Aqrotexnika və aqrokimya şöbəsi » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Aqrotexnika və aqrokimya şöbəsi

Aqrotexnika və aqrokimya şöbəsi

Şöbə müdiri: Marlamova Dilarə Səfər qızı

e-mail:

Telefon:  (+994) 55 964 69 54

Laboratoriyada torpağın münbitliyindən, fiziki və kimyəvi xassələrindən asılı olaraq gübrələrin təsirinin əsas qanunauyğunluqlarının, torpaq və bitki sistemində qida elementləri balansının öyrənilməsinə dair elmi-tədqiqat işləri aparılır. Əkinçiliyin intensivləşdirilməsində, planlaşdırılmış yüksək pambıq məhsulu götürülməsində gübrələrin normalarının və nisbətlərinin tətbiq edilmə metod və üsullarının işlənib hazırlanmasına daha böyük fikir verilir. Hazırlanmış səmərəli gübrələmə sisteminin pambığın becərilməsinə dair kompleks aqrotexniki tədbirlər sistemində tətbiq edilməsi torpaq münbitliyinin daim artmasına, qida elementlərinin istifadə edilmə əmsalının və pambıq məhsulunun artmasına təsir göstərir.

Fermer təsərrüfatlarına torpaq-iqlim şəraitindən asılı olaraq istər daimi (fasiləsiz) pambıq əkinləri, istərsə də növbəli əkinlər üçün gübrələrin şum altına və yemləmə şəklində verilmə normaları və nisbətlərini müəyyən etməklə tövsiyələrin verilməsi yerinə yetirilir.

Aqrokimya laboratoriyasında Pambıq əkinlərində üzvi gübrələrlə birlikdə mineral gübrələrin optimal normada verilməsi hesabına pambıqdan yüksək və keyfiyyətli məhsul əldə edilib.

Əməkdaşların siyahısı:

  1. İbrahimov Akşay Cavad oğlu – aparıcı elmi işçi
  2. Əliyev Savalan Nəriman oğlu – böyük elmi işçi
  3. Nəbiyev İsmayıl Rza oğlu – böyük elmi işçi
  4. İmanov Ədalət Əhliyat oğlu – böyük elmi işçi
  5. Mustafayeva Hicran Nağı qızı – böyük elmi işçi
  6. Mehdiyeva Günay Rövşən qızı – böyük elmi işçi
  7. Hüseynova Aytəkin Ramiz qızı – elmi işçi
  8. Bağırova Nailə Subut qızı – böyük laborant
  9. Abbasova Amalya Səfəralı qızı – böyük laborant
  10. Bədəlova Dünyaxanım Qiyas qızı – laborant
  11. Səmədova Xatirə Əvəz qızı – laborant
  12. Rizmaova Zenfirə Nəsir qızı – laborant

 

Xəbərlər