İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ NÖVBƏTİ FİTOSANİTAR MONİTORİNQLƏR APARILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

 

Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri və əməkdaşları tərəfindən Qarabağın işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan və Xocavənd rayonlarının ərazilərində növbəti fitosanitar monitorinqlər həyata keçirilib.
Monitorinqlər “DOST AQRO”, “Agro Dairy” MMC və “Kraun Ko” MMC şirkətlərinin təsərrüfatlarında, eləcə də taxıl, gavalı, nar, xurma və zeytun aqrosenozlarında aparılıb.
Monitorinqlərin əsas məqsədi kənd təsərrüfatı bitkilərinə zərər vuran zərərli orqanizmlərin yayılma və inkişaf səviyyəsini müəyyənləşdirmək, vegetasiya dövründə onlara qarşı mübarizə tədbirlərinin optimallaşdırılmasını və səmərəliliyinin artırılmasını təmin etməkdir. Aparılan müşahidələr və hesabat işləri əsasında aqrosenozlar üzrə zərərli orqanizmlərin növ tərkibi, inkişaf dinamikası və mövsümə uyğun olaraq bitkilərə vurduğu zərər müvafiq metodikaya əsasən qiymətləndirilib.
Monitorinqlərin nəticələrinə uyğun olaraq, kənd təsərrüfatı bitkilərində məhsul itkisinin qarşısının alınması, zərərli orqanizmlərin inkişafının məhdudlaşdırılması və fitosanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə təsərrüfat nümayəndələrinə müvafiq elmi-praktiki tövsiyələr verilib.
İnstitut tərəfindən işğaldan azad edilmiş ərazilərdə fitosanitar monitorinqlərin davam etdirilməsi kənd təsərrüfatı bitkilərinin sağlamlığının qorunmasına və istehsalın səmərəliliyinin artırılmasına xidmət edir.

Paylaş: