Texniki bitkilərin aqrotexnikası şöbəsi » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Texniki bitkilərin aqrotexnikası şöbəsi

Texniki bitkilərin aqrotexnikası şöbəsi

Azərbaycanda pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsinə 1925-ci ildən Gəncə seleksiya stansiyasının bazasında AzETPİ-nin yaradılmasından başlanılmışdır. Pambıq əkilən sahələrin münbitliyinin artırılması ilə yanaşı pambığın məhsuldarlığının artırılması yollarının öyrənilməsi, Texniki bitkilərin aqrotexnikası şöbəsinin sələfi olan “Tarlaçılıq” şöbəsində başlanılmışdır. Şöbədə yüksək və tez yetişən məhsul almağın nəzəri və təcrübi əsasları tədqiq edilərək öyrənilməklə, torpağın münbitliyinin yaxşılaşması və məhsuldarlığın artırılması istiqamətində şöbədə çox tarlalı növbəli əkin sistemi işlənib hazırlanmışdır. Növbəli əkin sistemi tətbiq etməklə ölkədə heyvandarlığın inkişafı üçün yem bazası yaranmaqla iqtisadiyyatımızın möhkəmlənməsinə şərait yaranır. Növbəli əkinlə alaq otlarının azalmasına nail olunur ki,bununlada əl əməyinə ehtiyac azalır. Pambıq-yonca növbəli əkinlərində yoncanın eyni tarlada neçə il qalması, siderat bitkilər tarlasının olması və onlarda şum qatının dərinliyinin növbələşdirilməsi, həmin əməliyyatın aparılma müddətləri və üsulları da öyrənilərək təsərrüfatlara tövsiyə edilərək həyata keçirilir. Yüksək məhsul alınmasında səpinqabağı və cərgəaralarının becərilməsi də çox vacibdir. Həmin əməliyyatlar təcrübə işlərində öyrənilmiş və bu gün də öz müsbət nəticələri ilə təsərrüfatlarda gəlir gətirir. Şöbədə vaxt aşırı cərgə aralarının becərilmə dərinliyinin və sayının azaldılması da tövsiyə edilmişdir. Şöbəmizdə şumun yüksək aqrotexniki səviyyədə aparılması, səpinqabağı və cərgə aralarının becərilməsində aqreqata əlavə işçi orqanlarının quraşdırılmaqla mütərəqqi becərmə texnologiyası işlənilib hazırlanmışdır.

Uzun illər ərzində torpağın münbitləşdirilməsi, pambıq üçün səmərəli sələf bitkisinin seçilməsi, torpaq becərmə işlərinin səmərəliliyinin artırılması istiqamətində tədqiqatlar aparılmış və istehsalat üçün dəyərli tövsiyyələr verilmişdir.

Şöbədə aparılan çoxillik təcrübələr göstərmişdir ki, pambıq-yonca növbəli əkin sistemində yonca əkilən torpaqlarda yaranmış münbitliyin azalmasınin qarşısı-nı almaq üçün sahəyə siderat bitkilər: payızlıq noxud, arpa, vələmir, şabdar və s əkmək lazımdır. Həmin təcrübələrlə müəyyən edilmişdir ki, yonca eyni sahədə 3-4 il qalarsa torpaqda toplanan kök sisteminin miqdarı daha çox olur. Yəni bu zaman humusun və ümumi azotun miqdarı artır.

Qeyd etmək lazımdır ki, pambıq bitkisi torpaq kipliyinə qarşı çox həssasdır. Yəni tarlada kənd təsərrüfat alətləri çox işlədikcə torpaq kipləşir. Odur ki, şöbədə torpağın minimum becərilməsi texnologiyası işlənmişdir. Bu texnologiya ilə aqroiqtisadi və energetik qiymətləndirilmələr işlənilmişdir və bu nəticəyə gəlinmişdir ki, şum əməliyyatını gübrə verməklə, malalamanı arat üçün şırım açmaqla, kultivasiyaları yemləmə gübrəsi və suvarma şırımlarının açılması və ya zərərvericilərə qarşı çiləmə, tozlama və ya mexaniki ucvurma ilə birgə aparmaqla tarlada traktor əməliyatlarının azalması ilə torpağın kipləşməsinin qarşısının alınmasını tövsiyə halında təsərrüfatlara verilmişdir.

Bundan başqa şöbədə torpaq münbitliyindən asılı olaraq pambığın optimal sə-pin müddətləri, sıx və tirəyə səpinləri öyrənilmişdir. Belə qənaətə gəlinmişdir ki, institut seleksiyaçıları tərəfindən yaradılan orta lifli pambıq sortları iqlimdən asılı olaaq aprelin 1-2-ci ongünlüyündə səpildikdə yüksək məhsul verməsi haqqında tövsiyələr verilmişdir.

