Saatlı Dayaq Məntəqəsi

Saatlı Dayaq Məntəqəsi

Saatlı dayaq məntəqəsi – 1959-cu ildən institut yarandığı vaxtdan etibarən fəaliyyət göstərir. Məntəqədə bölgədə becərilən bitkilərin, o cümlədən pambıq bitkisinin başlıca zərərvericilərinin inkişaf xüsusiyyətləri ətraflı öyrənilməklə və ona qarşı yeni preparatlardan istifadə etməklə səmərəli mübarizə üsulları həyata keçirilir. Saatlı dayaq məntəqəsində bitkilərin zərərvericilərinin inkişafına nəzarət etməklə yanaşı “Pambıq sovkasının pomidor, qarğıdalı və pambıq əkinlərində qısa və uzun müddətli inkişaf proqnozu metodlarının təkmilləşdirilməsi üzrə elmi tədqiqat işləri də yerinə yetirilir.