmış qoza üzərinə çıxıb yapışqanlı ifrazatı ilə lifləri çirkləndirir, ağımtıl örtük əmələ gətirir və onu kəltənə çevirir. Belə çirklənməyə «ağ şirə» deyilir. Rütubətli havada kif göbələkləri onları qara rəngə boyayır ki, buna da «qara şirə» deyilir. Belə şirələnmiş liflərin emalı çətinləşir və keyfiyyəti aşağı düşür.
Mübarizə tədbirləri. 1)Sahənin kənarlarındakı və arxların ətrafındakı alaq otları məhv etmək. 2)Pambıq bitkisi sahəsi yanında bostan bitkiləri əkilməməlidir. 3)Bitkinin inkişafını sürətləndirmək məqsədilə müasir aqrotexniki tədbirlər həyata keçirilməlidir. 4)Zərərvericilərin azalmasında təbiətdə mövcud olan yırtıcı parabüzən böcəkləri və qızılgöz müsbət rol oynayır. Kimyəvi prepatlar – Aqror 40 EC 500l/ha, Mosetam 20 SP, Dopran 48 EC 500 l/ha və digər preparatlar.
Pambıq sovkası (Heliothis armiqera.)
Pambıq sovkası (Heliothis armiqera.) Azərbaycanda pambığa müəyyən dərəcədə 22 növ sovka zərər verir. Bunlardan 14 növü pambığın cücərti və ləpə yarpaqlarına, 8 növü isə yarpaqlarına və bar orqanlarına zərər vururlar. Bar orqanlarına zərər vuran 8 növ sovka içərisində ən təhlükəlisi və çox zərər vuranı pambıq sokasıdır. Pambıq sovkası polifaq zərərverici olaraq 350 növ yabanı və mədəni bitki ilə qidalanır. O cümlədən qarğıdalıya, pomidora, noxuda, tütünə və digər mədəni bitkilərə zərər vurur. Yumurtalar yarpaq və qönçə üzərinə tək-tək qoyulur. Yumurtanın rüşeym inkişafı yayda 3-4, payızda isə 6-7 gün davam edir. Yumurtadan çıxan tırtıl ilk dəfə yumurtadan azacıq böyük olur. Onlar ilk dəfə yarpaqla qidalanır, bir qədər böyüdükdən sonra hərəkət edərək daha əlverişli qida – qönçə, çiçək və qoza axtarır. Onlar qönçəni deşib onun içərisinə girərək qidalanırlar. Qidalandığı 15-20 gün müddətində tırtıl 5 dəfə qabıq dəyişir, 6 yaş keçirir və inkişafını başa çatdırır. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və pup halına keçirlər. Puplar 10-12 gündə inkşafını bitirir və bundan sonra 2-ci nəslin kəpənəkləri uçur. Bu dövr bitkidə qozaların fındıq boyda olduğu dövrə (iyulun əvvəlləri) düşür. Dişi fərdlər yumurtalarını əksərən bitkinin zərif uc yarpaqları üzərinə qoyurlar. Yumurtralardan çıxan tırtıllar yenicə əmələ gəlmiş qozanı zədələyərək onun içərisinə daxil olub qidalanır. Belə zədələnmiş qozalar quruyaraq məhv olur. İkinci nəslin tırtılları inkişafını 1-ci nəsildə olduğu kimi davam etdirir və axırıncı yaş tırtıllar torpağa düşür və pup halına keçir. Puplardan 8-10 gün sonra 3-cü nəslin dişi fərdləri az sonra bitkinin zərif uc yarpaqlarına, hətta bəzən qozanın üzərinə yumurta qoyur. Yumurtadan çıxan tırtıl ilk dəfə zərif yarpaqla qidalanır və böyüdükdən sonra yetişməkdə olan qozanı deşərək onun içərisinə girərək hətta çiyidlərlə qidalanır. Belə zədələnmiş qozalar əksər vaxt açmır və quruyaraq məhv olur.
Mübarizə tədbirləri. 1) Yazın əvvəllərində pambıq əkiləcək sahənin kənarlarındakı və arxların ətrafındakı alaq otları müntəzəm olaraq məhv edilməlidir. 2) Pambıq bitkisi sahəsi yanında bostan bitkiləri əkilməməlidir. 3) Bitkinin inkişafını sürətləndirmək məqsədilə müasir aqrotexniki tədbirlər həyata keçirilməlidir. 4) Zərərvericilərin azalmasında təbiətdə mövcud olan yırtıcı parəbüzən böcəkləri və qızılgöz müsbət rol oynadığını nəzərə alaraq artmasına şərait yaratmalı. Kimyəvi prepatlar – Malation 65 M 500 l/ha, İmidan 50 WP 500 l/ha, Ulycyperin 25 EC AK 500 l/ha və digər preparatlar.
Pambığın qırmızı hörümçək gənəsi (Tetranychus cinnabarinus (Boisd.), T.urticae Koch.)
Qırmızı hörümçək gənəsi (Tetranychus cinnabarinus (Boisd.), T.urticae Koch.) Qırmızı hörümçəklər bitkinin hüceyrə şirəsini sormaqla zərər verirlər və qidalandıqları yerlərdəki xlorofil hüceyrələrini məhv etdiklərinə görə sorulan yerlərdə sarı ləkələr əmələ gəlir. Qidalanmaq və yumurta qoymaq məqsədilə yarpağın alt səthini seçirlər. Zərər görən yarpaqlar müəyyən bir müddət sonar qızarır və tökülür. Yarpaqlardan başqa budaq və kiçik qozalarla da qidalanır və bunun tökülməsinə səbəb olur. Lokal dermanlama tətbiq edilir. Kimyəvi prepatlar – Aqrogita 57 EC 500 l/ha, Kinqsor 5 EC 500 l/ha, Doberman 240 SC və digər preparatlar.
Pambığın tütün tripsi (Trips tabaci Lind)
Tütün tripsi (Trips tabaci Lind) Yetkini açıq sarımtıl rəngdədir, uzunluğu 0,8-1,0 mm dir. Üzərində seyrək halda qonur və qara qılçıqlar var. Bığcıqları 7 buğmludur,birinci buğum ən yoğun və parlaqır. Qanqdları rəngsizdir. Sürfəsi yetkinə oxşayır, ancaq bədənlərinin kiçikliyinə rənginə və qanadlarının olmamasına görə onlardan fərqlənir. Yumurtası böyrəkvaridir, şüşə kimi şəffafdır, uzunluğu 0,2-0,25 mm-dir. Pambıq bitkisi ilə qidalanması nəticəsində yarpaqların alt tərəfində damarlar boyu gümüşü ləkələr əmələ gəlir . Sonralar bu ləkələr quruyur və tökülür. Yerində müxtəlif ölçülü və formalı yarıqlar əmələ gəlir. Zədələnmə şiddətli olduqda hətta yarpaqlar deformasiyaya uğrayır. Zədələnmə nəticəsində bitki nin böyüməsi zəiflədiyi üçün bitki inkişafdan qalır. Belə bit kilər körpə düşür. Bəzənbitkinin boy nöqtəsi zədələnir ki, belə bitkilə süpürgə formasını alır. Zədələnmiş bitkilərdə məhsuldarlıq 23% dək itirilir.
Mübarizə tədbirləri Pambığın 2-3 əsas yarpaq fazasında bitkilərin 10-12% ikinci bal dərəcəsində yoluxduqda yerüstü aqreqatla çiləmə aparılmalıdır.
Amerika Ağ kəpənəyi – (Hyphantria cunea Drury)
Amerika Ağ kəpənəyi – AAK (Hyphantria cunea Drury) Azərbaycanda qorxulu karantin zərərvericidir. Bir çox ölkələrdə geniş yayılıb, vətəni Kanada və Amerikadır. Tırtılları müxtəlif bitkilərlə qidalanır və 250-dən artıq bitki növlərini zədələyir.
AAK qanadları açılmış vəziyyətdə 25-36 mm-dir ağ rəngdədir, bəzilərinin qanadlarında yaxud baş-döş hissədə qara qonur ləkə olan kəpənəkdir. Abşeronda, Quba-Xaçmaz bölgəsində iqlim amillərindən asılı olaraq I nəsil kəpənəklərinin uçuşu may ayının I-II ongünlüklərinə təsadüf edir. 7-9 gün ərzində dişi fərdlər əsasən tut yarpaqlarının alt hissələrinə topa şəklində ağımtıl yaşıl, yaxud boz rəngə çalan yumurta qoyur. Yumurtaların topada miqdarı 200-800 arasında dəyişir. Embrional inkişaf dövrü havanın temperaturundan asılı olaraq 7-16 gün davam edir. Yumurtadan çıxmış I yaş tırtılları 1,5-2 mm uzunluqdadır. Tırtıllar I-IV yaş dövrlərində hördükləri torların əhatəsində olan yarpaqlarla qidalanırlar.
