AQRAR ELM VƏ TƏHSİLƏ XİDMƏTDƏ KEÇƏN ÖMÜR
14 Yanvar 2026Daha ətraflı
Şöbə müdiri: Bayramov Qabil Fərəc oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru
e-mail: qabilbayramov370@gmail.com
Telefon: (+994) 55 566 40 32
Fəaliyyət istiqaməti:
Pestisidlər, Bioloji Mübarizə və Proqnoz şöbəsi kənd təsərrüfatı bitkilərində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidlərin istifadəsi, bioloji mübarizə metodlarının tətbiqi və yayılma proqnozlarının hazırlanması üzrə elmi-tədqiqat işləri aparır.
Şöbə pestisidlərin ekoloji cəhətdən təhlükəsiz və effektiv tətbiqini təmin etmək, yeni bioloji mübarizə vasitələrinin işlənməsi və təcrübədən keçirilməsi, həmçinin zərərvericilərin, xəstəliklərin və alaq otlarının yayılma dinamikasının proqnozlaşdırılması sahəsində müvafiq metodologiyaların hazırlanması və tətbiqi ilə məşğul olur.
Bununla yanaşı, şöbə kənd təsərrüfatı sahəsində mübarizə tədbirlərinin optimallaşdırılması üçün elmi əsasların yaradılması və tətbiqinə dəstək verir, elmi nəticələrin praktik tətbiqi istiqamətində maarifləndirmə və məlumatlandırma işləri təşkil edir.




