Toxumçuluq şöbəsi » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Toxumçuluq şöbəsi

Toxumçuluq şöbəsi

Şöbə müdiri: Kazımov Mahal İslam oğlu

e-mail: kmahal@mail.ru

Telefon:  (+994) 50 649 93 08

Texniki Bitkilərin Toxumçuluğu şöbəsi BMTBETİ-nin Texniki Bitkilərin Seleksiyası şöbəsində yaradılan yeni və rayonlaşmış pambıq sortların ilkin toxumçuluq işini qurmaq və toxumşünaslığa aid elmi –tədqiqat işləri aparmaqdır. Şöbə yarandığı vaxtdan seleksiya prosesinin II mərhələsinə aid işləri, yəni perspektivli sortun ilkin toxumçuluq işini quraraq onun sort təmizliyini yüksəldib 100%-ə çatdırır və Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Sort Sınaq Məntəqəsinə verir. Ona görə də indiyə qədər rayonlaşmış pambıq sortlarının hamısında şöbənin elmi əməkdaşları həmmüəllifdirlər.

Şöbə əməkdaşları öz-özünə tozlanma və fərdi seçmə üsulları ilə pambıq sortlarının elit toxumunun istehsalı üsullarını tədqiq edərək belə nəticəyə gəlmişlər ki, fərdi seçmə üsulu ilə pambıq sortlarının elit toxumunun istehsalı üsulu daha sərfəlidir.

Şöbə Respublikanın toxumçu aqronomları üçün bir aylıq təlim kursları təşkil edərək kadr hazırlığı məsələsini də həll edirdi.

Bundan başqa şöbə respublikada pambıq sortlarının elit təsərrüfatlarına metodiki rəhbərlik etməklə yüksək reproduksiyalı pambıq toxumu istehsalında iştirak edirdi.

Şöbə toxumçuluğa və toxumşünaslığa aid çoxlu sayda elmi işləri yerinə yetirərək elmi jurnallarda məqalələr çap etdirmişdir.

Texniki Bitkilərin Toxumçuluğu şöbəsinin təklif etdiyi xidmətlər:

1. Respublikada pambıq sortlarının Elit toxumçuluq təsərrüfatları yaradıldıqda onları başlanğıc toxum materialı olan orjinal və superelit toxumla təmin etmək.
2.Respublikada pambıq sortlarının bütün toxumçuluq təsərrüfatlarına metodiki göstərişlərlə köməklik etmək.
3. Respublikanın toxumçuluq təsərrüfatlarında aprobasiyanın həyata keçirilməsinə köməklik göstərmək.
4.Respublikanın müxtəlif bölgələrində pambıqçılığın inkişaf etdirilməsi üçün fermerlərə müxtəlif mövzularda təlim keçmək

Əməkdaşların siyahısı:

  1. Hüseynova Lalə Rasim qızı – böyük elmi işçi
  2. Əyyubova Pərixan Məhəmməd qızı – böyük elmi işçi
  3. Əliyeva Südabə Rüstəm qızı –böyük elmi işçi
  4. Nəbiyev Araz Rza oğlu – böyük elmi işçi
  5. Şəfiyeva Hökümə Heyyat qızı – elmi işçi
  6. Rizmanova Əminə Zahəddin qızı –böyük laborant
  7. Həsənova Məharət Rza qızı – böyük laborant
  8. Hüseynov Elmar Rafiq oğlu – laborant
  9. Əliyeva Naidə Allahverən qızı – laborant

 

 

Xəbərlər