V-VII yaşlı tırtıllar sərbəst və təkbaşına ağaclara yayılaraq qidalanırlar. Bu dövrdə zərərvericinin qidalanma intensivliyi artır. I-II yaş dövrdə olan tırtılların qidalanması zamanı yarpağın epidermisi qalmaqla, onun alt hissəsindən parenximası yeyilir. III-IV yaş dövrlərində zərərverici yarpaqların damarları qalmaqla yaşıl hissəni gəmirirlər. V-VII yaşda olan tırtıllar bütün yaşıl hissəsini damarları ilə birlikdə yeyirlər. Tırtıllar qidalanma və inkişaf dövrlərini başa çatdıraraq, kölgə, nəmli və fiziki təsirlərdən uzaq olan yerlərdə baramalarda puplaşmaya gedirlər. Bu dövrdə zərərverici 30 metrə yaxın məsafə qət edə bilir. Puplar 12-17 mm uzunluqda, 4-6 mm eninə olmaqla tünd qəhvəyi rəngdə olurlar.
AAK-nın kütləvi yayıldığı ərazilərdə zərərvericilərin ocaqlarında mübarizə vaxtının düzgün seçilməsi şərti ilə kimyəvi və bioloji preparatlardan isdifadə edərək mübarizə tədbirləri keçirilməlidir. AAK yayılmış park, meşə zolağı, yayılmış massivlərdə, tut, badam, çəkil ağacları, üzümlüklər, dekorativ bitkilər diqqətlə nəzərdən keçirilməklə vizual müşahidələr keçirilməlidir. Müşahidələr hər nəslin inkişaf dövründə 2 dəfə aparılmalıdır. Qeydiyyat və uçotlarla eyni vaxtda I-IV yaşda olan I nəslin tırtılları məskunlaşdıqları torlu budaqlar kəsilərək məhv edilməlidir. I-IV yaşda tırtıllar pestisidlərə daha çox həssasdırlar.
AAK-nın tırtıllarına qarşı aşağıdakı insektisidlərdən isdifadə edilə bilər:
1. Karate 5 %-0,5 l/ha
2. Desis 2,5 %-0,3 l/ha
3. Siperkor 2,5 %-0,3 l/ha
4. Dursban 40,8 % e.k.-1,5 l/ha
5. Arrivo 0,2 %-0,3 l/ha
6. Leybasid 1 kq/ha (titr: 100 milyard spor-1 kq preparat)
AAK-nın qismən yayıldığı və yayılmanın ocaq şəklində olduğu ərazilərdə ona qarşı mübarizənin istiqaməti zərərvericinin ocaqlarının tapılması və onların tamamilə məhv edilməsinə yönəldilməlidir. Bu məqsədlə ayrıca ocaqlar olan yerlərin ətrafına 3-5 km diametrində AAK-nın qidalana bildiyi ağac və kollarda müşahidələr aparılmalıdır. Müşahidələr hər iki nəslin tırtıllarının qidalanma dövrlərində aparılmalıdır.
Kartof güvəsi (Phthorimaea operculella Zell.)
Kəpənəyi kiçik, parlaq boz rəngdədir. Ön qanadları boz rənglidir, qanadın uzunu boyunca ortasından qaramtıl zolaq keçir, qanadın ön və arxa kənarında iri tünd-qara nöqtələr var. Yetkin tırtıl qəbul etdiyi yemdən asılı olaraq sarımtıl-çəhrayı və ya sarımtıl-yaşıl rəngdə olur. Üç dəfə qabıq dəyişərək 4 yaş mərhələsi keçirir.
Kartof güvəsi yetkin, tırtıl və pup halında torpağın üst səthində bitki qalıqları altında qışlayır. Açıq sahədə iyulun sonu – avqustun əvvəllərində populyasiyada kəpənəklər sayca artaraq, maksimum həddə çatır. Yumurta məhsuldarlığı160-200 ədəd arasında dəyişir. Kartof yumrularının kartof güvəsi ilə ən çox sirayətlənməsi kartof yumruları yığılaraq sahələrdə uzun müddət qaldıqda, eyni zamanda saxlama qaydalarına düzgün əməl edilmədikdə baş verir.
Azərbaycanda zərərverici tarla şəraitində 2, ambarda isə il ərzində 7 nəsil verir. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur.
Kartof güvəsi ilə yoluxmuş sahədə dərin şum aparılmalı, əkin materialı üçün tam sağlam kartof yumrularından istifadə edilməlidir. Zərərvericiyə qarşı mübarizə məqsədi ilə kartof yumrularının müvafiq inseksidlə dərmanlanması vacibdir.
Alma çiçəkyeyəni (Anthonomus pomorum L.)
Alma çiçəkyeyəni (Anthonomus pomorum L.) böcəklər dəstəsinin uzunburun böcəklər fəsiləsinə mənsubdur. Yetkin böcək qonur – boz rəngdə olur. Bu həşərat Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında geniş yayılmışdır. Böcək əsasən almaya, az hallarda isə armuda zərər vurur. Erkən yazda havanın temperaturu + 6 – 8 C olan zaman böcəklər qışlama yerindən ayılır və ağaclara daraşır.
Qısa müddət tumurcuqlarla qidalanır və onların üzərində deşiklər acır. Böcəklər ağacların çiçəkləməsi ərəfəsində cütləşir. Yumurta qoyma müddətində böcəklər xortumları ilə qönçələrdən deşiklər açır və yumurtasını qönçənin içərisinə qoyur. Yumurtalardan 5 – 10 gündən sonra sürfələr cıxır. Sürfələr 15 – 20 gün yaşadığı müddət ərzində qöncələrin erkək və dişiciklərini yeyir və ifraz etdiyi ekskrement çiçəkləri bir – birinə yapışdırır və tozlanma getmir. Yaz sərin kecən illərdə alma cicəkyeyəni əsasən alma bağlarına 70 – 80 % – ə qədər ziyan vurur. Səbəb tozlanmanın xeyli uzanmasıdır. Alma cicəkyeyəni il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri. Zərərvericiyə qarşı mübarizə tədbirlərini apararkən payız – qış dövründə xəzəl yığılıb məhv edilməlidir. Ağaclar quru budaq və qabıqlardan təmizlənməlidir. Cərgə araları becərilməli, ağacların ətrafı bellənməlidir. Zərərvericinin iqtisadi ziyanvermə həddi (İZH): ağac üzərində 10 – 20 böcək olduqda, alma ağaclarına çiçəkləmədən əvvəl 0,04% – li Karate,0,05% – li Desis,0,2% – li Bi-58, 0,2% – li Korban – 4 və s. preparatlarının biri ilə kimyəvi mübarizə aparılmalı və mütləq ağacın gövdəsi əhənglənməlidir.
Kolorado kartof böcəyi (Leptinotarsa decemlineata Say.)
Kartof bitkisi üçün iqtisadi cəhətdən ən təhlükəli və geniş yayılmış zərərvericilərdən biri də kolorado böcəyidir (Leptinotarsa decemlineata Say).
Zərərverici sərtqanadlılar dəstəsinə mənsubdur. Yetkin böcəyin uzunluğu 7-12 mm, sarımtıl yaxud sarı – qırmızımtıl rəngdə, döş hissəsinin üzərində 10-12 ədəd qara ləkə, sərt qanadların hər birinin üzərində qaramtıl rəngdə beş zolaq müşahidə edilir. Yumurtası 0,5-1,5 mm uzunluğunda, oval, parıltılı sarı-qəhvəyi rəngdədir. Sürfələrin uzunluğu 15 mm-ə qədər cəhrayı-qırmızı rəngdə olmaqla qarıncığı enlidir. Pupların uzunluğu 8-9 mm, qəhvəyi-sarı rəngdədir.
Zərərverici torpaqda 20-60 sm dərinlikdə yetkin halda qışlayır. Erkən yazda torpağın temperaturu 14-15º C olduqda yetkin fərdlər qışlama yerlərini tərk etməyə başlayırlar.