Şöbədə lütləşdirilmiş adi və draje edilmiş, eyni zamanda tüklü toxumları az səpin norması ilə əvəz edərək tədqiqat işi apararaq yüksək məhsul əldə etmişlər. Aydın olmuşdur ki, nəinki draje edilmiş və ya lütləşdirilmiş toxumlar hətta tüklü toxumlar belə 20-30-40 kq tətbiqində yüksək məhsul verir. Şöbədə normal bitki sıxlığı olması əsas parametr kimi daim öyrənilir və bitkilərin yerləşdirilməsi üsulları, bitki sıxlıqları işlənib istehsalata tövsiyə edilmişdir.

Şöbədə institut seleksiyaçıları tərəfindən yaradılmış və respublikanın pambıqçılıq bölgələri üçün rayonlaşmış pambıq sortlarının optimal aqrotexnologiyasının öyrənilməsi sahəsində çox saylı becərmə texnologiyaları işlənib hazırlanmışdır və həmin mövzular yeni sortların alınması ilə müştərək davam etdirilir.

İnstitutda yaranmış bütün sortların hamısının bitki sıxlıqları, gübrə normaları və suvarma rejimləri birgə öyrənilərək hər bir sort üçün bitki sıxlığı, gübrə norması və suvarma rejimi müəyyən edilmişdir.

Bundan başqa şöbədə sıfır tipli sortların da aqrotexnikası öyrənilmişdir, eyni zamanda sortlarda heterozis qüvvəli (F1) nəsil növarası pambıq hibridlərinin də əlverişli səpin sxemləri 1990-cı illərdə öyrənilib tövsiyyə edilmişdir.

Son illər şöbədə pambığın 1 illik-paxlalı bitkilərlə (lobya, soya, qışlıq noxud) növbələşdirilməsinin torpağın münbitliyinə və pambığın məhsuldarlığına təsiri istiqamətində görülən işlər, Üç tarlalı pambıq-yonca-taxıl, 4 tarlalı taxıl, soya, günəbaxan, qarğıdalı əkin sistemlərinin nəticələri isə müasir dövrdə torpaq istifadəçiləri üçün çox yaxşı ədəbiyyat mənbəyi olmuşdur. Belə ki, hazırki dövrdə kiçik ölçülü torpaq sahələrində 5-7 tarlalı növbəli əkin sistemi aparmaq mümkün olmadığı üçün və fermer fasiləsiz pambıq əkmək məcburiyyətində qalaraq həm torpağı zəiflədir, həm də ilbəil məhsul azalır. Təklif etdiyimiz həmin qısa rotasiyalı sistemlərdə isə fermer əkin sahələrindən stabil yüksək pambıq, yonca, taxıl və digər məhsullar əldə edir, həm də torpaq münbitləşir.

 

 

Bundan başqa şöbədə aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, fasiləsiz pambıq əkinlərində quza-payının (pambıq gövdələrinin) və onun yaşıl arpa ilə qarışığının pambıq əkini üçün şum altına ddoğranmışhalda verilməsi torpağı münbitləşdirməklə məhsuldarlığı artırır. Çünki, torpağa basdırılmış pambıq gövdəsinin tərkibində olan qida maddələrinin 60%-i yenidən torpağa qayıdır. Yəni D.N.Pryanişnikovun sözü ilə desək pambıq özü özünə gübrə hazırlayır.

2000-ci illərdəaparılmiş tədqiqatlarda quza-payı daha geniş formada, yəni quza-payı və aralıq bitkilərdən arpa, qışlıq noxud sonuncu suvarmadan əvvəl pambığın cərgə arasına ssəpilərək suvarılır. Alınmış kütlə erkən payızda və yaxud erkən yazda qarışıq halda doğraranıb torpağa basdırılır. Nəticədə növbəti ildə torpağın su-fiziki xüsusiyyətləri yaxşılaşır. Həcm kütləsi azalaraq məsaməliliyi, su sızdırma qabiliyyəti yaxşılaşır. Nəticədə mineral gübrələrdən istifadə etmədən yüksək məhsul alınır.

Bundan başqa şöbədə ekoloji təmiz əkinçiliyin tələbləri əsasında alaq otlarına qarşı herbisidsiz mübarizə üsulları işlənib hazırlanaraq istehsalata yayılmışdır.

