GORANBOY VƏ TƏRTƏRDƏ TOXUM SƏRGİ-SATIŞ YARMARKASI TƏŞKİL OLUNUB
11 Sentyabr 2024Daha ətraflı
Şöbə 22 yanvar 1959-cu ildən fəaliyyət göstərir. Şöbədə respublika ərazisində becərilən kənd təsərrüfatı, meşə və dekorativ bitkilərdə yayılmış xəstəliklərin növ tərkibini, bioloji xüsusiyyətlərini və inkişaf dinamikasını öyrənməklə onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. Şöbənin əməkdaşları tərəfindən pambıqda geniş yayılmış hommoz və vilt xəstəliklərinə qarşı “BX” mikrob antoqonist yaradılmışdır (1971). Ona da III dərəcəli attestat təqdim olunmuşdur.
Fermer təsərrüfatlarında taxıl və üzüm bitkilərinin xəstəlikləri haqqında təlimlər keçirilməsi. Xəstəliklərə qarşı preraratların düzgün seçilməsi və vaxtında mübarizələrin aparılması haqqında tövsiyyələrin verilməsi.
Şöbə fəaliyyət göstərdiyi illərdə kadr hazırlığına xüsusi diqqət yetirmişdir. Belə ki, müxtəlif illərdə Zemfira Xəlilova, Stalina Rzayeva, Movsüm Bağırov, Aydın Məmmədov, Abuzərli Zahid, İmanov Nəriman, Nizami Qarayev, Tağıyev Ələddin və başqaları müdafiə edərək elmlər namizədi adını almışlar.
Kartof, şəkər çuğunduru, pambıq, üzüm, taxıl əkinlərində başlıca xəstəlik və zərərvericiləri, alaq otlarına qarşı inteqrir mübarizə tədbirləri aparılmışdır. Xəstəlikləri müəyyən etmək üçün mikroskopik və aitopotoloji analizlər aparılaraq hansı növ xəstəliyə aid olduğunu müəyyənləşdirərək herbarilər hazırlanmışdır. Ayrı-ayrı iqtisadi bölgələrdə xəstəliklərin yayılmasını öyrənmək üçün vegetasiya müddətində marşurut tədqiqatları apararaq xəstəliklərin yayılma və inkişaf intensivliyi öyrənilmişdir.
1. Mahmudov Haley Aslan oğlu – şöbə müdiri
2. Qədimova Heyran Vahid qızı – böyük elmi işçi
3. Qocayeva Səadət Kamil qızı – böyük elmi işçi
4. Məhərrəmova Sevinc Saləddin qızı – elmi işçi
5. Abbasov Vüsal Qaçay oğlu – kiçik elmi işçi
6. Əliyeva Rəsmiyyə Yəhya qızı – böyük laborant
7. Alıyeva Səbinə Nofəl qızı – laborant