Qışlamadan çıxmış böcəklər müəyyən qədər qidalandıqdan sonra cütləşərək yumurta qoyurlar. Bir dişi fərd orta hesabla 600-800 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Iqlim şəraitindən asılı olaraq 7-10 gün ərzində yumurtalardan sürfələrin çıxdığı müşahidə edilir. Formalaşan sürfələr kartofun yerüstü hissəsi ilə çox sürətlə qidalanmağa başlayırlar. Sürfələr 22-24 gün ərzində qidalanaraq dörd yaş dövrü keçirir və torpağın 3-8 sm dərinliyinə girərək puplaşırlar. Puplaşma dövrü 6-10 günə qədər davam edir.
Kolorado böcəyi və onun sürfələrinə qarşı aqrotexniki və kimyəvi mübarizə üsullarından istifadə edilməsi tövsiyə edilir.
Zərərvericiyə qarşı aqrotexniki mübarizə məqsədi ilə kartof əkiləcək sahələr payızda bitki qalıqlarından təmizlənərək 20-25 sm dərinlikdə şumlanmalıdır.
Vegetasiya müddətində kartof sahələrindəki alaq otları məhv edilməlidir.
Kolorado böcəyinə qarşı elmi cəhətdən əsaslandırılmış kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün zərərvericinin inkişaf dinamikası dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə kartof bitkisinin yaşıl kütləsi üzərində (100 bitkidə) 8-10 ədəd yetkin fərd, 10-15 ədəd sürfə olduqda kimyəvi mübarizə aparmaq məqsədəuyğundur.
İkinci və üçüncü nəsillərə qarşı kimyəvi mübarizəni 100 bitki üzərində 12-15 ədəd yetkin fərd, 15-18 ədəd sürfə olduqda aparılması nəzərdə tutulur.
Kimyəvi mübarizə məqsədi ilə Sipersan 25 e.k. (0,4 l/ha), Karate zeon (0,4 l/ha), Konfidor (0,5 l/ha), Buldok (0,3 l/ha), Mostar 20 s.p.(0,06 kq/ha), Ramplan 20 s.p. (0,06 kq/ha) insektisidlərdən istifadə edilməsi zəruri hesab edilir.
Məhlulun hektara 400 litr normada sərfiyyatı kimyəvi mübarizə üçün əlverişli zəmin yaradır.
Taxıl sümürtkən böcəyi (Anisoplia austriaca F.)
Azərbaycanda 10-dan artıq sümürtkən böcəkləri yaşayır. Bunlardan üç növü taxıl sümürtkəni, ağ qalxanı sümürtkən və xaşlı sümürtkən başlıca zərərverici hesab olunur.
Taxıl sümürtkən böcəyinin qanadüstlüyü tünd şabalıdı rəngdədir. Qanadların əsasında qalxancığın yanında dördkünclü qara ləkə vardır. Bu ləkədən başlayaraq qanadüstlüyünün tikişi boyu tünd qara xətt uzanır. Başı, qabaq kürəkçiyi, qarıncığın altı və ayaqları qaradır. Böyüklüyü 14-20 mm-dir.
Ağqalxanlı sümürtkən böcəyin qanadüstlüyü üst tərəfdən tükcüklərlə örtülmüşdür. Bu tükcüklər parlaq narıncı, qonur və ya açıq qonur rəngdə olub, sıx yerləşmişdir. Qanadüstlüyünün əsasında girdə formada ağ ləkə vardır. Bu ləkə və böcəyin bədəninin alt tərəfi ağ tüklərlə örtülmüşdür. Böcəyin böyüklüyü 10-14 mm-dir.
Xaçlı sümürtkən böcəyinin qanadüstlüyü sarımtıl-qəhvəyi rəngdədir. Onun orta hissəsində köndələninə bir qara xətt gedir. Bu xəttin qara rəngli tikiş xətti ilə kəsişməsi nəticəsində xaç işarəsini xatırladan forma əmələ gəlir. Böcəyin böyüklüyü 11-13 mm-dir.
Böcəklərin puplardan uçması taxılların yetişmə dövrünə düşür və cavan böcəklər süd və mum yetişmə dövründə olan dənlərlə qidalanır. Qidalanma zamanı böcəklər sünbülü başı ilə eşir və bunun nəticəsində dənlərin bir qismi yerə tökülür. Hər böcək həyatı boyu 7-8 q-a qədər dəni yerə tökür. Böcəklər uçuşdan bir neçə gün sonra yumurta qoymağa başlayır. Yumurtalar torpağın təxminən 8-20 sm dərinliyinə qoyur. Hər bir dişi böcək 30-40 yumurta qoya bilir. Yumurtalar adətən yazlıq buğda zəmilərinə, heriklərə və cərgə araları becərilən bitki tarlalarına qoyulur. Yumurtanın inkişafı üç həftəyə başa çatırvə sonra sürfə çıxmağa başlayır. Yumurtalar ağ rəngdə olmaqla, kürəvarıdır və diametri 2 mm-ə yaxındır. Sürfələr aypara (C) formasında bükülmüş olur. Başı açıq qəhvəyi, bədəninin rəngi isə sarımtıl ağdır. Yaşlı sürfələrin uzunluğu 3,5 sm-ə çatır.
Sümürtkən böcəklərin qışlamaları torpaqda sürfə fazasında gedir. Sürfələrin inkişafı təxminən 22 aya başa çatır. Bu müddət ərzində onlar iki dəfə qışlayır. Inkişafının birinci ilində sürfələr dənli bitki köklərinin əmici telləri və çürüntü ilə qidalanır. Ikinci yaşa keçən sürfələr nisbətən iri olduqlarından cavan cücərtilərin kök boğazını gəmirir bunun da nəticəsində kütləvi çoxalma illərində müəyyən seyrəklik əmələ gəlməsi müşahidə olunur. Sürfələr ikinci dəfə qışladıqdan sonra təxminən mayın axırları, iyunun əvvəllərində torpaqda özlərinə yuvacıqlar düzəldərək, onun içərisində pup halına keçir, 2-3 həftədən sonra bu puplardan böcəklər çıxmağa başlayır.
Mübarizə tədbirləri.
Bitkilərin böyüməsi və yetişməsini sürətləndirən bir sıra aqrotexniki tədbirlər həyata keçirilməlidir. Yazlıq taxılların məhsulu yığılan kimi tarlada dərhal dərin dondurma şumu aparılmalıdır. Bu tədbir aparılan zaman torpağın alt qatında qoyulmuş yumurtalar üst səthə çıxır və quruyaraq məhv olur.
Yazda heriklər və cərgəaraları becərilən bitkilərdə dərin kultivasiya aparılmalıdır. Bunun nəticəsində puplar mexaniki zədələnir və kütləvi məhv olur. Böcəklərin qoyduqları yumurtaları məhv etmək üçün kultivasiya iyulun axırı, avqustun əvvəllərində təkrar edilməlidir. Əkin sahələrində növbəli əkin tətbiq edilməli və ya bitkilər növbələşdirilməlidir.
Kimyəvi mübarizə.Şum zamanı torpağa 10%-li dənəvər Bazudin (40-60 kq/ha) tətbiq edilməlidir.
Taxıl böcəyi (Zabrus tenebrioides Goeze)
Taxıl böcəyi (Zabrus tenebrioides Goeze)Taxıl böcəyinin yetkin forması qara rəngdə olub, bığcıqları, ağız aparatının hissələri və pəncələri qonur qırmızıdır. Böcəyin uzunluğu 14-16 mm olmaqla, gecələr aktiv fəaliyyətdə olur.
Gecə həyat tərzi keçirmələri onlara qarşı mübarizəni çətinləşdirir. Yetkin böcəklər gizləndikləri yerlərdən çıxaraq axşam düşəndən səhərə qədər yeni əmələ gələn sünbüllərdə dolmaqda olan dənlərlə qidalanır. Yayın isti vaxtlarında taxıl böcəklərinin fəaliyyəti zəifləyir, əksər vaxtlarda torpağın 25-30 sm dərinliyində diapauza halına keçirlər. Payızın sərin havaları başlayanda (təxminən sentyabr ayının axırında) taxıl böcəkləri diapauzadan çıxaraq dərin şum aparılmayan sahələrdəki kövşənlərin, quru alaq otlarının, ot və saman topalarının altına yığışırlar. Cütləşdikdən sonra torpağın 3-7 sm dərinliyində yumurta qoyurlar. 15-18 gün sonra yumurtadan çıxan sürfələr taxıl cücərtiləri ilə, onlar olmadıqda isə birillik alaq otları ilə qidalanırlar. Sürfələrin qidalanması payızın son aylarınadək, yəni soyuqlar düşənədək davam edir və bundan sonra qışlamağa gedir. Əgər qış mülayim keçərsə, sürfələrin bütün qış ərzində qidalanmalarını davam etdirmə halları da müşahidə edilir.
