BMTBETİ İLƏ ÖZBƏKİSTAN BİTKİ KARANTİNİ VƏ MÜHAFİZƏSİ ETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistan Respublikası Bitki Karantini və Mühafizəsi Agentliyinin nəzdində fəaliyyət göstərən Bitki Karantini və Mühafizəsi Elmi-Tədqiqat İnstitutu arasında onlayn formatda görüş keçirilmişdir.

Görüş zamanı tərəflər bitki mühafizəsi sahəsində elmi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi və birgə tədqiqatların aparılması imkanları ətrafında fikir mübadiləsi aparmışlar. Müzakirələr çərçivəsində birgə elmi tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məqalələrin, metodoloji və digər materialların nəşrə hazırlanması, elm və sənayenin aktual məsələlərinə həsr olunmuş simpozium, konfrans və seminarlarla bağlı məlumat və planların qarşılıqlı mübadiləsi, eləcə də dissertasiya işləri və elmi nəşrlər üzrə xarici elmi icmalların hazırlanması istiqamətində əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir.

Görüşün sonunda əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov və Bitki Karantini və Mühafizəsi Elmi-Tədqiqat İnstitutunun direktoru Azimjon Anarbayev tərəfindən imzalanmışdır.

İmzalanmış memorandum iki ölkənin elmi qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, bitki mühafizəsi sahəsində elmi potensialın inkişafına və birgə fəaliyyətin genişləndirilməsinə töhfə verəcəkdir.

Paylaş: