LƏNKƏRAN VƏ LERİK RAYONLARINDA AQRAR BİZNES FESTİVALI KEÇİRİLİB
28 Noyabr 2024Daha ətraflı
Şöbə müdiri: Nəbiyev Vüqar Rafiq oğlu
e-mail: vuqarnebi82@gmail.com
Telefon: (+994) 55 649 79 06
Biotexnologiya və Molekulyar Diaqnostika Laboratoriyasının əsas fəaliyyət istiqaməti bitkilərin, genetik müxtəlifliyinin analizi, molekulyar markerlər əsasında pasportlaşdırılması abiotik və biotik stress amillərə davamlılıq genlərinin skrininqi və ekspresiyasının tədqiqi, kəmiyyət və keyfiyyət əlamətlərinin assosiyativ və genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortalma prosesini sürətləndirilməsindən ibarətdir.
Müasir standartlara cavab verə bilən avadanlıqlarla təmin olunmuş laboratoriyada bitkilərin xəstəilkərə və iqlim amillərinə davamlılıq potensialını molekulyar –genetik metodlarla öyrənmək üçün DNT izolyasiyası həyata keçirilir və DNT-nin qatılığı müəyyən olunur. Laboratoriyada həmçinin elektrofarez üçün agaroz gelinin hazırlanması, gel konsentrasiyasının və agaroz gel görüntüləmə sistemində istifadə ediləcək etidium bromid məhlulunun konsentrasiyalarının hazırlanması prosesləri aparılır. Bundan başqa agaroz gel üzərində DNT konsentrasiyalarının və keyfiyyətlərinin vizuallaşdırılması və nanoqramla tənzimlənməsinə nəzarət olunur. DNT-nin replikasıyasını həyata keçirmək üçün PCR-nin yerinə yetirilir və PCR protokolunun yaradılır. Son olaraq agaroz geldə əmələ gələn DNT zolaqlarının etiketlənməsi və nəticələrin qiymətləndirilməsi, kapilyar elektroforez üçün ilkin hazırlıqlar, onların görüntülənməsi və oxunması və nəticələrin sənədləşdirilməsi, primer optimallaşdırmasında gradient PCR tətbiqləri kimi laboratoya işlərini həyata keçirmək olur.