Yazda (martın sonu və ya aprelin əvvəllərində) havalar isinən kimi qışlamış sürfələr puplaşana qədər yenidən sürətlə qidalanmağa başlayır. Bu dövrdə payızlıq əkinlər onlar üçün əlverişli olmadıqda sürfələr yazlıq taxıl əkinlərinə keçir və onları zədələyir. Yaz qidalanması qurtaran kimi aprelin ikinci yarısında sürfələr puplaşmağa başlayır və proses iyunun ikinci yarısına qədər davam edir.
Mübarizə tədbirləri:
1. Böcəklər yayılmış sahələrdə taxıl əkinləri qısa müddətdə və təmiz biçilərək vaxtında yığılmalı, məhsul itkisinə yol verilməməlidir.
2. Məhsul yığılan kimi kövşənliklər əvvəlcə üzdən, sonra isə azı 23-25 sm dərinlikdə şumlanmalıdır. Elə edilməlidir ki, torpağın şumlanması ilə payızlıq taxıl səpini arasında müddət azı 40-50 gün olsun (aran və dağətəyi yerlərdə avqustun 15-dək, dağlıq rayonlarında isə avqustun 1-dək şum əməliyyatı qurtarmalıdır).
3. Taxıl əkinlərinin ətrafındakı herik sahələrdə və tarlalarda alaq otları müntəzəm olaraq məhv edilməlidir.
4. Taxılçılıqla məşğul olan təsərrüfatlarda növbəli əkin tətbiq edilməlidir. Paxlalı və texniki bitkilərdən (yonca, xaşa, yaşıl noxud, qarğıdalı, günəbaxan və s.) sələf bitki kimi istifadə etmək olar.
5. Səpinqabağı torpağa fosforlu gübrələrin verilməsi, orada adi taxıl böcəyinin sürfələrinin sayını xeyli azaldır.
6. Səpin qısa müddətdə başa çatdırılmalıdır.
7. Səpin müəyyənləşdirilmiş normada və bölgə üçün müəyyən edilmiş vaxtda yerinə yetirilməlidir, çünki iqlim amillərinin əlverişli olması qış dövründə sürfələrin inkişafına şərait yaradır ki, bu da gecikmiş əkinlərdə bitkilərin daha çox zədələnməsinə səbəb olur.
8. Taxıl böcəyi ilə zədələnmiş sahələrdə payız-erkən yaz müddətində bir neçə dəfə suvarma əməliyyatı və azot gübrəsi ilə (100-150 kq/ha) yemləmənin aparılması vacibdir. Bu proseslərin təsirindən bitkilərin özünü yenidən bərpa etməsinə və güclü inkişafına zəmin yaranmış olur.
Kimyəvi tədbirlər: Şum zamanı torpağa 10% dənəvər Bazudin (40-60 kq/ha) tətbiq edilməlidir. Payızlıq buğda bitkisi cücərti – kollanma mərhələsində ikən (oktyabr-noyabr ayları) taxıl böcəyinin sürfələrinin sayı iqtisadi-ziyanlı həddə (1-2 əd/m2) çatarsa Deltametrin, Sipermetrin, Alfa-sipermetrin tərkibli preparatların biri ilə çiləmələrin aparılması məqsədəuyğundur.
Adi çuğundur birəciyi (Chaetocnema concinna Marsh.)
Şəkər çuğundurunun təhlükəli zərərvericilərindən sayılır. Yazda əvvəl alaq otları ilə qidalanır, daha sonra şəkər çuğundurunun yarpaqları ilə qidalanaraq üzərində deşiklər açır. Güclü zədələnmə olduqda bitki quruyur.
Adi çuğundur birəciyinə qarşı mübarizə məqsədi ilə aqrotexniki tədbir olaraq alaq otları sahədən təmizlənib kənar edilməli, dərin dondurma şumu aparılmalı, torpaq yaxşı becərilməlidir.
Kimyəvi mübarizə tədbiri olaraq əsas şumdan əvvəl əkin qatına 10 %-li dənəvər Bazudin preparatı tətbiq olunmalıdır.
Adi çuğundur birəciyinin yetkin fərdlərinə qarşı mübarizə tədbirlərini təşkil etmək üçün seçilmiş sahədə Dursban 25,0%-li i.t., Talstar 10%-li e.k., Arrivo 255-li e.k., Fastak 10%-li e.k. (0,3 l/400 litr su) preparatlarından istifadə olunmalıdır.
Qanlı mənənə. (Eriosoma lanigerum Hausm).
Bərabərqanadlılar və ya xortumlular dəstəsindən bu cücü alma ağaclarının təhlükəli ziyanvericisidir.
Qanadsız bakirə fərdlərdən ibarət dişiləri qonur rəngdədir və səthləri ağ rəngdə sıx mum örtəyi ilə örtülüdür. Dişinin uzunluğu təxminən 2 mm-dir. Cücünü əzdikdə qırmızımtıl –qonur maye çıxır ki, buna görə də ona qanlı mənənə deyilir.
Alma ağacında körpə sürfələri və qismən dişiləri ağac qabığı yarıqlarında, ağacın koğuşlarında, köklərində və başqa yerlərində qışlayır. Yazda gündəlik orta tempüeratur 5o səviyyəsində olduğu zaman sürfələr ayılıb, çətirə dirmaşaraq qidalanmağa başlayır və tüklü mum örtəyi ilə örtülürlər; onlar böyüdükcə 40 (bakirə) fərdlərə çevrilir və bunlar qız halında döğub, sürfələr əmələ gətirirlər. Yeni doğulan sürfələr ağacların körpə zoğları, budaqları və qabığına yapışaraq onların şirəsini sorur, habelə ağacın çatlaq və zərif qabıqlı yerlərdə yerləşərək, burada qeyri-mütəhərrik halda qalırlar; 15-20 gündən sonra həmin sürfələrdə qız fərdlərə çevrilərək öz növbəsində yeni sürfələr doğurlar. Beləliklə, qanlı mənənə 12-17 nəsil inkişaf etdirir. Birinci nəsillərdə dişilərin hərəsi 10-15 sürfə doğur, sonra isə mənənənin, dölvermə qabiliyyəti azalır və axırıncı nəsillərdə hər dişi ancaq 10-20 sürfə doğur.
Avropa şəraitində qanlı mənənə ancaq partenogenetik üsullarla (bakirə halında doğaraq) çoxalır. Bu, Avropada Amerika qaraağacının olmaması ilə izah edilir, çünki ABŞ şəraitində həmin qaraağacda qanlı mənənənin erkək və dişiləri normal inkişaf edə bilirlər və dişiləri mayalanmış yumurta qoya bilirlər.
Qanlı mənənənin dölvermə qabiliyyətinin böyük olmasına və sürətlə çoxalmasına görə bağlarda az müddət ərzində qanlı mənənə əmələ gəlir. Yayın ortalarından etbarən bitkinin torpaqüstü hissələrində qidalanma şəraitinin pisləşməsi nəticəsində qanlı mənənə bitkinin köklərinə keçir və orada payıza qədər çoxalmasını davam etdirir.Qanlı mənənə zoğların, budaqların, gövdələrin və köklərin şirəsini soraraq ağacların həyat fəaliyyəti üçün lazım olan qidalı maddələri götürür. Mənənə ağacın şirəsini sormaqla bərabər öz tüpürcəyini ağaca daxil etməklə bu yerlərə güclü şirə cəlb olunmasına, burada toxumların qeyri-normal inkişafına səbəb olur.Beləliklə, ağacda şişlər əmələ gəlir. Bu şişlər artdıqca qabıq çatlayır və bu çatlara mikroorqanizmlər daxil olub, zədələnmiş orqanların çürüməsinə səbəb olur. Zədələnmiş ağaclar zəifləyir, onlarda qabıqyeyənlər və başqa ikinci növbədə ziyanvericilər yerləşir. Güclü zədələnmə nəticəsində çox vaxt bir neçə il ərzində ağac təmamilə məhv olur. Qanlı mənənə xüsusilə tingliklərdə və cavan bağlarda böyük zərər verir. Qanlı mənənə əkin materialı ilə yayılır.