Hazırda bütün dünyada olduğu kimi, bizim şöbəmizdə də alternativ əkinçilik (konservasiyalı əkinçilik) sistemi də işlənilmişdir. Yəni dondurma şumu aparılmadan əkin sahəsinin 10-12 sm dərinliyində çizel olunması ilə pambıq əkinlərinin becərilməsidir. Tədqiqatda dondurma şumu olmadıqda alaq otları kütləvi artdığı üçün herbisidlərdən istifadə olunmalıdır. Yəni aqrotexniki qaydalara düzgün əməl edilərsə optimal aqrotexnika ilə şumsuz aqrotexnikadan eyni səviyyədə məhsul alınar.

Şöbədə pambığın kimyəvi ucvurması TUR və digər pereparatlarla tədqiqat aparılaraq nəticələri təsərrüfatlara təqdim olunmuşdur

Qeyd etmək lazımdır ki, BM və TBETİnstitutunda texniki bitki olaraq şəkər çuğunduru, günəbaxan, soya və doktorant mövzusu olaraq qarabaşak bitkiləri be-cərilir. Həmin bitkilərin yalnız texniki bitkilərin aqrotexnikası şöbəsində tədqiqatı aparılır.

Şəkər çuğundurunun optimal aqrotexnikası, əkin sahəsində bitkilərin yerləşdirilməsi onların gübrə norması və suvarılmasının tədqiqatı aparılaraq öyrənilmişdir.

Günəbaxan bitkisinin müxtəlif torpaq iqlim bölgələrində (Gəncə -Qazax və Şirvan) tədqiqatı aparılmaqla məhsuldarlıq elementləri müəyyənləşdirilmişdir. Yəni torpaq-iqlim şəraitindən asılı olaraq günəbaxan bitkisinin bir hektarda bitki sıxlığı öyrənilmiş və fermer təsərrüfatlarına tövsiyə edilmişdir.

Şöbədə soya bitkisi haqqında da tədqiqat aparilmış və alınan nəticələr fermerlərə tövsiyə olunmuşdur. Ümumiyyətlə şöbədə becərilən hər bir bitki haqqında bukletlər hazirlanmışdır.

Şöbə dissertant və doktorantlarla geniş iş aparır. Son illərdə şəkər çuğunduru, soya, pambıq bitkiləri üzərində artıq bir neçə müdafiələr olmuş, hazırda isə günəbaxan, qarabaşak, aralıq səpin və yay səpinləri üzərində doktorantlar tədqiqat işi aparır.

Qeyd etmək lazımdır ki, şöbəmizdə həmin işləri T.D.Lisenko, N.Q.Bekereyeviç, U.Y.Staroselskaya, E.T.Rışkov, T.İ.İvanovskaya, T.F.Makarova, A.S.Belorusov, V.S.Zaytsev, A.R.Haqverdiyev, gənc nəsildən isə D.S.Marlamova, R.Q.Həsənov, C.Ə.Nağıyev, F.S.Ələkbərov, İ.Ə.Əmiraslanov, İ.R.Nəbiyev,S.N.Əliyev və başqaları yuxarıda göstərilən elmi-tədqiqat işləri üzərində tədqiqat apararaq təsərrüfatlara tövsiyə vermişlər.

Aparılan mözvu və tədqiqat işləri

 

Mövzu2.5: Texniki bitkilərin məhsuldarlığının və torpaq münbit¬li¬yi¬nin yax¬şılaşdırılmasını təmin edən aqrotexnologiyaların, gübrə normalarının, su¬var¬ma rejiminin hazırlanması, quraqlığa davamlığın öyrənilməsi və fermer təsərrüfatlarında tətbiqi

1. Müxtəlif torpaq-iqlim şəraitlərində yeni rayonlaşmış pambıq sortlarının (Gəncə-132 və Gəncə-182) optimal aqrotexnologiyasının, suvarma rejiminin və quraqlığa davamlılığının işlənin hazırlanması.
(Samux, Ucar və Beyləqan).
2. Gəncə-Qazax bölgəsində şəkər çuğundurunun becərmə aqrotexnologiyasının optimallaşdırılması
3. Gəncə – Qazax bölgəsində günəbaxan bitkisinin optimal becərmə aqrotexnikası

 

 

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Marlamova Dilarə Səfər qızı- şöbə müdiri
2. Əliyevv Savalan Nəriman oğlu – böyük elmi işçi
3. Nəbiyev İsmayıl Rza oğlu – böyük elmi işçi
4. İmanov Ədalət Əhliyət oğlu – böyük emi işçi
5. Hüseynova Lalə Rasim qızı – elmi işçi
6. Bağırova Nailə Subut qızı – böyük laborant
7. Bədəlova Dünyaxanım Qiyas qızı – laborant
8. Səmədova Xatirə Əvəz qızı – laborant
9. Rizmanova Zenfira Nəsir qızı – laborant

Xəbərlər