Mübarizə tədbirləri. Qanlı mənənə ilə əsas mübarizə tədbiri afelinus adlı parazitin köməyi ilə aparılan bioloji mübarizədir. Bağda afelinusu yaymaq üçün üzərində afelinusatutulmuş mənənələr olan alma ağacı budaqlarını kəsib götürərək bu budaqları bütün qışı mərəkdə saxlayırlar. Afelinusa tutulmuş mənənələr bədənlərinin şişməsi və tünd rəng almasından bilinir. Erkən yazda hava istiləşən kimi payızdan kəsilib mərəkdə saxlanmış zoğları mənənəyə bərk tutulmuş ağacların çətirlərində asırlar. Bu qayda ilə bağın hər hektarına 10-15 budaqcıq bağlanır və bu budaqcıqlarda cəmi 200-300 ədəd parazitə tutulmuş mənənə olmalıdır. Ağacın köklərindəki mənənələri məhv etmək üçün kimyəvi mübarizə aparılır, çünki afelinus torpaq altına girə bilmədiyindən köklərə çata bilmir.
Alma meyvəyeyəni (Carpocapsa pomonella L) kəpənəklər dəstəsinin yarpaqbükənlər fəsiləsinə mənsubdur. Zərərverici kicik boz kəpənəkdir. Alma meyvəyeyəni axırıncı yaşda olan tırtılfazasında qışlayır. Qışlama ipək sapdan hazırlanmış xususi baramalar içərsində ağacların yarıqlarında, qabıqların altında və meyvə saxlanılan anbarlarda gedir. Qışlayan tırtılların əsas kütləsi ştampın yerə yaxın hissəsinə yığılır. Yazda, havanın orta gündəlik temperaturu + 10 C- dən yuxarı qalxdığı zaman tırtıllar baramalar içərisində pup halına keçir. Puplardan uçan kəpənəklər 4 – 5 gün sonra cütləşərək yumurta qoymağa başlayır. Yumurtadan cıxmış tırtıllar əksər hallarda kasacıqdan və bəzi hallarda isə meyvəni yan tərəfdən deşərək içəriyə girir. Bu zərərverici tumlu və çəyirdəkli meyvə ağaclarına böyük zərər vurur. Bir tırtıl yaşadığı 25 – 30 gün ərzində 2 – 4 meyvə zədələyə bilir. Zədələnmiş meyvələr yerə tökülür. Bu əsasən daha cox ikinci nəsilin tırtıllarının vurduğu ziyandır. Alma meyvəyeyəni mövsüm ərzində 2 – 3 nəsil verir.
Mübarizə tədbirləri. Tumurcuqların sakitlik dövründə (noyabr – mart aylarında) xəstə və quru budaqlar kəsilir, gövdələr quru qabıqdan təmizlənir, çürümüş meyvə quruları, zərərvericilərin yuvaları, ağac tullantıları bağdan yığılıb kənar yerdə yandırılır.Zərərvericinin iqtisadi ziyanvermə həddi (İZH): 100 meyvədə 1 – 2 ədəd tırtıl olduqda, çiçəkləmədən 7 – 10 gün sonra (mayın III ongünlüyü) meyvəyeyənə qarşı Admiral (0,7 l/ha), Matador 250EC (0,25 l/ha), İnseqar (0,6 kq/ha), Koru alfa (0,5 l/ha), Konstar (0,5 l/ha), Fitoverm e.k. (biopreparat) (2,0 l/ha), Bitoksibasillin (biopreparat) (3,0 l/ha) və s. preparatlardan biri ilə çiləmə aparmaq lazımdır.
Üzüm salxım yarpaqbükəni (Lobesia botrana Schiff)
Üzüm salxım yarpaqbükəni zərərvericisi respublikamızın üzümçülüklə məşğul olan bütün rayonlarında geniş yayılmışdır. Salxım yarpaqbükəni il ərzində 3 nəsil verir. Zərəverici pup mərhələsində, ağ baramalar içərisində, tənəyin qurumuş qabıqları altında, gövdə yarpqlarında və digər yerlərdə qışlayır.
Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, Gəncə-Qazax zonasında birinci nəslin kəpənəkləri aprel ayının ikinci və üçüncü ongünlüklərində uçurlar. Bu nəslin kəpənəklərinin kütləvi uçuşu və yumurta qoymağa başlaması mayın birinci ongünlüyünə düşür. Birinci nəslin kəpənəkləri yumurtalarını qönçələrin və tam açılmamış çiçəklərin üzərinə qoyur. Bu nəslin yumurtalarından tırtılların kütləvi çıxması çiçəkləmənin əvvəlinə düşür. Tırtıllar tənəyin qönçələrini və meyvə başlanğıclarını gəmirərək qidalanır. Hörümçək toruna oxşar tor vasitəsilə çiçək topalarını bir yerə yığır. Zədələnmiş çiçək topaları quruyur və tökülür. İnkişafını qurtaran tırtıllar hazırladıqları baramalar içərisində puplaşır. İkinci nəslin kəpənəkləri yumurtalarını yaşıl salxımın daxilində saplaqların üzərinə qoyurlar. Yumurtadan çıxan tırtıllar gilələrlə qidalanaraq, onların üzərində çökəkciklər əmələ gətirirlər. Hər tırtıl öz inkişafı dövründə 5-10 ədəd yetişməmiş giləni zədələyir və nəhayət pupa gedir.
Üçüncü nəslin kəpənəkləri avqustun əvvəllərində uçurlar və yumurtalarını yetişməkdə olan gilələrin üzərinə qoyurlar. Yumurtadan çıxan tırtıllar gilələrin içərisinə girərək onların şirəsi ilə qidalanırlar. Məhsula müqayisəli surətdə ən böyük ziyanı bu nəslin tırtılları verir. Zədələnmiş gilələrin bir hissəsi quruyur, bir hissəsi isə müxtəlif göbələklərlə yoluxaraq çürüyürlər. Belə salxımların əmtəəlik dəyəri də çox aşağı düşür. Sentyabrın axırlarında üçüncü nəslin tırtılları pup mərhələsinə başlayırlar. Vegetasiya ərzində zərərvericiyə qarşı kimyəvi mübarizə məqsədi ilə birinci nəsildə 100 çiçək topasında 6-7 ədəd tırtıl, ikinci və üçüncü nəsillərdə isə 100 salxımda 8-10 ədəd tırtıl olduqda Foliton M 360 (1,2 l/ha), Matador 250 e.k. (0,3 l/ha), Dursban 40,8% e.k. (1,5 l/ha), Fastak 10 % e.k. (0,6 l/ha ), Pestban 4E (1,2 l/ha), Talstar 10 e.k. (1,2 l/ha) insektisidlərinin birindən istifadə etmək məqsədəuyğundur. İşçi məhlulun hektara məsarif norması üzüm tənəyinin inkişaf fazasından asılı olaraq 800-1000 litr götürülür.
Alma yaşıl mənənəsi (Aphis pomi Dey)
Bərabərqanadlılar dəstəsi (Homoptera) mənənələr fəsiləsinin nümayəndəsidir. Zərərverici alma, gavalı, heyva, zoğal, əzgil və s. bitkilərə zərər vurur.
Mənənə payızda zoğların tumurcuğu əsasında yumurta fazasında qışlayır. Erkən yazda tumurcuqlar açılmağa başladığı dövrdə qışlamış yumurtalardan sürfələr çıxır və tumurcuğun hüceyrə şirəsini sormaqla qidalanırlar. Nəticədə yarpaqlar qıvrılır, eybəcərləşir və quruyur. Bir dişi fərd 40 – a qədər süfrə əmələ gətirə bilir. Bir nəslin inkişafı 10 – 15 günə başa çatır. İl ərzində 17 – ə qədər nəsil verir.
Mübarizə tədbirləri. Erkən yazda zərərvericinin qışlamış yumur-talarını məhv etmək məqsədilə ağaclarda “ Qış müalicəsi yağları”, “ABC” və ya “Volk – 92” preparatının “İmidakloprid” tərkibli insek-tisidlərdən (İmidor, İmidal, İmidan,və s.) biri ilə birlikdə çiləmə aparılması məqsədəuyğundur.
Zərərvericinin sayının azalmasında iki – və yeddinöqtəli parabizən böcək, qızılgöz böyük rol oynayır.
Zərərvericinin iqtisadi zərərvermə həddi (İZH): 100 zoğ üzərində 10 koloniya olduqda İmidan (0,25 l/ha), 2,5% – li Desis (0,15 l/ha), Bi – 58 new (2,0 l/ha), Qoldplan (250 qr/ha) və s. preparatlardan biri ilə çiləmə aparılmalıdır.
Alma çiçəkyeyəni (Anthonomus pomorum L.) böcəklər dəstəsinin uzunburun böcəklər fəsiləsinə mənsubdur. Yetkin böcək qonur – boz rəngdə olur. Bu həşərat Azərbaycanın meyvəçiliklə məşğul olan bütün rayonlarında geniş yayılmışdır. Böcək əsasən almaya, az hallarda isə armuda zərər vurur. Erkən yazda havanın temperaturu + 6 – 8 C olan zaman böcəklər qışlama yerindən ayılır və ağaclara daraşır.
Qısa müddət tumurcuqlarla qidalanır və onların üzərində deşiklər acır. Böcəklər ağacların çiçəkləməsi ərəfəsində cütləşir. Yumurta qoyma müddətində böcəklər xortumları ilə qönçələrdən deşiklər açır və yumurtasını qönçənin içərisinə qoyur. Yumurtalardan 5 – 10 gündən sonra sürfələr cıxır. Sürfələr 15 – 20 gün yaşadığı müddət ərzində qöncələrin erkək və dişiciklərini yeyir və ifraz etdiyi ekskrement çiçəkləri bir – birinə yapışdırır və tozlanma getmir. Yaz sərin kecən illərdə alma cicəkyeyəni əsasən alma bağlarına 70 – 80 % – ə qədər ziyan vurur. Səbəb tozlanmanın xeyli uzanmasıdır. Alma cicəkyeyəni il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri. Zərərvericiyə qarşı mübarizə tədbirlərini apararkən payız – qış dövründə xəzəl yığılıb məhv edilməlidir. Ağaclar quru budaq və qabıqlardan təmizlənməlidir. Cərgəaraları becərilməli, ağacların ətrafı bellənməlidir. Zərərvericinin iqtisadi ziyanvermə həddi (İZH): ağac üzərində 10 – 20 böcək olduqda, alma ağaclarına çiçəkləmədən əvvəl 0,04% – li Karate,0,05% – li Desis,0,2% – li Bi-58, 0,2% – li Korban – 4 və s. preparatlarının biri ilə kimyəvi mübarizə aparmaq lazımdır.
Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus C.)
Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus C.) Bərabərqanadlılar dəstəs i(Homoptera), qalxanlıyastıcalar (Diaspididae) fəsiləsinə aiddir. Yetkin fərd limonu rəngdədir, uzunluğu 1 – 1,5 mm – dir.
Daxili karantin obyektdir. Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışayır. Yazda tumurcuqlar açıldıqda qışlamış sürfələr qidalanmağa başlayır. Sürfələr 20 – 25 gün ərzində inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. İldə 2 – 4 nəsil verir.
Mübarizə tədbirləri. Qurumuş budaqlar kəsilib bağdan kənara çıxarılmalı və yandırılmalıdır. Yastıca yoluxmuş ağacların gövdə və budaqları metal şotka ilə təmizlənməlidir. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Erkən yazda “ Qış müalicəsi yağları”, “ABC” və ya “Volk preparatının “İmidakloprid” tərkibli insek-tisidlərdən (İmidor, İmidal, İmidan,və s.) biri ilə birlikdə çilənmə aparılmalıdır. Zərərvericinin iqtisadi zərərvermə həddi (İZH): 1 – 2 metr uzunluqda 1 – 3 illik zoğların üzərində 1 ədəd sürfə olduqda Avantaj (2,0 l/ha), Bi – 58 (2,0 l/ha), Marşal (1,5 l/ha), Poliqor (1,0 l/ha), Dursban (2,0 l/ha) və s. preparatlarından istifadə edilməlidir.
Adi Pıtraq (Xanthium Strimarium) – ikiləpəli, qısatüklü bitkidir, mürəkkəbçiçəklilər fəsiləsindəndir. Gövdəsi budaqlı, 20-60 sm hündürlüyündəndir. Yarpaqları uzunsaplaqlıdır, genişyumurtaşəkilli, üçdilimli və ürəkvaridir. Yarpaq kənarları bütöv və ya ikidişlidir. Jarpaqlarının alt tərəfi ağımtıldır. Pıtraq aprel ayında cücərir, iyundan başlayaraq çiçək açır və toxumlayır. Vegetasiya dövrü payızın sonuna kimi davam edir. Kök sistemi pambıq tarlasında torpağın 70 sm dərinliyinədək işləyir.
Mübarizə tədbirləri. – er¬kən yaz¬da sə¬pinqa¬bağı sahə 2-3 dəfə kul¬ti¬va¬siya edil¬məli, əkin¬lər¬də cücər-mə¬dən əv¬vəl və son¬ra ma¬la¬lama apa¬rıl¬malı, sey¬rək¬ləş¬mə¬nin qar¬şı¬sını al¬maq üçün sə¬pin nor¬ması 10-15% ar¬tı¬rıl¬malı, ve¬ge¬ta¬siya müd¬də¬tin¬də cər¬gə a¬rası becər¬mə iş¬ləri apa¬rıl¬malı və tək-tək yo¬lux¬muş bit-ki¬lər çı¬xa¬rı¬lıb məhv edil¬mə¬li¬dir; Herbisidlərin sulu suspenziyası torpağa səpinlə bir vaxtda və səpindən dərhal sonra pabıq cücərtilərinin çıxmasına 2-3 gün qalmış çiləmə aparılmalıdır. Alaq otlarının məhv edilməsində və pambığın məhsuldarlığının artırılmasında diuron və monuron hektara basdan basa 1.5 kq hesabı ilə çilədikdə nəticə almaq olar.
Çayır (Cynodon) – birləpəli bitkidir, taxıllar fəsiləsindəndir. Gövdəsi yatıb-qalxan, əsasında budaqlanan, çılpaq buğumlu və yaşıl rəngdədir, 60 sm-ə qədər hündürlüyündə, 8-12 mm yoğunluğundadır. Yarpaqları düz neştər şəklində, bir qədər sərt, çılpaq və ya alt tərəfdə tüklüdür. Bu alaq aprelin birinçi yarısında cücərir, mayın ortalarında və iyunun əvvəllərində çiçəkləyir. Vegetasiya dövrü payızın axırınadək davam edir. Bir bitkisi 2000-ə qədər toxum verir. Toxumu 3sm-dən artıq dərinliyə düşdükdə çüçərmir.
Mübarizə tədbirləri. Yabanı otlardan qurtulmağın əsas şərti kökün tamamilə çıxarılmasıdır ki, onun heç bir hissəsi torpaqda qalmasın. Erkən yazda, kök böyüməsinin dərinliyinə qədər bir yer qazırlar – kürəkdən deyil, bir çəngəldən istifadə edin. Alətin süngüsü kökü kəsir və tamamilə çıxarıla bilməz. Torpaq hissəsi göründükdə, sayt alaq otlarından təmizlənir və qalan köklər çıxarılır. Payızda bağ tərəvəz bitkiləri olmadan qalanda dərin şum aparılır və köklər seçilir. “Gezagard” – tumurcuqların ilk görünüşündə istifadə olunan seçmə hərəkət. Dərman torpaqdan nüfuz edən yalnız çayırın kökünə təsir göstərir. Mikroflora və mədəni növlər üçün təhlükəsizdir. “Zenkor” emal edildikdən sonra fotosintezi maneə törədir, iki saatdan sonra prosesi tamamilə dayandırır, alaq bir həftə ərzində quruyur. Effektiv və uzunmüddətli bir vasitədir.
Çöl xardalı (Sinapis arvensis)
Çöl xardalı (Sinapis arvensis) – ikiləpəli, sadə tükçüklərlə örtülü bitkidir, xaççiçəklilər fəsiləsindəndir. Gövdəsi budaqlıdır, 30-110 sm hündürlüyündədir. Aşağı yarpaqları lirəşəkillidir, lələkvari bölümlüdür, üst yarpaqları saplaqsızdır, iri dişlidir. Ləçəkləri tünd sarıdır. Çiçək saplağı 3-5 mm üzunluğundandır. Buynuz meyvəsi çılpaq və düzdür. Çöl xardalı payızda, qışda və erkən yazda cücərir, aprel – may aylarında çiçəkləyir, iyunda məhv olur. Toxum ilə payızlıq taxıl dənini və yoncanın əkin materialını zibilləyir. Bir bitkisi 940 ədəd toxum verir.
Mübarizə tədbirləri. Əkin materialları alaq toxumlarından diqqetlə təmizlənməsidir. Çox zibillənmiş sahələrdə dondurma şumunun aparılması çox əhəmiyyətlidir. Hektafermin, (Fao herbisid). 2 litr/ha məsarif normasında 300 litr işci məlulu sərf etməklə alaq otunun boyu 10-12 sm olduqda və ya taxılın boruya cıxma fazasına qədər ciləmələrlə tətbiq edilməlidir.
Ala qanqal (Silybum marianum) – ikiləpəli, qısa ağtüklərlə örtülü bitkidir, mürəkkəb çiçəklilər fəsiləsindəndir. Gövdəsi 90-100 sm hündürlüyündə olub, düz və ya budaqlıdır. Yarpaqları iridir, ala – taladır, enli neştərşəkillidir, saplaqsızdır, gövdəni qucaqlayandır, kənardan sarımtıl tikanlıdır. Səbətləri iridir. Çiçəkləri al-qırmızıdır. Toxumçası adətən qaradır, 3-5 mm uzunluğundadır, çılpaqdır, sığallıdır, parlaqdır. Bu bitki sentyabrın axırında cücərir, apreldə çiçəkləyir, may və iyunda toxumlayır, iyulda məhv olur, toxumu ilə payızlıq taxıl dənini, yoncanın əkin materialını və torpağı zibilləyir.
Mübarizə tədbirləti. Növbəli əkin sisteminin tədbiq edilməli, cərgə aralarının becərilməli, Qranstar 75% islanan tozdur ( tribenuranmethyl 750 qr/kq ). Birillik iki ləpəli alaq otlarına qarşı 15 qr/ha məsarüf normasında 96-98% səmərə verir. 2.4D- qrupu herbisidlərinə davamlı alaq otlarınıda məhv edir.
Adi quşəppəyi (Capsella)
Adi quşəppəyi (Capsella) – ikiləpəli, adətən aşağı hissəsindən tükcüklərlə örtülü bitkidir, xaççiçəklilər fəsiləsindəndir. Gövdəsi tək tək və ya bir neçə ədəddir, budaqlı və ya sadədir, hündürlüy 60 sm-ə qədərdir. Aşağı yarpaqları qırçınlıdır, saplaqlıdır, lələkşəkilli yarpaqlıdır. Gövdə yarpaqları saplaqsız,neştərə oxşar, əsasında oxşəkillidir. Üst yarpaqları adətən neştərşəkillidir .Ləçəkləri tərsinə yumurtaşəkillidir, çiçəkləri ağdır. Quşəppəyi dekabr-mart aylarında cücərir, fevral – aprel aylarında çiçəkləyir, may ayında toxumlayır, iyun – iyul aylarında məhv olur. Buynuzcuq meyvəsi yetişdikdə asanlıqla çatlayır və toxumu yoncanın əkin materialını və torpağı zibilləyirş Bir bitkisi yonca sahələrində 9530 ədəd toxum verir.
Mübarizə tədbirləri. Səpinin vaxtında aparılmalı, Səpin üsulunun düzgün seçilməli, Səpin üçün toxumluq materialın seçilməsi, toxumluğun elit və yaxud I reprodulsiya olması əhəmiyyətlidir. Dianat 48% ( 120 q. Dicamba + 344q. 2.4 D ). Birillik iri ləpəli alaq otlarına qarşı, o cümlədən 2.4- D herbisidinə davamlı növlərə qarşı taxılın boruya çıxma fazasınadək 0.6-0.8 litr/ha, qarğıdalın 3-5 yarpaq fazasında 1-1.5 litr/ha məsarüf normalarında mübarizə aparılmalıdır. Mübarizə məhsul yığımına 60 gün qalana qədər və bir dəfə aparılmalıdır.
Cincilim (Stellaria) – ikiləpəli bitkidir, qərənfilçiçəklilər fəsiləsindəndir. Gövdəsi zəifdir, yerə yatandır, birtərəfli tüklüdür, 10-30 sm hündürlüyündədir. Yarpaqları yumurtaşəkillidir, 1.5-3 sm uzunluğundadır. Kasa yarpağı 4-5 mm uzunluğunda olub kütdür, bərabər ləçəklidir. Erkəkçiyi 3-5 ədəddir. Qutucuğu yumurtaşəkillidir, kasacıqdan uzundur. Cincilim qışda və yazda cücərir, mart və aprel aylarında çiçəkləyir, mayın əvvəllərində toxumlayır, iyunda vegetasiya dövründə başa çatdırır, toxumu ilə torpağı zibilləyir. Bir bitkisi yonca sahələrində 7450 ədəd toxum verir.
Mübarizə tədbirləri. Alaq otlarını məhv etmək üçün “Qasırğa”, “Tornado” və s. herbisidlərdən istifadə etmək olar. Çiləmə proseduru üçün sakit, küləksiz bir gün seçməlidir. Lintur 70 (Triasulfuron 41 q/kq ), 659 q/kq dikambanin natrium duzu. Suda dispersiya olunan qranuldur. Birillik və çoxillik iki ləpəli, həmçinin 2.4 D amin duzuna davamlı alaqlara qarşı buğda və arpa əkinlərinin 3.4 yarpaq fazasında kollanmanı sonuna qədər olan dövrdə alaq otlarının vegetasiyasının ilk dövrlərində 130-140 q/ha məsarüf normasında çilənməlidir.
Sürünən kəhrə (Acroptilon repens (L.) DC
Sü¬rü¬nən kək¬rə 25-60 sm hün¬dür¬lük¬də kö¬küm¬sov göv¬dəli ço¬xil¬lik bit¬ki¬dir. To¬xum¬la, kök pöh¬rə¬ləri və kö¬küm¬sov¬lar¬la ço¬xa¬lır Göv¬dəsi düz, tilli, əsa¬sına qə¬dər bu¬daq¬lı¬dır. Yar¬paq¬ları növ¬bəli, otu¬raq, kə-nar¬ları bü¬tov¬dür. Çi¬çək¬ləri çəh¬rayı olub sə¬bət¬cik¬lər¬də yer¬lə¬şir. Sə¬bət¬cik¬ləri tək-tək, dai¬rə¬vi¬dir, 1-1,25 sm dia¬metr¬də olub bu¬da¬ğın so¬nun¬da yer¬lə¬şir. Hər sə¬bət¬cik¬də 2-26 toxum, bir bit¬kidə 700-ə qə¬dər sə-bət¬cik ola bilər. Sə¬bət¬cik¬dəki bü¬tün çi¬çək¬lər eyni öl¬çülü, iki¬cins¬li, bo¬ru¬şə¬kil¬li və çəh¬rayı çə¬ləng¬li¬dir.
Mey¬vəsi tərs yu¬mur¬ta¬şə¬kil¬li, yan¬lar¬dan yas¬tı¬lan¬mış, ha¬mar və ya tilli, çıl¬paq for¬malı açıq boz rəng¬dən kəh¬rəba-sarı rən¬gə¬dək dəyişən to¬xum¬dan iba¬rət¬dir. To¬xu¬mun uzun¬luğu 2,5-4 mm, eni 1,25-2,75 mm, qa¬lın¬lığı isə 1,25-1,75 mm-dir. 1000 ədəd to¬xumunun küt¬ləsi 2-3 qr təş¬kil edir.
To¬xum¬¬la¬rın cücər¬məsi üçün mi¬ni¬mal tem¬pe¬ra¬tur 8-100 C, op¬ti¬mal 20-300 C-dır. To¬xum¬lar¬dan cücər¬ti-lər, kök tu¬mur¬cuq¬la¬rın¬dan isə zoğ¬lar mart-may ay¬la¬rın¬da əmələ gəlir. Bi¬rin¬ci il çi¬çək¬ləsə də mey-və əmələ gə¬tir¬mir. İkin¬ci il iyun-av¬qust ay¬la¬rın¬da çi¬çək¬lə¬yir və iyul-sent¬yabr ay¬la¬rın¬da mey-və əmələ gə¬ti¬rir. Mak¬si¬mum 23000-ə qə¬dər to¬xum¬ca əmələ gə¬ti¬rir və on¬lar tor¬paq¬da 1-8 sm də¬rin¬lik-də cü¬cə¬rir. Təzə to¬xum¬ca¬lar cücərmə qa¬bi¬liy¬yətini 5 il¬dən çox sax¬la¬ya bilir.
Alaq otu əsas şa¬quli kök¬dən və on¬dan çı¬xan ho¬ri¬zon¬tal kök¬lər¬dən iba¬rət olub güc¬lü kök sis¬te-minə ma¬lik¬dir. Əsas kök 10 m-dən çox də¬rin¬liyə çatır. To¬xum¬dan cücər¬miş bit¬ki ilk ay¬lar zəif boy atır. 2,5-3 ay ər¬zin¬də 5-7 yar¬paq əmələ gəlir. Bu za¬man kök sis¬temi sü¬rət¬lə in¬ki¬şaf edə¬rək 2 m də¬rin¬liyə çatır. 3 yar¬paq fa¬za¬sın¬da əsas kök¬dən 10-15 sm də¬rin¬lik¬də ho¬ri¬zon¬tal kök¬lər ay¬rı¬lır və əyi¬lə¬rək də¬rinə gedir. Əyil¬mə yer¬lə¬rin¬də tu¬mur¬cuq¬lar¬dan zoğ¬lar əmələ gə¬lir və yeni bit¬ki¬nin əsası qo¬yu¬lur.
Ye¬ral¬tı zoğ¬lar təd¬ri¬cən kö¬küm¬sova çev¬ri¬lir, qa¬lın¬la¬şır, əlavə ho¬ri¬zon¬tal kök¬lər və ço¬xal¬ma tu¬mur-cuq¬ları əmələ gəlir. Quru tor¬paq¬lar¬da kök sis¬temi uzun müd¬dət cücərmə qa¬bi¬liy¬yə¬tini sax¬la¬yır. Lakin su al¬tın¬da çox qal¬dıq¬¬da məhv olur. İs¬ti¬lik və işıq se¬vən¬dir. 10-20 sm kök qı¬rıq¬ları tor¬paq¬da ya¬şaya bilir. Ye¬rüs¬tü or¬qan¬ları -2-30 C tem¬pe¬ra¬tur¬da məhv olur.
Əkin¬ləri, bağ¬ları, üzüm¬lük¬ləri, çə¬mən və ot¬laq¬ları zi¬bil¬lə¬yir. Yol¬la¬rın və su¬var¬ma ka¬nal¬la¬rı¬nın kə-na¬rın¬da daha çox ya¬yı¬lır. Kək¬rə bit¬kisi pa¬yız¬lıq buğ¬da¬dan 2-5 dəfə ar¬tıq qida mad¬də¬ləri qə¬bul edir. Kök sis¬temi tə¬rə¬fin¬dən if¬raz edi¬lən tok¬siki mad¬də¬lər mə¬dəni bit¬ki¬lərə mən¬fi tə¬sir edir.
Kək¬rə to¬xum¬ları əsa¬sən ta¬xıl və ot bit¬ki¬lə¬ri¬nin to¬xum¬ları ilə, ot və kü¬ləş¬lə, sə¬bət¬cik¬ləri isə su¬lar va¬si¬tə¬silə ya¬yı¬lır.
Mübarizə tədbirləri:
• ka¬ran¬tini təd¬bir¬lə¬rinə cid¬di əməl edil¬məli, to¬xum¬la¬rın yeni əra¬zi¬lərə ya¬yıl¬ma¬sı¬nın qar¬şısı alın¬ma¬lı¬dır;
• aq¬ro¬tex¬niki təd¬bir¬lə¬r həyata keçirməklə, qida ele¬ment¬lə¬ri¬nin ye¬rüs¬tü or¬q¬an¬lar¬da top¬lan¬ma¬sı¬nın və tək-rar pöh¬rə¬lən¬mə¬¬nin qar¬şı¬sı alınmalıdır;
• alaq¬la güc¬lü si¬ra¬yət¬lən¬miş tor¬paq¬lar¬da qara he¬ri¬¬yin çov¬dar, yulaf, arpa, qar¬ğı¬dalı, yonca və di¬gər ya¬şıl küt¬ləsi güc¬lü in¬ki¬şaf edən bit¬ki¬lər¬lə uy¬ğun¬laş¬dı¬rıl¬ması sə¬mə¬rə¬li¬dir. Qara he¬rik is¬ti¬fadə edi¬lən əra¬zi-nin ən azı 20-25%-ni əhatə et¬mə¬li¬dir;
• cə¬nub region¬la¬rın¬da sü¬rü¬nən kək¬rə ilə mü¬ba¬rizə apar¬maq məq¬sədi ilə 3 il müd¬də¬tin¬də çəl¬tik əkil¬məsi məq¬sədəuy¬ğun¬dur;
• məh¬sul yı¬ğıl¬dıq¬dan son¬ra köv¬şən üz¬lən¬məli, şum ərazi üçün op¬ti¬mal müd¬dət¬də apa¬rıl¬malı və növ¬bəli əkin sis¬te¬min¬dən düz¬gün is¬ti¬fadə edil¬mə¬li¬dir;
• kimyəvi mübarizə məqsədi ilə qli¬fo¬sat tər¬kib¬li sis¬tem tə¬sir¬li her¬bi¬sid¬lə¬ridən is¬ti¬fadə edi¬lə bilər;
• taxıl, kar¬tof, bos¬tan, tex¬niki bit¬ki¬lər əkil¬miş sa¬hə¬lər¬də əkindən əvvəl və yı¬ğım¬dan sonra, mey¬və bağ¬la-rın¬da, üzüm¬lük¬lər¬də isə vegetasiya dövründə in¬ki¬şaf¬da olan alaq¬lara qar¬şı Tor¬nado (4-6 l/ha), King¬klif (2,0-4,0 l/ha), Knock out (3,0-6,0 l/ha) her¬bi¬sid¬lə¬rin¬¬dən bi¬rini (mə¬dəni bit¬kini qo¬ru¬maq şər¬ti ilə) is¬ti¬¬fadə et¬mək məs¬lə¬hət gö¬rü¬lür.
Buğdada sarı pas
Xəstəlik dağlıq və dağətəyi rayonlar üçün daha xarakterikdir.
Dənli bitkilərin əksəriyyətində müşahidə olunsa da buğda üçün daha təhlükəlidir. Patogen yarpaqlarda, yarpaq qınlarında, bəzən gövdə, mil oxu, sünbül pulcuqlarında meydana çıxır.
Yoluxmanın xarakterik xüsusiyyyəti uredino yastıcıqlardan ibarət olan limonu sarı, uzunsov zolaqların, ləkələrin əmələ gəlməsidir. Adətən uredinalar yığılmış qrup şəklində yerləşirlər və xlorozla müşayət olunan ləkəyə oxşayırlar. Müəyyən müddət keçdikddən sonra yoluxma yerlərində tünd-qonur və ya demək olar ki, epidermisi partlamayan qara telioyastıcıqlar əmələ gəlirlər.
Yazda xəstəlik əvvəlcə dənlilərin alt, sonra isə üst yarpaqlarında əmələ gəlir. Çiçəkləmə anı və ya süd yetişmə dövründə yarpaqların əhəmiyyətli bir hissəsi saralır, quruyur və tökülürlər. Müəyyən yoluxma faizində tarla tamamilə rəngini dəyişir.
Sarı pasın böyümə və inkişafı üçün 10-130 temperatur optimal hesab olunur. Uredinsporlar 00 temperaturda belə cücərə bilirlər. 200C-dən yuxarı temperaturda inkişafı zəifləyir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may ayalarında, temperatur gündüzlər 20-250C olmasına baxmayaraq, gecələr 150-yə, yaxud ondanda aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbiii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur.
Xəstəlik xüsusilə sünbüllər üçün təhlükəlidir: dən dolmur, cılız olur, kütləcə yüngülləşir.
Mübarizə tədbirləri: Yüksək aqrotexnika , aralıq sahib bitkilərinin məhv edilməsi, davamlı sortlardan istifadə, növbəli əkinə əməl edilməsi vacibdir. Xəstəliyin ilkin simptomlarını gördükdə ekoloji fungisidlərdən biri ilə çiləmə aparmaq mümkündür. Son illər 25% tilt k.e., 0,5L/ha məsariflə xəstəliyin inkişafını tamamilə dayandıra bilir. Müasir dövrün tələbinə uyğun oiki komponentli sistem xüsusiyyətlərə malik folukur BT fungisidi və vegetasiya dövrü 1 l/ha məsariflə buğda bitkisinin pas mənşəli xəstəliklərinə qarşı öldürücü təsir göstərir.